“Neftçi”nin prezidenti Azərbaycan dilinə niyə yuxarıdan aşağı baxır?

11/08/2018 [23:36] - İdman (335)



Bugünlərdə “Qarabağ” – BATE oyunundan əvvəl rəqib komandanın baş məşqçisinin mətbuat konfransı zamanı Ağdam klubunun mətbuat xidməti jurnalistlərdən belə bir xahiş etdi ki, suallar doğma dilimizdə olsun və tərcüməçi vasitəsi ilə ünvanına çatdırılsın.

Burda hər hansı şovinizm, rus dilini aşağılamaq kimi bir əlamət qətiyyən yoxdu. Sadəcə, biz hamımız Azərbaycanda yaşayırıq, tolerant xalq olaraq, bütün digər xalqlara, onların dilinə, mədəniyyətinə, adət-ənənəsinə hörmətlə yanaşdığımız kimi, öz ana və dövlət dilimizə qiymət verməyi bacarmalıyıq. Əks halda aşağıda haqqında söhbət açacağımız biabırçı mənzərə yaranacaq.

Gələk, əsas məsələyə. “Neftçi” klubunun mətbuat xidməti dünən klubun prezidenti Kamran Quliyevin komanda üzvləri ilə görüşünü əks etdirən video paylaşıb.

Görüşdə diqqəti bir məqam çəkir. Kamran Quliyev yerli və xarici futbolçularla doğma Azərbaycan dilində deyil, rus dilində danışır. Əgər “Neftçi”də legionerlərin hamısı ruslar, yaxud rus dilini bilən şəxslər olsaydı, klub prezidentini hardasa başa düşmək olardı. Əslində isə heç bu də qəbuedilməzdir. Ona görə ki, legionerlərlə belə Azərbaycan dilində danışmaq lazımdır ki, onlar da bizim dildə 3-5 söz bilsin. Legioner burda yaşayırsa və buna görə bu dövlətin ən böyük şirkətlərindən birindən pul alırsa, bir klub prezidenti olaraq, onlarla vətəndaşı olduğu dövlətin dilində danışması Kamran Quliyevin mənəvi və vicdan borcudur.

Amma xeyr, Kamran müəllim, onlarla məhz rus dilində danışır. İşin ən tragikomik tərəfi isə odur ki, onun danışıqları videoda Azərbaycan dilindəki alt yazıyla təqdim olunur. Normalda necə olur? Öz doğma dilində danışılır, xaricilərin başa düşdüyü ümumi dilə isə tərcümə olunur.

Görəsən, Kamran Quliyevin danışığının Azərbaycan dilinə tərcümə ilə verilməsi bu ölkədə kimin üçün hesablanıb? “Neftçi”nin Azərbaycan dilini yaxşı səviyyədə bilən vətənpərvər azarkeşləri, yoxsa Kamran Quliyevin Azərbaycan dilindən bixəbər bəzi rusdilli dost-tanışı üçün?

Amma dərinə gedəndə bunda təəccüblü bir şey də yoxdu. Çünki “Neftçi”də Azərbaycan dilini öyrətməyə birinci legionerlərdən deyil, elə K.Quliyevin özündən başlamaq lazımdı.
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Xəbər lenti
20/11/2019 [22:47]:
Əfqanıstanda hərbi bazaya hücum olub, ölənlər var
20/11/2019 [20:50]:
Tramp: "Əgər Çinlə saziş imzalanmasa, ABŞ rüsumları daha da artıra bilər"
20/11/2019 [19:22]:
60-a yaxın uşaq bağırsaq virusuna yoluxdu
20/11/2019 [18:37]:
Çində nəhəng külək generatoru hazırlanıb
20/11/2019 [18:32]:
Mehriban Əliyeva Rusiyaya səfər edib
20/11/2019 [17:55]:
Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb
20/11/2019 [17:42]:
Apple ilin 3-cü rübünə olan gəlirini açıqladı
20/11/2019 [16:22]:
PKK Suriyada məktəbi bombaladı
20/11/2019 [16:00]:
Şəhərin bərpa-təmir işlərinə 65 milyon avro ayrılacaq
20/11/2019 [15:40]:
Prezident: "Ölkə ərazisində İŞİD terrorçuları tamamilə məhv edilib"
20/11/2019 [15:25]:
Azərbaycanda ölüm səviyyəsi azalıb
20/11/2019 [14:47]:
Müəllif hüquqlarını pozan sayt sahibi 400 min avro cərimələndi
20/11/2019 [14:19]:
Hindistanda musson mövsümündə 2400-ə yaxın insan həlak olub
20/11/2019 [13:48]:
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
20/11/2019 [13:44]:
Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
20/11/2019 [13:43]:
Beynəlxalq Diplomatik Xeyriyyə Bazarında Azərbaycan da təmsil olunacaq
20/11/2019 [13:23]:
Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar 3% artıb
20/11/2019 [12:50]:
Mikayıl Cabbarova yeni vəzifə verilib
20/11/2019 [12:40]:
İran ölkəyə istənilən hücumun qarşısını almağa hazır olduğunu bəyan edib
20/11/2019 [12:22]:
“Yuventus” Bonuççi ilə yeni müqavilə imzalayıb
20/11/2019 [11:44]:
Əhalinin sayı açıqlanıb
20/11/2019 [11:15]:
Qasırğa 5400 insanı evindən etdi
20/11/2019 [10:34]:
Sədr: "Yaşıl dəhliz" sisteminin tətbiqi biznesin inkişafına münbit şərait yaradıb"
20/11/2019 [10:00]:
Azərbaycan yığması Qazaxıstana uduzub
19/11/2019 [23:59]:
Qrizmann Messiyə görə "Barselona"dan ayrılmaq istəyir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin