“Bakcell”in 4G şəbəkəsi: rahatlıq, ultra-yüksək sürət və üstün keyfiyyətli müştəri təcrübəsi

09/08/2018 [11:21] - Cəmiyyət (97)



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təmin etmək üçün ən qabaqcıl və müasir texnologiyalardan istifadə edir.

4G nədir?

Sadə dildə desək, 4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumat-ötürmə şəbəkəsidir. Siz yəqin ki, 3G texnologiyasını dəstəkləyən mobil telefonlar vasitəsilə mobil internetdən bir neçə müddətdir istifadə edirsiniz. Lakin 4G əsasən daha sürətli, rahat və sabit texnologiyadır. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. İnternetdə saytları açmaqdan tutmuş, filmlərin yüklənməsi, telefonda istifadə olunan proqramların yenilənməsi və hətta canlı video efirlərin təşkilinə qədər hər bir əməliyyat 4G şəbəkəsi ilə əvvəlkindən inanılmaz dərəcə sürətlidir.

"Bakcell”n 4G şəbəkəsinin əsas üstünlükləri nədir?

Daha sürətli və keyfiyyətli mobil internet müasir müştəri təcrübəsinin əsas tələbləridir. 2015-ci ildə Bakcell şirkəti özünün 4G şəbəkəsində ən son texnoloji yenilik olan LTE Advanced Carrier Aggregation (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasını tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib. Bu gün Bakcell şəbəkəsi dünya üzrə tezlik daşıyıcılarının birləşməsi ilə Kateqoriya 6 "LTE-Advanced” texnologiyası üzərindən fəaliyyət göstərən nadir şəbəkələrdən biridir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil biznes tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər

4G şəbəkəsinə keçid çox asandır, əhatə dairəsi isə gündən günə artır

"Bakcell”in 4G şəbəkəsindən istifadə edib hədsiz imkanlardan yararlanmaq üçün sadəcə olaraq smartfonunuzun menyusundan 4G/LTE şəbəkəsini seçmək kifayətdir. Bunun üçün cihazınız və SİM-kartınız həmin şəbəkəni dəstəkləməlidir. Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisi və Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qəbələ, Lənkəran, Mingəçevir, Şəmkir, Şirvan, Siyəzən rayonları daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. Şirkətin 2018-ci ilin ilk yarısında ölkə ərazisində quraşdırdığı 400-ə yaxın yeni baza stansiyasının 300-dən çoxu 4G-ni dəstəkləyir. Həmçinin qeyd edək ki, Bakcell Bakı metrosunda 4G xidmətini istifadəyə verən ilk mobil operatordur.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).
 
 


“O biri dünyada görüşənədək” filmi nümayiş olunacaq
Ekologiya nazrliyinin səlahiyyəti artırıldı - qərar
İlham Əliyev Lənkərana gedib - yenilənib
Azərbaycanda avro və lirə bahalaşdı - rəsmi
Sürüşmə zonasında ara-sıra uçqunlar müşahidə edilir - rəsmi
Xəbər lenti
15/10/2018 [13:34]:
“O biri dünyada görüşənədək” filmi nümayiş olunacaq
15/10/2018 [13:29]:
Ekologiya nazrliyinin səlahiyyəti artırıldı - qərar
15/10/2018 [12:34]:
Azərbaycanın sərbəst güləşçisi olimpiya çempionu olub
15/10/2018 [12:08]:
İlham Əliyev Lənkərana gedib - yenilənib
15/10/2018 [11:17]:
Azərbaycanda avro və lirə bahalaşdı - rəsmi
15/10/2018 [10:46]:
Sürüşmə zonasında ara-sıra uçqunlar müşahidə edilir - rəsmi
15/10/2018 [09:59]:
Türkiyədə baş vermiş qəzada ölənlərin sayı 22-yə çatıb
15/10/2018 [00:07]:
Azərbaycan millisi Maltanın öhdəsindən gələ bilmədi
14/10/2018 [23:54]:
“A.M.A.Y.” fəaliyyətini yenidən aktivləşdirmək qərarına gəldi – Sahibkarlara müraciət
14/10/2018 [22:07]:
Elmar Məmmmədyarov Lüksemburqa yola düşüb
14/10/2018 [20:38]:
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəminin batma səbəbi açıqlanıb
14/10/2018 [19:21]:
Dünyanın ən iri şirkətlərindən biri Türkiyəni tərk edir
14/10/2018 [17:54]:
Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi artıb
14/10/2018 [16:28]:
Nazirlik Badamdardakı sürüşmə zonasında son vəziyyət barədə - rəsmi
14/10/2018 [14:49]:
25 yaşlı azərbaycanlı Rusiyada polislərə hücum etdi
14/10/2018 [13:41]:
Türkiyənin ölkəmizdəki səfirliyi rəsim sərgisi təşkil edir
14/10/2018 [13:21]:
Güləşçimiz Olimpiadada bürünc medal qazanıb
14/10/2018 [11:56]:
Badamdarda sürüşmə villaları 30% ucuzlaşdırdı - Oliqarxlar təcili satışa başladılar
14/10/2018 [10:04]:
Dağıstanda iki İŞİD-çi öldürüldü
14/10/2018 [00:14]:
Maradona: Messidən lider olmaz
13/10/2018 [23:50]:
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı
13/10/2018 [22:32]:
Oktyabrın 14-də hava dəyişəcək - xəbərdarlıq
13/10/2018 [21:12]:
“Formula 1”: Azərbaycan Qran-Prisi apreldə keçiriləcək
13/10/2018 [19:43]:
Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçdi
13/10/2018 [18:07]:
Koçaryan baş nazir olmaq istəmir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Fazil Məmmədovu bitirən səbəblərdən danışdı
Günə 4 minlik şərab içir... - Dünya mediası Hacıyevadan yazır
Nemət Pənahlı həbs edildi
Bakı şəhər Prokurorluğunun əməkdaşı həbs edilib
Lotu Quli həbs edildi - yenilənib
İlham Əliyev nazirləri topladı
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı
Ramil Usubovdan yeni təyinat
İlham Əliyev yeni fərman imzaladı
“Lotu Quli” Türkiyədən deportasiya edilir - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin