Magistraturaya qəbul planının 25 faizi boş qaldı

15/08/2018 [23:41] - Mədəniyyət (188)



2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul planı 74.87 % dolub. 2104 plan yeri (25.13%) boş qalıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2018/2019-cu tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 12 387 bakalavr qeydiyyatdan keçib. I mərhələdə müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olub. Lakin qəbul olan bakalavrlardan təqribən 9%-i qəbul olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyib. Magistraturanın boş qalan plan yerinin müsabiqəsində iştirak etmək üçün isə 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən, bu il 6269 bakalavr (Azərbaycan bölməsi üzrə 5752, rus bölməsi üzrə 517) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2250 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.

Mərkəzdən bildirilib ki, magistraturaya qəbul 74 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Belə ki, ayrılmış 8373 plan yerinə qeyd olunduğu kimi 6269 bakalavr qəbul olub. Lakin proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir:

"Misal üçün, hidrometerologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, dağ-mədən mühəndisliyi, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, silah və silah sistemlərinin istehsal texnologiyası, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına aid 12, 25, 29, 57, 60, 61, 71 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramlar üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi. Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dəmiryolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi, baytarlıq, filologiya və tərcümə, kitabxanaçılıq, dinşünaslıq, balıqçılıq, çoxişlənən malların texnologiyası mühəndisliyi sahələrinə aid 8, 30, 36, 39, 41, 43, 45, 51, 52, 72 saylı proqramlara ayrılmış plan yerlərinin 60%-dən çoxu boş qalıb. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi. Say etibarilə ən çox bakalavrın müraciət etdiyi 26 (iqtisadiyyat) və 56 (MBA) saylı proqramlar üzrə də plan yerləri müvafiq olaraq 25.5% və 20.3% boş qalıb. Burada da ixtisaslaşma seçiminə buraxılanların sayı plan yerlərindən az olub".
Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır
Azərbaycan əhalisinin sayı açıqlanıb
Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı
Afaq Məsudun kitabı Misirdə nəşr olunub
Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verildi
Xəbər lenti
22/01/2019 [22:11]:
Bu il Azercell daha 25 tələbəni sevindirdi
22/01/2019 [21:16]:
Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır
22/01/2019 [19:51]:
Axtarışda olan 15 nəfər saxlanıldı
22/01/2019 [18:19]:
Belarus boru kəmərləri ilə neft nəqli tariflərini artırıb
22/01/2019 [16:48]:
Azərbaycan əhalisinin sayı açıqlanıb
22/01/2019 [15:23]:
Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı
22/01/2019 [13:59]:
Afaq Məsudun kitabı Misirdə nəşr olunub
22/01/2019 [12:13]:
Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verildi
22/01/2019 [12:13]:
Azərbaycan nefti bahalaşıb
22/01/2019 [10:46]:
Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu
22/01/2019 [10:13]:
Azercell NNTV xidmətini təqdim edir
22/01/2019 [09:52]:
Kürdəmirdə zəlzələ oldu
22/01/2019 [08:53]:
Bakı polisinin rəisi: “Müxalifət iğtişaşlar yaratmağa cəhdlər etdi”
21/01/2019 [23:47]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
21/01/2019 [22:27]:
Akademiyanın institutları birləşir - siyahı
21/01/2019 [21:36]:
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
21/01/2019 [20:49]:
Sarkisyanın partiyası Paşinyanı “hoqqabaz” adlandırdı
21/01/2019 [19:34]:
İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”
21/01/2019 [18:45]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
21/01/2019 [17:26]:
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
21/01/2019 [16:39]:
Mehman Hüseynov prezidentə müraciət etdi
21/01/2019 [16:23]:
Daha bir azərbaycanlı iş adamı itkin düşüb
21/01/2019 [15:34]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [14:26]:
Babək prospektində asfalt çökdü
21/01/2019 [13:58]:
Bu gün Cahangir Hacıyevin məhkəməsi başlayır – 4,7 milyardlıq cinayət işi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
İlham Əliyev 2 nəfəri işdən çıxartdı - sərəncam-yenilənib
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
Bakıda pis hava ilə bağlı daha bir xəbərdarlıq -uşaq bağçaları bağlanır
İlham Əliyev 4 dövlət xidməti yaratdı - fərman
Ramil Usubovdan yeni təyinatlar - 2 generalın yeri dəyişdi
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
Deputat: Azərbaycanda elə proseslər baş verər ki, tüklərimiz biz-biz olar...
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin