Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının əsasnaməsi

01/05/2018 [18:05] - Açıq hökümət (288)



Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının
ƏSASNAMƏSİ təsdiqlənib.

1. Ümumi müddəalar

1.1. Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması (bundan
sonra “Platforma” adlandırılacaq) “Açıq Hökumət" Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda
tətbiqinə hərtərəfli dəstək verilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq
hökumət prinsiplərinin tətbiq edilməsi, bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin
təmin edilməsi, habelə hökumət-vətəndaş cəmiyyəti dialoqunun inkişaf etdirilməsi məqsədilə
yaradılır və fəaliyyət göstərir.
1.2. Platforma öz fəaliyyətində şəffaflıq, obyektivlik, peşəkarlıq və əməkdaşlığa açıqlıq prinsiplərinə
əsaslanır.
1.3. Platformanın qısa adı: AHT Dialoq Platforması
1.4. Platforma Bakı şəhəri ... ünvanda yerləşir.

2. Platformanın fəaliyyət istiqamətləri

2.1. Platforma aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.1.1. Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqi üzrə hökumətlə vətəndaş
cəmiyyətinin birgə fəaliyyətinin gücləndirilməsi;
2.1.2. “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində vətəndaş cəmiyyəti
tərəfindən hökumətin həyata keçirdiyi fəaliyyətlərin monitorinqinin aparılması;
2.1.3. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlığın artırılması üçün ictimai nəzarətin
gücləndirilməsi və elektron hökumətin təşviqi;
2.1.4. Açıq hökumətin təşviqinə dair beynəlxalq sənədlərin, öhdəliklərin öyrənilməsi beynəlxalq
təcrübənin tətbiq olunnması üzrə fəaliyyətin həyata keçirilməsi;
2.1.5. Açıq Hökumətin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi və yaxşılaşdırılması üçün
hökumət üçün təkliflərin hazırlanması;
2.1.6. Açıq Hökumətin təşviqinə dair digər ölkələrin vətəndaş cəmiyyəti platformaları ilə əlaqələrin
qurulması və inkişaf etdirilməsi;
2.1.7. Vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətindəki çətinliklərin aradan qaldırılmasına və
ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı və onun fəaliyyətinin müxtəlif səviyyələrdə dövlət
orqanları tərəfindən dəstəklənməsinə nail olunması;
2.1.8. Mədən hasilatından əldə edilən gəlirlərə və onların istifadəsinə ictimai nəzarətin həyata
keçirilməsi;
2.1.9. Platforma üzvü olan vətəndaş cəmiyyəti təşkilatları tərəfindən “Açıq Hökümət” Tərəfdaşlığı
Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətinin təmsil edilməsi;
2.1.10. Təşəbbüsdə maraqlı olan dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq
təşkilatlarla, habelə özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələrin aparılması.
2
2.2. Platforma fəaliyyət istiqamətlərinə uyğun olaraq:
2.2.1. Hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla müzakirələr aparır;
2.2.2. Konfranslar təşkil edir, təkliflər və hesabatlarla çıxış edir;
2.2.3. Yerli və beynəlxaq təşkilatlarda təmsil olunur, tədbirlərdə iştirak edir;
2.2.4. Fəaliyyət istiqamətlərinə uyğun olaraq digər fəaliyyətləri həyata keçirir.

3. Platformada üzvlük

3.1. Platformada üzvlük açıqdır. Bu təşəbbüsü dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları, parlament
və hökumət nümayəndələri Platformaya üzv ola bilər. Platformada üzvlük
könüllüdür. Platformanın bütün üzvləri bərabər hüquqlara malikdirlər və bərabər vəzifələr
daşıyırlar.
3.2. Platformanın üzvü olan təşkilatı Platformada onun rəhbəri və ya təşkilatın səlahiyyətli orqanının
onun adından çıxış etmək hüququ verilmiş nümayəndəsi təmsil edir.
3.3. Platformanın üzvlərinin aşağıdakı hüquqları vardır:
3.3.1. Platformanın idarəetmə orqanlarına seçmək, seçilmək, onun strukturlarında təmsil olunmaq;
3.3.2. Platformanın fəaliyyətində iştirak etmək, təklifllər vermək;
3.3.3. Platformanın və onun idarəetmə orqanlarının fəaliyyəti barədə məlumat almaq;
3.3.4. Platformanın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.
3.4. Platformanın üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
3.4.1. Platformanın Əsasnaməsinə əməl emək, onun seçkili orqanlarının qərarlarına hörmətlə
yanaşmaq və ona əməl etmək;
3.4.2. Platformanın nüfuzuna xələl gətirən hərəkətlərə yol verməmək, etik davranış qaydalarına əməl
etmək;
3.4.3. Platformadakı fəaliyyətindən sui-istifadə etməmək və siyasi məqsədlər üçün istifadə etməmək;
3.5. Platformanın üzvü bu Əsasnamənin 3.4.1., 3.4.2. və 3.4.3.-cü bəndlərində nəzərdə tutulan
əməllərə yol verdikdə onun barəsində Təftiş Qrupunun Rəyi əsasında aşağıdakı intizam tənbeh
tədbirlərindən biri tətbiq edilir:
3.5.1. Xəbərdarlıq;
3.5.2. Platformada üzvlüyün dayandırılması;
3.5.3. Platforma üzvlüyündən xaric etmə.
3.6. Platforma üzvü ardıcıl olaraq 2 dəfədən çox üzürsüz səbəbdən Platformanın iclaslarında iştirak
etmədikdə Platforma üzvlüyündən xaric edilə bilər.
3.7. Platformanın üzvü “Platforma üzvlüyündən xaric etmə” barədə qərardan Platformanın Təftiş
Qrupuna və məhkəməyə şikayət verə bilər.

4. Platformanın idarə olunması

4.1. Platforma öz fəaliyyətini bir qayda olaraq iclaslar formasında həyata keçirir. İclaslarda aşağıdakı
məsələlər üzrə qərarlar qəbul edilir. 
4.1.1. Platformanın Əsasnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
4.1.2. Platformanın cari fəaliyyət istiqamətlərinin müəyyən edilməsi;
4.1.3. Platformanın əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;
4.1.4. İdarə Heyəti formalaşdırılanadək Platformaya üzvlərin qəbul edilməsi və üzvlər barəsində
intizam tənbeh tədbirinin tətbiq edilməsi;
4.1.5.Platformanın İdarə Heyətinin, Koordinatorunun və Təftiş Qrupunun seçilməsi və onların illik
hesabatlarının təsdiq edilməsi;
4.1.6. Platformanın yenidən təşkili və ləğv edilməsi;
4.1.7. Platformada üzvlük haqqının müəyyən edilməsi;
4.1.8. Platformanın məqsədlərinə və fəaliyyət istiqamətlərinə uyğun digər səlahiyyətlərin həyata
keçirilməsi.
4.2. Platformanın iclasları ayda bir dəfədən az olmayaraq Platformanın Koordinatoru tərəfindən
çağırılır. Platformanın iclası və onun gündəliyi barədə üzvlərə ən azı bir həftə əvvəl məlumat
verilir.
4.3. Platformanın növbədənkənar iclasları Platforma üzvlərinin 2/3 hissəsinin tələbi ilə Platformanın
Koordinatoru tərəfindən çağırılır. Platformanın növbədənkənar iclası və onun gündəliyi barədə
üzvlərə ən azı üç gün əvvəl məlumat verilir.
4.4. Platformanın iclasları yazılı qaydada protokollaşdırılır və tanış olmaları üçün elektron qaydada
üzvlər arasında yayılır.
4.5. Platformanın İdarə Heyəti:
4.5.1.Platformanın cari fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və iş planını qəbul edir;
4.5.2.Platformanın məqsəd və fəaliyyətlərinə müvafiq işçi qrupları təşkil edir;
4.5.3.Platformaya üzv qəbul edir və üzvlər barəsində intizam tənbeh tədbiri tətbiq edir;
4.5.4. Platformanın iclaslarının müstəsna səlahiyyətlərinə aid olmayan digər səlahiyyətləri həyata
keçirir.
4.6. İdarə Heyətinin iclasları yazılı qaydada protokollaşdırılır və tanış olmaları üçün elektron
qaydada İdarə Heyəti üzvlərinə göndərilir.
4.7. Platformanın iclasları və Platformanın İdarə Heyətinin iclasları üzvlərin yarısı iştirak etdikdə
səlahiyyətlidir və qərarlar iştirak edənlərin yarıdan çoxunun səs çoxluğu ilə qəbul edilir.
4.8. Platformanın fəaliyyətinin əlaqələndirilməsi Platformanın Koordinatoru tərəfindən həyata
keçirilir.
4.9. Platformanın Koordinatoru:
4.9.1.Platformanı təmsil edir və onun adından çıxış edir;
4.9.2.Platformanın fəaliyyətini əlaqələndirir, bu Əsasnamənin 2.2. bəndi ilə müəyyən edilən
fəaliyyətlərin həyata keçirilməsini və bu Əsasnamənin 6.2. bəndinə əsasən yaradılan
Platformanın struktur bölmələri və digər qurumların fəaliyyətini təmin və təşkil edir;
4.9.3.Platformaya daxil olan müraciətləri araşdırır və cavablandırır;
4.9.4. Platformanın və Platformanın İdarə Heyətinin iclalarını təşkil edir və iclaslara sədrlik edir;
4
4.9.5.Platformanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri Platformaya təqdim edir;
4.9.6.Platformanın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;
4.9.7.Platformanın fəaliyyəti barədə hesabatlar hazırlayır.
4.10. Platformanın Koordinatorunun, Təftiş Qrupunun və İdarə Heyətinin səlahiyyət müddəti üç ildr.
4.11. Platformanın və Platforma üzvlərinin fəaliyyətlərinin Platformanın Əsasnaməsinə uyğun
olmasına, habelə Platformanın maliyyə fəaliyyətinə nəzarəti Platformanın Təftiş Qrupu həyata
keçirir.
4.12. Platformanın Idarə Heyətinin və Təftiş Qrupunun say tərkibi Platformann iclası tərəfindən
müəyyən edilir.
4.13. Platformanın İdarə Heyəti Platforma üzvlərinin sayı əllidən çox olduqda formalaşdırılır. Bu
halda Platformanın iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir.

5. Yekun müddəalar

5.1. Platformanın fəаliyyəti qrаntlаr, iаnələr, üzvlük haqları və qanunla qadağan edilməyən digər
vəsaitlər (tехniki vаsitələr, yеr və sаir) hеsаbınа mаliyyələşdirilir.
5.2. Bu Əsasnaməyə dəyişikliklər, Platformanın fəaliyyətinə xitam verilməsi, Platforma üzvlüyünə
qəbul və üzvlükdən xaric etmə barədə qərarlar Platforma üzvlərinin yarıdan çox səs çoxluğu ilə
qəbul edilir.
5.3. Platformanın iclaslarında işçi qaydada Platformanın struktur bölmələri və digər qurumları
yaradıla bilər.
5.4. Platformanın fəaliyyətinə xitam verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
“O biri dünyada görüşənədək” filmi nümayiş olunacaq
Ekologiya nazrliyinin səlahiyyəti artırıldı - qərar
İlham Əliyev Lənkərana gedib - yenilənib
Azərbaycanda avro və lirə bahalaşdı - rəsmi
Sürüşmə zonasında ara-sıra uçqunlar müşahidə edilir - rəsmi
Xəbər lenti
15/10/2018 [14:41]:
Yeni orfoqrafiya qaydaları təsdiqlənmək üçün hökumətə təqdim edildi
15/10/2018 [13:34]:
“O biri dünyada görüşənədək” filmi nümayiş olunacaq
15/10/2018 [13:29]:
Ekologiya nazrliyinin səlahiyyəti artırıldı - qərar
15/10/2018 [12:34]:
Azərbaycanın sərbəst güləşçisi olimpiya çempionu olub
15/10/2018 [12:08]:
İlham Əliyev Lənkərana gedib - yenilənib
15/10/2018 [11:17]:
Azərbaycanda avro və lirə bahalaşdı - rəsmi
15/10/2018 [10:46]:
Sürüşmə zonasında ara-sıra uçqunlar müşahidə edilir - rəsmi
15/10/2018 [09:59]:
Türkiyədə baş vermiş qəzada ölənlərin sayı 22-yə çatıb
15/10/2018 [00:07]:
Azərbaycan millisi Maltanın öhdəsindən gələ bilmədi
14/10/2018 [23:54]:
“A.M.A.Y.” fəaliyyətini yenidən aktivləşdirmək qərarına gəldi – Sahibkarlara müraciət
14/10/2018 [22:07]:
Elmar Məmmmədyarov Lüksemburqa yola düşüb
14/10/2018 [20:38]:
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəminin batma səbəbi açıqlanıb
14/10/2018 [19:21]:
Dünyanın ən iri şirkətlərindən biri Türkiyəni tərk edir
14/10/2018 [17:54]:
Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi artıb
14/10/2018 [16:28]:
Nazirlik Badamdardakı sürüşmə zonasında son vəziyyət barədə - rəsmi
14/10/2018 [14:49]:
25 yaşlı azərbaycanlı Rusiyada polislərə hücum etdi
14/10/2018 [13:41]:
Türkiyənin ölkəmizdəki səfirliyi rəsim sərgisi təşkil edir
14/10/2018 [13:21]:
Güləşçimiz Olimpiadada bürünc medal qazanıb
14/10/2018 [11:56]:
Badamdarda sürüşmə villaları 30% ucuzlaşdırdı - Oliqarxlar təcili satışa başladılar
14/10/2018 [10:04]:
Dağıstanda iki İŞİD-çi öldürüldü
14/10/2018 [00:14]:
Maradona: Messidən lider olmaz
13/10/2018 [23:50]:
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı
13/10/2018 [22:32]:
Oktyabrın 14-də hava dəyişəcək - xəbərdarlıq
13/10/2018 [21:12]:
“Formula 1”: Azərbaycan Qran-Prisi apreldə keçiriləcək
13/10/2018 [19:43]:
Seysmoloji Mərkəz sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Fazil Məmmədovu bitirən səbəblərdən danışdı
Günə 4 minlik şərab içir... - Dünya mediası Hacıyevadan yazır
Nemət Pənahlı həbs edildi
Bakı şəhər Prokurorluğunun əməkdaşı həbs edilib
Lotu Quli həbs edildi - yenilənib
İlham Əliyev nazirləri topladı
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı
Ramil Usubovdan yeni təyinat
İlham Əliyev yeni fərman imzaladı
“Lotu Quli” Türkiyədən deportasiya edilir - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin