İlham Əliyev 4 sərəncam, 1 fərman imzaladı - yenilənib

10/08/2018 [00:33] - Siyasət (496)



Prezident İlham Əliyev N.K.Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Natiq Kamal oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin.

***

İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərində 2019-cu ildə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun–10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Təşkilat Komitəsinin üzvləri

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasının sədri

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə Səfiri, YUNESKO üzrə Milli Komissiyasının Baş katibi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac-ın) İdarə Heyətinin sədri

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (bundan sonra – DOST Agentliyi) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. DOST Agentliyi bu Fərmanın 3-cü hissəsində göstərilən “DOST” mərkəzlərini idarə edir, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirir;

2.2. DOST Agentliyində təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini DOST Agentliyinin nizamnaməsinin və strukturunun təsdiq olunmasına, nizamnamə fondunun miqdarının müəyyən edilməsinə, habelə yenidən təşkili və ləğvinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər məsələlərə münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

3. Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən “DOST” mərkəzləri yaradılsın.

4. Bu Fərmanın 3-cü hissəsində göstərilən “DOST” mərkəzlərində:

4.1. xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilsin;

4.2. vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilsin;

4.3. vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsi təmin edilsin.

5. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında iki ay müddətində:

5.1. DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. DOST Agentliyinin nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin “DOST” mərkəzlərində göstərilmə qaydasının layihəsinin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. DOST Agentliyinin və onun strukturuna daxil olan “DOST” mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rəyini nəzərə almaqla hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. DOST Agentliyinin və “DOST” mərkəzlərinin fəaliyyətinin təşkili üçün onların inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini bir ay müddətində həll edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.2. DOST Agentliyinin və onun strukturuna daxil olan “DOST” mərkəzlərinin fəaliyyətinin təşkilindən irəli gələn digər zəruri tədbirlərin görülməsini iki ay müddətində təmin etsin;

6.3. DOST Agentliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***
İlham Əliyev “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

2.2. Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
“Yay başa çatır” filmi nümayiş olunacaq
Azərbaycanda 169 əcnəbi saxlanıldı
Mətbuat konfransında prezidentə sensasiyalı müraciət
ABŞ səfiri: "Yerevanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...”
“Formula-1″-in Azərbaycanda daha 5 il keçirilməsi üçün danışıqlar aparılır
Xəbər lenti
16/10/2018 [22:42]:
Nazirlik: “Xırda uçqunlar və torpaq qopmaları baş verir”
16/10/2018 [21:29]:
Azərbaycanda dəbdəbəli qəbirlər olmayacaq
16/10/2018 [20:23]:
Putin Fransaya səfər edəcək
16/10/2018 [19:37]:
“Yay başa çatır” filmi nümayiş olunacaq
16/10/2018 [19:34]:
Azərbaycanda 169 əcnəbi saxlanıldı
16/10/2018 [18:49]:
Mətbuat konfransında prezidentə sensasiyalı müraciət
16/10/2018 [18:24]:
ABŞ səfiri: "Yerevanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...”
16/10/2018 [17:41]:
“Formula-1″-in Azərbaycanda daha 5 il keçirilməsi üçün danışıqlar aparılır
16/10/2018 [16:58]:
“Orada ev tikən və onları rəsmiləşdirən şəxslər məsuliyyət daşıyırlar” - meriya
16/10/2018 [16:38]:
Paşinyan bu gün istefa verəcək
16/10/2018 [16:05]:
Yay məktəbi layihəsinə dəstək olan qurumlar mükafatlandırılıb
16/10/2018 [15:29]:
Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb
16/10/2018 [14:31]:
Badamdardakı sürüşmə zonasında 5 drenaj quyusu qazılır
16/10/2018 [13:37]:
Azərbaycanın yeni xəbər telekanalı yayıma başlamağa hazırdır
16/10/2018 [12:48]:
15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb
16/10/2018 [12:20]:
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi
16/10/2018 [11:59]:
Azərbaycanda zəlzələ baş verib
16/10/2018 [11:34]:
AÇ: Azərbaycan İtaliyaya qalib gəldi
16/10/2018 [10:46]:
İŞİD Suriyada 700 nəfəri girov götürdü
16/10/2018 [09:57]:
Azərbaycan nefti ucuzlaşıb
16/10/2018 [00:02]:
İlham Əliyev 8 sərəncam imzaladı - yenilənib
15/10/2018 [23:37]:
73 dövlət əmlakı hərraca çıxarılır
15/10/2018 [22:28]:
Fazil Məmmədov reanimasiyaya düşüb
15/10/2018 [21:34]:
Armen Sarkisyan işğal altında olan Şuşa şəhərinə səfər edib
15/10/2018 [21:03]:
Badamdarda evlərin hasarlarının təxminən 30 metr hissəsi uçdu
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Fazil Məmmədovu bitirən səbəblərdən danışdı
Günə 4 minlik şərab içir... - Dünya mediası Hacıyevadan yazır
Nemət Pənahlı həbs edildi
Bakı şəhər Prokurorluğunun əməkdaşı həbs edilib
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı
Azərbaycanda avro və lirə bahalaşdı - rəsmi
“Lotu Quli” Türkiyədən deportasiya edilir - təfsilat
Azərbaycanda əhalinin son sayı açıqlandı
Badamdarda sürüşmə villaları 30% ucuzlaşdırdı - Oliqarxlar təcili satışa başladılar
Oktyabrın 14-də hava dəyişəcək - xəbərdarlıq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin