Kəmaləddin Heydərovun general qohumuna rəsmi ittiham elan edildi

16/08/2018 [00:04] - Gündəm (1267)



Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşasından sonra başlanan cinayət işinin istintaqında yenilik var.

“AzPolitika.info”ya mötəbər mənbələrdən daxil olan məlumata görə, aylarla davam edən istintaqdan sonra avqustun 14-də bu cinayət işində adı keçən ən yüksək rütbəli və vəzifəli məmura – Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevə qarşı rəsmi ittiham elan olunub! Belə ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi açılıb. Rəsmi ittiham elan olunduqdan sonra bu generalın barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilmədiyini dəqiqləşdirə bilmədik.

Xatırladaq ki, bu ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ölkədə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində geniş miqyaslı əməliyyatlar həyata keçirilib. Əvvəlcə Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək, qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib. Beş vəzifəli şəxs həbs olunub.

Sonra “dərman mafiyası”na qarşı əməliyyatlar Dövlət Gömrük Komitəsində davam etdirilib. Aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası”nın üzvləri ifşa olunub. Üç gün sonra – mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Əməliyyatdan sonra həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülüb.

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehdiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Rəsmi məlumatdan belə məlum olur ki, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur və Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Onu da qeyd edək ki, ilk günlərdən DGK-nin Tibbi Xidmət İdarəsinin 6 əməkdaşı həbsə alındığı, İdarənin rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyev barədə cinayət işi qaldırıldığı halda, Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən yalnız 1 nəfərə qarşı ittiham irəli sürülmüşdü. Görünür istintaq bu idarənin rəhbərliyinin də təqsirini sübut edən kifayət qədər dəlillər toplaya bilib.

“Uzun illər boyu Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bahalı dərman vasitələri xəstə bezi və pampers kimi qeydiyyata alınaraq, ölkəyə buraxılıb. Bununla həm dövlətin milyonlarla manat vəsaiti mənimsənilib, həm də tərkibi yoxlanılmadan ölkəyə gətirilən dərmanlar əhalinin sağlamlığına təhlükə yaradıb. Bunları İdarənin rəisi, gömrük general-mayoru Sadiq Abduyevin, eləcədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovun xəbəri olmadan həyata keçirilməsi mümkün deyildi” – məlumatlı mənbə bir qədər əvvəl “AzPolitika”ya bildirmişdi.

Onu da xatırladaq ki, Sadiq Abduyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının əmisi oğludur
Hökumət gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə baxır
Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib - özəl
Azərbaycan hansı ölkələrə silah satır? - rəsmi
Sentyabrın 25-ə hava proqnozu
Polis və DTX Astarada birgə əməliyyat keçirib
Xəbər lenti
24/09/2018 [19:37]:
Novruz Məmmədov Nazirlər Kabinetinin iclasını keçirdi
24/09/2018 [18:43]:
Hökumət gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə baxır
24/09/2018 [18:37]:
Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib - özəl
24/09/2018 [17:49]:
Bakı İslam Universiteti bağlandı
24/09/2018 [17:40]:
Jurnalist İlham Əliyevə müraciət etdi: Niyə 200 adamın çörəyinin baiskarı kimi təqdim olunmalıyam?
24/09/2018 [17:27]:
Azərbaycan hansı ölkələrə silah satır? - rəsmi
24/09/2018 [16:41]:
Ermənistana təbii qazın nəqli dayandırıldı
24/09/2018 [15:33]:
Azərbaycan banklarının Müşahidə Şuralarına yeni səlahiyyətlər veriləcək
24/09/2018 [14:22]:
Sentyabrın 25-ə hava proqnozu
24/09/2018 [13:21]:
Deputat bankları dollar krediti olanlara güzəşt etməyə çağırdı
24/09/2018 [12:29]:
Polis və DTX Astarada birgə əməliyyat keçirib
24/09/2018 [11:37]:
Nobel mükafatçısı 84 yaşında vəfat etdi
24/09/2018 [10:44]:
Gəncədə 74 ədəd partlamamış hərbi sursat aşkar edilib
24/09/2018 [09:59]:
İranda matəm elan olundu
23/09/2018 [22:09]:
Bakıda daha bir yol çökdü
23/09/2018 [20:13]:
Yağış Bakı yollarını yenə iflic etdi
23/09/2018 [18:27]:
İran terror aktına görə ABŞ-ı ittiham etdi
23/09/2018 [16:04]:
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
23/09/2018 [14:17]:
Bolqarıstanda Azərbaycan mədəniyyəti nümayiş olunub
23/09/2018 [12:13]:
Dövlət komitəsində 6 vəzifəli şəxs işdən çıxarıldı - siyahı
23/09/2018 [10:08]:
Azərbaycan millisi dünya çempionatında ilk medalını qazanıb
23/09/2018 [00:42]:
Qarabağda erməni əsgəri öldürüldü
22/09/2018 [23:39]:
“Qarabağ” – “Arsenal” oyununa artıq 10 min bilet satılıb
22/09/2018 [21:33]:
Neft bahalaşmaqda davam edir
22/09/2018 [19:27]:
Azərbaycan sahibkarları Əfqanıstanda keçiriləcək sərgiyə dəvət olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəmaləddin Heydərovu sürgün, türmə, yoxsa təqaüdçü həyatı gözləyir? – təhlil
İlham Əliyevdən yeni təyinat - sərəncam
Bakı meriyasının aparat rəhbəri işdən çıxarılıb
Etimad İsmayılov 4 milyon dollara görə öldürülüb - Türkiyə mediası
Dövlət komitəsində 6 vəzifəli şəxs işdən çıxarıldı - siyahı
Azərbaycanın ən böyük holdinqi 2 yeni şirkət yaratdı
Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib – 3 milyard dollar
İlham Əliyev 6 sərəncam imzaladı - yenilənib
İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirildi - yenilənib
İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin