“Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti” mövzusunda təlimlər başa çatıb

08/08/2018 [12:01] - Mədəniyyət (154)



“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” layihəsinin icrasını başa çatdırıb. 

Layihənin məqsədi cəmiyyətdə tolerantlıq dəyərlərinin daha geniş təşəkkül tapmasına yardım göstərilməsi olub. Layihə çərçivəsində Bakı şəhərində gənclər, tələbələr, vətəndaş cəmiyyəti fəalları, sosial şəbəkələrin fəal istifadəçiləri, qrup və səhifələrinin idarəçiləri, KİV əməkdaşları üçün “Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti” mövzusunda 3 təlim keçirilib. 

“Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti” mövzusunda keçirilən təlimlər geniş marağa səbəb olub və yüksək təmsilçiliyi ilə diqqət çəkib. Təlimlərdə “Dözümlülük ideyasının tarixi təkamülü”, “Dini tolerantlıq  konsepsiyası”,  “Qloballaşan dünyada milli-mədəni kimliyə olan çağırışlar”, “İslam dini və tolerantlıq”,  “Azərbaycanın tolerantlıq modeli”, “İslam paradiqmasında tolerantlıq anlayışı”,  “Müasir insan hüquqları nəzəriyyələri və tolerantlıq ideyası” mövzularını əhatə edib. 

Təlimlərə Dini Qurumlarla üzrə Dövlət Komitəsi,  İlahiyyat İnstitutu təmsilçiləri,  AMEA-nın Fələsfə və Tarix institutlarının alimləri, nüfuzlu ilahiyyatçılar, ictimaı fəallar, QHT rəhbərləri məruzəçi kimi dəvət olunublar. DEVAM rəhbəri Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı Ağa Hacıbəyli, İlahiyyat Universitenin müəllimi  Anar Qafarov,   Dini Qurumlarla üzrə Dövlət Komitəsinin rəsmisi  Rəfi Qurbanov, Media və Mülki Cəmiyyət İB-nin sdər müavini Rəsul Mirhəşimli, ictimai fəal Bəxtiyar Hacıyev , tanınmış araşdırmaçı – alim Vüsal Hətəmov, AMEA-nln dosenti Dilavər Əzimli, habelə, alim Füzulu Məhəmməd,  QHT nümayəndələri Mehriban Zeynalova, Ruhəngiz Hüseynli və başqaları məruzələrlə çıxış ediblər.  Ümumilikdə, təlimlərə 80  iştirakçı  qatılıb. 

Təlimlər  həm də, qeyd olunan mövzularla yanaşı cəmiyyətin müxtəlif kəsimlərini təmsil edən rəy liderləri, ekspertlər, ilahiyyatçılar, vətəndaş cəmiyyəti fəalları arasında “Dövlətin din siyasəti necə olmalıdır?”, ““Tolerantlıq” terminini Azərbaycan dilində hansı sözlə əvəz etmək olar?”,  “İslam dinində tolerantlıq ənənələri və İslam peyğəmbərinin bununla əlaqədar şəxsi nümunələri necə olmuşdur?”,   “Tolerantlıq Qərb ölkələrində necə başa düşülür? “Yanaşma dəyişibmi?” – kimi çox aktual suallar ətrafında müzakirələr və fikir mübadiləsi ilə fərqlənib.  Bu müzakirələr iştirakçılara fərqli yanaşmaları nümayiş etdirib, tolerantlıq da daxil olmaqla ekzestensial suallarla bağlı müasir intellektual axtarışlar barədə bilgilənməyə yardım göstərib. 

Layihə çərçivəsində təlim iştirakçılarından ibarət “Tolerant Azərbaycan” Şəbəkəsi yaradılıb. Şəbəkənin sosial şəbəkələrdə səhifə və qrupu yaradılıb. Şəbəkə  üzvləri Azərbaycanın tolerant ölkə kimi tanıdılması, tolerantlıq ideya və dəylərinin təbliğ olunması istiqamətində fəaliyyət göstərəcək. 
Şəbəkənin yaradılması və onun vasitəsilə şaxələndirilmiş maarifçilik aparılması gənclərin tolerantlıq dəyərlərini daha yaxşı anlamasına, təbliğinə əhəmiyyətli töhfə verəcək. Şəbəkə gənclərin tolerantlıq dəyərləri əsasında bir araya gəlməsi və özlərinin bu istiqamətdə maarifçilik tədbilərini davam etdirməsinə zəmin yaradacaq.
“Britaniya üçün geriyə yol yoxdur” – Avropa İttifaqı
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - yenilənib
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri
Azərbaycan nefti ucuzlaşıb
İlham Əliyev yeni sərəncam imzaladı
Xəbər lenti
12/12/2018 [13:04]:
Çaylarda suyun səviyyəsi yenidən dəyişdi
12/12/2018 [12:17]:
“Britaniya üçün geriyə yol yoxdur” – Avropa İttifaqı
12/12/2018 [12:03]:
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - yenilənib
12/12/2018 [11:48]:
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri
12/12/2018 [11:24]:
AFFA "Səbail"in şikayətini rədd etdi
12/12/2018 [10:46]:
Xalq artisti Gülxar Həsənovanın 100 illiyi qeyd edilib
12/12/2018 [09:58]:
Azərbaycan nefti ucuzlaşıb
12/12/2018 [00:02]:
İlham Əliyev yeni sərəncam imzaladı
11/12/2018 [23:47]:
Camal Xaşogi “İlin adamı” seçildi
11/12/2018 [23:16]:
“Danimarka şirkəti Dağlıq Qarabağda heç bir işlə məşğul deyil” - XİN
11/12/2018 [21:27]:
Bakıda keçirilmiş hərracda “Kia” 4400 manata satıldı
11/12/2018 [20:42]:
ABŞ səfirliyi Qüdsdə -Baxışlar və reallıqlar
11/12/2018 [20:36]:
Azərbaycanın olimpiya mükafatçısı karyerasını başa vurur
11/12/2018 [19:48]:
Bu dövlət şirkətləri ictimaiyyətə hesabat vermir - siyahı
11/12/2018 [18:57]:
Millimiz Braziliya ilə oynaya bilər
11/12/2018 [18:16]:
Dekabrın 12-ə hava proqnozu
11/12/2018 [17:45]:
Şimali Qafqazda 37 terror yuvası məhv edilib
11/12/2018 [16:28]:
Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb aradan çıxdı - təfsilat
11/12/2018 [15:39]:
Azərbaycanda neft hasilatı artıb
11/12/2018 [14:44]:
Taksidə siqaret çəkənlər cərimələnəcək
11/12/2018 [14:20]:
Azərbaycanda alman irsinin izləri və memarlığı
11/12/2018 [13:56]:
İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib
11/12/2018 [13:17]:
Sürücülərin nəzərinə: sabah bu yollar bağlı olacaq
11/12/2018 [12:28]:
Azərbaycan nefti bahalaşıb
11/12/2018 [11:53]:
Ziyafət Əsgərov: Çalışırlar ki, Azərbaycanda terror törətsinlər...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov palkovnikləri işdən çıxartdı - siyahı
Ramil Usubovdan yeni rəis təyinatı
Xalq artistinin bəyanatı nazir üçün çox gözlənilməz olub – rəsmi izahat
Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistanadır - ABŞ kəşfiyyatı
Bakının məşhur bazarı sökülür
Novruz Məmmədov qəbiristanlıqlarla bağlı qərar verdi
İlham Əliyev 5 sərəncam imzaladı - yenilənib
Maliyyə naziri devalvasiya anonsu verib?
Tanınmış vəkilin "stəkanda fırtına" əməliyyatı - araşdırma
İlham Əliyev 9 sərəncam, 17 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin