Gədəbəy böyük fəlakət astanasında – Nazirlik böyük ekoloji cinayətin üstünü açdı - FOTOLAR

14/08/2018 [11:51] - Gündəm (1269)



Gədəbəy böyük bir ekoloji fəlakətlə üz-üzədir. Rayonun mərkəzinə yaxın ərazidə qanunsuz fəaliyyət göstərən daş karxanası yaxınlıqdakı sakinləri hər gün fəlakətlə üz-üzə qoyur. 

Məsələ o qədər ciddidir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rayona xüsusi qrup ezam edilib. Araşdırmalar üzə çıxarıb ki, daş karxanası illərdir ki, heç bir sənəd olmadan fəaliyyətdədir. Bu günə qədər dövlətə vurulan ziyan da astronomikdir – 446 min manat!
Ən əsası isə dağın üst hissəsində yerləşən karxananın fəaliyyəti dağın ətəyində yaşayan sakinlərin hər an dağ uçqunu təhlükəsi ilə üz-üzə qoyur.

Nazirlik əməkdaşları cinayətin üstünü açandan sonra topladığı faktlara hüquqi qiymət verilməsi və dövlətə vurulan ziyanın ödətdirilməsi üçün Gədəbəy Rayon Prokurorluğuna yollayıblar. Lakin rayon prokuroru həmin faktlara qiymət vermyə tələsməyib, sonradan isə ümumiyyətlə hüquqi qiymət verməkdən yayınmaq üçün  aidiyyatı olmaya-olmaya Rayon Polis İdarəsinə göndərib. Polisdə də  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən göndərilən cinayət qovluğuna ögey münasibət var. Araşdırma aparılmır. Ortada olan faktlara hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmür. Buna polisin səlahiyyəti də yoxdur. Yada salaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı ryonunda da oxşar cinayətin üstünü açmışdı. Məsələni araşdırmaq üçün  ismayıllı Rayon Prokurorluğuna göndərmişdi. Lakin rayon prokuroru köməkçisi vasitəsi ilə qanunsuz karxana işlədən sahibkardan külli miqdarda rüşvət almaqla cinayət hüquqi qiymət verməkdən yayınmışdı. Sonradan məsələ böyüdü,  Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qədər gedib çatdı. İsmayıllı rayon prokurou və onun köməkçisi həbs olundular, İsmayıllıdakı qanunsuz karxana ilə bağlı obyektiv araşdırmalar başlandı. 
Gədəbəydə də eyni ssenari təkrar olunmasa, böyük bir cinayət ört-basdır oluna bilər. 
Rayon sakini Ramiz  Novruzov deyir ki, qanusnuz karxananı Sahib Hüseynov işlədir. Rayonda Sahib Hüseynov sabiq icra başçısı Ramiz Yediyarovun adamı kimi tanınır. İllərlə daş karxanasının qanunsuz fəaliyyəti də elə bu səbəbdən dayandırılmayıb. Hazırda icra başçısı vəzifəsindən çıxarılıb. Amma rayondakı vəzifə sahibləri ilə əlaqələri qalmaqdadır. 
“Dağı viran qoyublar. Dağıda-dağıda gedirlər. Gədəbəydə Sahib Hüseynovun bu qanunsuz əməlini bilməyən yoxdur. Əlimizdə dediklərimi təsdiq edən aktlar var. Ekologiya Nazirliyindən gəldilər, Gədəbəy bələdiyyəsinin üzvləri ilə gedib yerli baxış keçirdilər. Akt tərtib olundu. Dövlətə faktiki olaraq 1 milyon manatdan artıq ziyan dəyib. Aktda 457 min manat yazıblar. Mən akta qol çəkdim, ziyan daha çoxdur əslində. Prokurorluğa göndərdilər, onlar da götürüb polisə yolladılar ki, guya polis araşdırmalıdır. Bələdiyyə məsələ prokurorluğa gedib çıxandan sonra götürüb bir doğru olmayan məlumatlarla dolu məktub yazıb ki, giya ora dağ-mədən işləri üçün ayrılan torpaqdır, işlər də guya orada aparılır. Bəli, orada dağ-mədən işlərinin görülməsi üçün yer ayrılıb. Sahib Hüseynov isə həmin ayrılan yerin yaxınlığında 5 hektar dağlıq ərazini qanunsuz karxana edib. Bunu bələdiyyədə də bilirlər. Lakin nəyinsə qarşılığında belə bir məktub yazdılar. Bu adamlar prezidentin müvafiq fərmanlarına istinad edib öz qanunsuzluqlarına don geydirmək istəyirlər. Mən cənab prezidentə müraciət edirəm, bu adamlar qanunsuz fəaliyyətlə məşğuldurlar. Bir daha ekologiya nazirinə müraciət edirəm. Onların göndərikləri komissiyadan sonra burada qazıntı işləri daha da genişlənib. Əgər əvvəllər gün ərzində 10 maşın daş aparırdılarsa, bu gün 100 maşın aparırılar. Gədəbəydə baş verən bu qanunsuzluqlardan yerli camaat narazıdır. Karxana dağı uçuracaq, camaat qalacaq altında. O boyda karxana iyə deyil ki, bunu yerli orqanlar görməsinlər. Bu adam Yediyarov Ramizin adamıdır. Ramiz Yediyarovun şərikidir. Bunu hamı bilir. Ramiz Yediyarov gedib, amma onun şəriki camaatın başına oyun açmaqda davam edir, ekologiyaya divan tutur. Sanki bu yerlərin sahibi dövlət deyil”.
Sabiq vergilər naziri Fazil Məmmədov, onun yeznəsi Xaləddin İsgəndərovun da adı Sahib Hüseynovun himayəçiləri sırasında olub. Bu gün də adıçəkilən məmurların ucqar Gədəbəydə təsir imkanlarının qalması Sahib Hüseynovun qanunsuz fəaliyyətinin araşdırılmaması ilə nəticələnir.
Hökumət gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə baxır
Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib - özəl
Azərbaycan hansı ölkələrə silah satır? - rəsmi
Sentyabrın 25-ə hava proqnozu
Polis və DTX Astarada birgə əməliyyat keçirib
Xəbər lenti
24/09/2018 [19:37]:
Novruz Məmmədov Nazirlər Kabinetinin iclasını keçirdi
24/09/2018 [18:43]:
Hökumət gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə baxır
24/09/2018 [18:37]:
Səfirimiz azərbaycanlılardan erməni nazirə şikayət edib - özəl
24/09/2018 [17:49]:
Bakı İslam Universiteti bağlandı
24/09/2018 [17:40]:
Jurnalist İlham Əliyevə müraciət etdi: Niyə 200 adamın çörəyinin baiskarı kimi təqdim olunmalıyam?
24/09/2018 [17:27]:
Azərbaycan hansı ölkələrə silah satır? - rəsmi
24/09/2018 [16:41]:
Ermənistana təbii qazın nəqli dayandırıldı
24/09/2018 [15:33]:
Azərbaycan banklarının Müşahidə Şuralarına yeni səlahiyyətlər veriləcək
24/09/2018 [14:22]:
Sentyabrın 25-ə hava proqnozu
24/09/2018 [13:21]:
Deputat bankları dollar krediti olanlara güzəşt etməyə çağırdı
24/09/2018 [12:29]:
Polis və DTX Astarada birgə əməliyyat keçirib
24/09/2018 [11:37]:
Nobel mükafatçısı 84 yaşında vəfat etdi
24/09/2018 [10:44]:
Gəncədə 74 ədəd partlamamış hərbi sursat aşkar edilib
24/09/2018 [09:59]:
İranda matəm elan olundu
23/09/2018 [22:09]:
Bakıda daha bir yol çökdü
23/09/2018 [20:13]:
Yağış Bakı yollarını yenə iflic etdi
23/09/2018 [18:27]:
İran terror aktına görə ABŞ-ı ittiham etdi
23/09/2018 [16:04]:
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
23/09/2018 [14:17]:
Bolqarıstanda Azərbaycan mədəniyyəti nümayiş olunub
23/09/2018 [12:13]:
Dövlət komitəsində 6 vəzifəli şəxs işdən çıxarıldı - siyahı
23/09/2018 [10:08]:
Azərbaycan millisi dünya çempionatında ilk medalını qazanıb
23/09/2018 [00:42]:
Qarabağda erməni əsgəri öldürüldü
22/09/2018 [23:39]:
“Qarabağ” – “Arsenal” oyununa artıq 10 min bilet satılıb
22/09/2018 [21:33]:
Neft bahalaşmaqda davam edir
22/09/2018 [19:27]:
Azərbaycan sahibkarları Əfqanıstanda keçiriləcək sərgiyə dəvət olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəmaləddin Heydərovu sürgün, türmə, yoxsa təqaüdçü həyatı gözləyir? – təhlil
İlham Əliyevdən yeni təyinat - sərəncam
Bakı meriyasının aparat rəhbəri işdən çıxarılıb
Etimad İsmayılov 4 milyon dollara görə öldürülüb - Türkiyə mediası
Dövlət komitəsində 6 vəzifəli şəxs işdən çıxarıldı - siyahı
Azərbaycanın ən böyük holdinqi 2 yeni şirkət yaratdı
Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib – 3 milyard dollar
İlham Əliyev 6 sərəncam imzaladı - yenilənib
İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirildi - yenilənib
İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin