Bakcell və “PwC Azərbaycan”ın birgə layihəsindən 100 uşaq bəhrələnib

09/08/2018 [23:41] - Cəmiyyət (43)



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin "Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi növbəti "İncəsənət vasitəsilə ünsiyyət” layihəsi başa çatıb.

Özünün "Bakcell Stars” Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, onların asudə vaxtının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin edən Bakcell sözügedən layihənin icrasında aparıcı beynəlxalq peşəkar xidmətlər şirkəti olan "PwC Azərbaycan”la  səylərini birləşdirib. Bakcell və PwC şirkətlərinin əməkdaşlığı  sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradılıb.

Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) Mərkəzində həyata keçirilən rəsm, rəqs və teatr dərnəyindən ümumilikdə 75 uşaq yararlanıb. Xaçmaz İƏR mərkəzində isə 24 uşaq rəqs və rəsm dərnəklərinə cəlb olunub.

Valideynlər keçirilən dərnəklərin uşaqların həyatında böyük rol oynadığını dəfələrlə qeyd ediblər. Aşağı ətrafların inkişafdan geri qalması çətinliyi olan Rəsul Zəkiyevin anası Mehriban Zəkiyeva deyir ki, "İncəsənət vasitəsilə ünsiyyət” onun oğlunun inkişafında mühüm rol oynayıb: "Oğlum noyabr ayından Yasamal İƏR mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinə gedirdi. Bu məşğələlər müddətində Rəsulun özünəinamın artdığını, həmyaşıdları ilə həvəslə ünsiyyət qurduğunu gördüm. Həmçinin rəsm çəkməklə oğlumda gizli qalmış istedadı aşkarlamış olduq. Bu hal məni çox sevindirir və oğluma dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, bu dərnəklərdən 2010-cu ildən başlayaraq Bakcell şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihədən hər il onlarla uşaq bəhrələnir və uğur qazanır. 
"Bu vaxta kimi Xaçmaz İƏR mərkəzinin dərnəklərindən yararlanan uşaqlar şahmat, dama, armreslinq yarışlarında uğurla iştirak edərək mükafatlar qazanıb. Uşaqların çəkdiyi rəsmlər dəfələrlə müxtəlif sərgilərdə nümayiş olunub. Rəqs dərnəyinə qatılan uşaqlar Əlillərin VII Ümumrespublika Bədii Yaradıcılıq Zona Baxış Müsabiqəsində iştirak edərək xüsusi diplomlarla təltif olunublar. Ənənəvi olaraq hər il keçirilən 3 dekabr Beynəlxalq Əlillər Günü, Yeni İl şənliyi, Novruz bayramı, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi bayram tədbirlərində iştirak təkcə uşaqların deyil, onların valideynlərin də həyatında dəyişikliklərə səbəb olur”, deyə UAFA-nın Xaçmaz İƏR mərkəzinin Koordinatoru Kəmalə Əliyeva bildirib.

Yasamal İƏR mərkəzinin Valideyn Birliyi Koordinatoru Zəhra Xələfova deyir ki, Mərkəzdəki dərnəklərə qatılan uşaqlar müxtəlif tədbirlərdə böyük həvəslə iştirak ediblər: "Müasir İncəsənət Muzeyinin "Sehirli çubuq” layihəsi çərçivəsində bizim uşaqların rəsmlərindən ibarət kitab çap edilib. Novruz bayramında uşaqlarımız Rəssamlar Akademiyasında keçirilən "Saf Rənglər” adlı rəsm sərgisində uğurla iştirak ediblər. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə teatr dərnəyi "Qırmızı papaq” nağılını səhnələşdirdi. Bunların hamısı uşaqların aylarla dərnəklərdə öyrəndiklərinin bəhrəsi idi”.

Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində "UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı-yenilənib
Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
Bu il Azərbaycanda 29 292 nəfər dünyasını dəyişib
Avqustun 17-ə hava proqnozu
Xəbər lenti
17/08/2018 [00:58]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı-yenilənib
16/08/2018 [23:34]:
Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı
16/08/2018 [22:32]:
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16/08/2018 [21:28]:
Bu il Azərbaycanda 29 292 nəfər dünyasını dəyişib
16/08/2018 [20:24]:
Avqustun 17-ə hava proqnozu
16/08/2018 [19:38]:
Bu gün “Qarabağ”ın Avroliqadakı rəqibi müəyyənləşəcək
16/08/2018 [18:31]:
2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müəyyənləşdi
16/08/2018 [17:29]:
Putin Paşinyanla hansı mövzularda müzakirə aparıb? – Kreml açıqladı
16/08/2018 [16:34]:
DİM eksperti məhkəməyə verəcək
16/08/2018 [15:33]:
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
16/08/2018 [14:24]:
İsveçrə Məhkəməsi: Gülnarə Kərimovanın 800 milyon dolları Özbəkistana qaytarılacaq
16/08/2018 [13:40]:
Azərbaycanda qızıl ucuzlaşdı
16/08/2018 [12:37]:
Zabit Səmədov fransız rəqibi ilə növbəti döyüşünə çıxacaq
16/08/2018 [11:49]:
"Bakcell"dən abunəçilərin işini asanlaşdıran daha bir yenilik
16/08/2018 [11:48]:
NATO generalından xəbərdarlıq- Rusiya ilə müharibə fəlakət olacaq
16/08/2018 [10:59]:
Azərbaycan millisi İsveçi məğlub etdi
16/08/2018 [10:02]:
ABŞ İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır
16/08/2018 [00:04]:
Kəmaləddin Heydərovun general qohumuna rəsmi ittiham elan edildi
15/08/2018 [23:41]:
Magistraturaya qəbul planının 25 faizi boş qaldı
15/08/2018 [22:29]:
Azərbaycan ötən il də Gürcüstana ən çox yatırım edən ölkə olub
15/08/2018 [21:37]:
Ruhani: ABŞ Xəzərdə hərbi baza açmaq istəyirdi, qarşısını aldıq...
15/08/2018 [20:32]:
Ali təhsil müəssisələrinə qəbulun nəticələri gün ərzində açıqlanacaq
15/08/2018 [19:29]:
Ərdoğanın mətbuat katibi: ABŞ Türkiyəni bir rahibə dəyişdi
15/08/2018 [18:41]:
Bakı-Tbilisi-Bakı aviareysləri bərpa edilir
15/08/2018 [18:02]:
İTV-dən 120 nəfər işdən çıxarıldı - aralarında departament direktoru da var
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyevin kürəkəninə vəzifə verildi - rəsmi
Türkiyədə yeni dollar şoku
Kəmaləddin Heydərovun general qohumuna rəsmi ittiham elan edildi
Sabiq nazirin qaynı işdən çıxarıldı - yeni təyinatlar
Gədəbəy böyük fəlakət astanasında – Nazirlik böyük ekoloji cinayətin üstünü açdı - FOTOLAR
Mərkəzi Bank dolların məzənnəsi barədə
İlham Əliyev 5 sərəncam, 2 fərman imzaladı - yenilənib
Ərdoğan: ABŞ Türkiyəni kürəyindən vurdu!
İlham Əliyev sərəncam imzaladı
Bakıda mağazaya basqın: xəsarət alan var
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin