“Açıq hökumət” Milli Fəaliyyət Planının 2-ci istiqamətinin monitorinqinin nəticələri açıqlanıb

06/05/2018 [19:55] - Açıq hökümət (383)



“Rezonans” Gənclərin İctimai Birliyi “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqaməti (İnformasiya əldə olunması) üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı monitorinqin nəticələrini təqdim edib. Monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən  “Açıq hökumətin” təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqamətinin monitorinqi” layihəsi çərçivəsində həyata keçirilib.


Beynəlxalq Mətbuat Mərkəzində keçirilən dəyirmi masada monitorinq nəticələri müzakirə olunub. Tədbiri giriş sözü ilə açan Açıq Hökumət Platformasının koordinatoru informasiya açıqlığının, vətəndaşların informasiyaya çıxışının şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizədə çox vacib amil olduğunu qeyd edib. Ə.Nuriyev bildirib ki, informasiya açıqlığı məsələləri Azərbaycanın 2011-ci ildən üzv olduğu Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün əsas kompenentlərindən biridir: “İnformasiya açıqlığı, informasiyaya çıxışın asanlaşdırılması ictimai nəzarətin həyata keçirilməsi, yaxşı idarəçilik prinsiplərinin tətbiq edilməsi baxımından vacibdir. İnformasiya açıqlığı bu gün dünyada diqqət yetirilən məsələlərdəndir, əsas trendlərdən biridir. Azərbaycanda bu istiqamətdə tədbirlər həyata keçirilir. “Açıq hökumət” məlumatlar portalı yaradılıb. Vətəndaşların informasiyaya çıxışının asanlaşdırılması sahəsində də işlər görülür. Bununla belə,  bu sahədə problemlər də mövcuddur və biz bunları aşkarlayaraq, həll yollarını təklif etməliyik. Bu monitorinq də bu sahədə töhvə verəcək”.

Ə.Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hər zaman “Açıq hökumət” təşəbbüsləri, şəffaflıq məsələlərini diqqətdə saxladığını, layihə təkliflərini dəstəklədiyini vurğulayıb.

Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz informasiya açıqlığı ilə əlaqədar artıq dünyada yeni yanaşma olduğunu söyləyib: “Hazırda artıq informasiyanın elə şəkildə çatdırılmasında söhbət gedir ki, ondan faydalı şəkildə istifadə etmək mümkün olsun. İnformasya elə formada təqdim olunur ki, istifadəçi lazım olan formatda yararlana bilsin.  Söhbət vətəndaşlara məhz faydalı məlumatların əlçatan formada çatdırılmasından gedir. Əks halda çox böyük həcmdə faydasız informasiya verilir və bundan praktik yararlanmaq mümkün olmur”.

O.Gündüz Azərbaycanda “Açıq hökumət” məlumat bazalarının inkişaf etməsinin vacibliyini də qeyd edib.

Monitorinq nəticələrini təqdim edən layihə rəhbəri Zaur İbrahimov qeyd edib ki, MFP-nin 2-ci istiqaməti üzrə nəzərdə tutulan tədbirlərin 2016-cı il aprel ayı və 2017-ci ilin birinci yarısını əhatə etməklə orta icra səviyyəsi 73% olub.  2-c istiqamət üzrə 5 tədbirdən 2-si 100% icra olunub. Yalnız bir bənd üzrə irəliləyiş qeydə alınmayıb.

Z.İbrahimov problemləri də diqqətə çatdırıb:

– ““İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyin praktikada effektiv  tətbiqində yaranan problemlər;

– Yerli icra hakmiyyəti orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanmaması;

– İnformasiyanın əldə olunması ilə bağlı hüquqi yardım mexanizmlərinin yaradılması, ixtisaslaşmış təlimlərin və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində kifayət qədər dinamikanın olmaması;

– İnformasiya sorğularının cavablandırılması ilə əlaqədar problemlər”.

Nəticələrin təqdimatından sonra iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.

Sumqayıtda avtobus qəzası: yaralananların sayı 42-yə çatıb-yenilənib
Novella Cəfəroğlu: Bu dəfə Əli İnsanov, Taleh Bağırzadə kimi şəxslər də azadlığa çıxa bilər
Bayıl sürüşmə zonasında 98 ev söküləcək
İlham Əliyev sərəncam imzaladı
Mustafa Hacılıya hökm oxundu
Xəbər lenti
22/02/2019 [01:14]:
Sumqayıtda avtobus qəzası: yaralananların sayı 42-yə çatıb-yenilənib
21/02/2019 [23:41]:
Novella Cəfəroğlu: Bu dəfə Əli İnsanov, Taleh Bağırzadə kimi şəxslər də azadlığa çıxa bilər
21/02/2019 [22:36]:
Çempionlar Liqasında həftənin rəmzi komandası
21/02/2019 [21:22]:
Türkiyəli deputatlar Bakı Atatürk Liseyində olub
21/02/2019 [20:17]:
Bayıl sürüşmə zonasında 98 ev söküləcək
21/02/2019 [19:28]:
Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərib
21/02/2019 [18:37]:
Azərbaycanda daha bir xəbər telekanalı açıla bilər
21/02/2019 [17:32]:
İlham Əliyev sərəncam imzaladı
21/02/2019 [16:46]:
Deputat: “Hökumət problemli kreditlərlə bağlı qərar verəcək”
21/02/2019 [15:43]:
Fevralın 22-ə hava proqnozu
21/02/2019 [14:52]:
Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırıldı
21/02/2019 [14:17]:
Mustafa Hacılıya hökm oxundu
21/02/2019 [13:44]:
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
21/02/2019 [13:02]:
Alimlər xəbərdarlıq edir: "Depressiya beyini 10 il tez qocaldır"
21/02/2019 [11:33]:
Ermənistanda baş nazirin keçmiş müavininin həbsi tələb edildi
21/02/2019 [09:59]:
Paşinyan həmsədrlərlə Qarabağ münaqişəsini müzakirə edib
21/02/2019 [00:39]:
Türkiyədə güclü zəlzələ: Xalq küçələrə axışdı
20/02/2019 [23:19]:
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20/02/2019 [22:28]:
ATƏT sədrinin Azərbaycana səfərinin tarixi açıqlandı
20/02/2019 [21:47]:
Ukraynada parka Müslüm Maqomayevin adı veriləcək
20/02/2019 [21:36]:
Müxalifətin mitinqinə icazə verilmədi
20/02/2019 [20:43]:
Azərbaycanda 106 nəfər qızılcaya yoluxub
20/02/2019 [19:38]:
Türkiyədə ardıcıl şəkildə planlaşdırılan terror aktlarının qarşısı alınıb
20/02/2019 [18:19]:
Bakı-İstanbul təyyarəsi Ankaraya məcburi eniş etdi
20/02/2019 [17:26]:
Azərbaycan şəkər idxalını kəskin artırıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəmaləddin Heydərov bankını satdı - təfsilat
Türkiyədə güclü zəlzələ: Xalq küçələrə axışdı
Deputat: İnanmazdım ki, Naxçıvanda bu qədər tərbiyəsiz adamlar nazir postu tuta bilərlər
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
Müxalifət yeni mitinqin elanını verdi
Rüstəm İbrahimbəyovu Bakıda təntənəli şəkildə qarşıladılar - fotolar
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin