Tağı Əhəmədov ticarət köşklərindən ildə azı 5 milyon manat qazanırmış – təhlil

03/08/2018 [09:58] - İqtisadiyyat (432)



Son günlər metroda gediş haqlarının qalxması günün əsas müzakirə mövzusudur. "Bakı Metropoliteni" QSC rəsmi açıqlama verdi ki, metroda 1 sərnişinin daşınmasının maya dəyəri 47 qəpikdir. Əvvəllər, daha doğrusu, Tağı Əhmədovun dövründə bu rəqəmin 1 manatdan yuxarı  olduğu deyilirdi. 

Bununla bağlı müəyyən araşdırma apardıq.

 Rəsmi statistikaya görə, 2017-ci ildə yeraltı nəqliyyatın xidmətindən 228,8 milyon sərnişin istifadə edib. Onlardan 7,2 milyonu gediş haqqını ödəməkdən azad olan güzəştli sərnişinlərdir (7 yaşınadək uşaqlar, hərbçilər və s.). Onları çıxsaq, metropolitendən ödənişli istifadə edən sərnişinlərin sayı 221,6 milyon nəfərdir.  Ötən il ödənişli sərnişinlərdən alınan gəlir 44 milyon 322 min manat olub. Bundan başqa,  metropolitenə dövlət büdcəsindən 45 milyon manat subsidiya da ayrılıb – bu iki mənbə üzrə metropolitenin büdcəsi 89,3 milyon manat edir.  

Metropolitendəki mənbələrdən daxil olan məlumata görə, ötən il metroda yerləşdirilən reklamlardan, 2 milyon 335 min, ticarət obyektlərinin icarəsindən, bankomat, POS-terminal və informasiya köşklərinə xidmət və s. xidmətlərdən 2 milyon 947 min manat  olub. Bu xidmətlərdən əldə edilən gəlirlə birlikdə 2017-ci ildə metronun gəliri 94 milyon 604 min manat olub.

Mənbənin məlumatına görə, 2017-ci ildə istismar üzrə ümumi xərclər 105 milyon 477 min manat təşkil edib. Bura əmək haqqı və ona bərabər tutulan ödənişlər (35 milyon 91 min manat), Sosial Müdafiə Fonduna ayırmalar (7 milyon 617 min manat), xammal və material xərcləri (6 milyon 723 min manat), texnoloji məqsədlər üçün istifadə olunan elektrik enerjisi və yanacaq (11 milyon 428 min manat), bütün kommunal xərclər (4 milyon 424 min manat), o cümlədən qrunt sularının xaric edilməsi (2 milyon 540 min manat), ezamiyyət xərcləri (91 min manat), bank xidmətlərinə görə ödənişlər (168 min manat), amortizasiya ayırmaları (33 milyon 98 min manat), təmir xərcləri (298 min manat), sığorta haqları (613 min manat), gəlirdən çıxılan vergilər (368 min manat), digər xərclər (5 milyon 559 min manat) daxildir. Bundan əlavə, satışdan kənar əməliyyat üzrə xərclər 1 milyon 524 min manat olub. Qeyd edilənlərin yekun nəticəsi kimi, müəssisənin zərəri 12 milyon 397 min manat təşkil edib.

Beləliklə, 105 milyon 477 min manat xərclərin ödənişli sərnişinlərin sayına (221,6 milyon sərnişin) nisbəti 47 qəpik təşkil edir. Başqa sözlə, yalnız istismar xərcləri nəzərə alınmaqla, bir sərnişinin daşınması "Bakı Metropoliteni" QSC-yə 47 qəpiyə başa gəlir.

Araşdırmalar zamanı çox maraqlı detallar üzə çıxdı. Tağı Əhmədovun dövründə 1 sərnişinin daşınma xərcinin 1 manatdan yuxarı olduğu iddia edilirdisə,  2016-cı ildə 77 qəpik təşkil edib. 2017-ci ilin yekunlarına görə isə bu məbləğ 47 qəpiyə enib.  Bəs maya dəyərin 2 dəfəyə yaxın azalması nəyin hesabına baş verib.

Qeyd edək ki,  T.Əhmədov 2014-cü ildə işdən çıxarılıb. Elə həmin ilin əvvəlində Tağı Əhmədov rəsmən bəyan  etdi ki, metropolitenin balansında 2 minə qədər ticarət obyekti var və metro ticarətindən aylıq gəlir 70 min manat, illik gəlir isə cəmi 840 min manatdır.

Hamıya bəllidir ki, 2014-cü ildə metropoliten keçidlərindən ticarət köşklərinin əlindən keçmək olmurdu. Yeni rəhbərlik ticarət köşklərinin sayını əhəmiyyətli dərəcədə azaldıb. Bun baxmayaraq 2017-ci ildə bu mənbə üzrə  2 milyon 947 min manat vəsait daxil olub. Yəni T.Əhmədovun dövrü ilə müqayisədə 2 milyon 107 min manat və yaxud 3,5 dəfə çox vəsait daxil olub. İndi ticarət köşklərinin T.Əhmədovun dövrü ilə müqayisədə ən az 2 dəfə azaldığını nəzərə alsaq, bəlli olar ki, hər ticarət köşklərinin icarəsindən 6 milyona yaxın gəlir götürülübsə də, bu vəsaitin cəmi 14 faizi (840 min manatı) metropolitenin büdcəsinə, qalanı isə (5 milyondan çox) rəhbərliyin şəxsi  cibinə axıb. Yeri gəlmişkən, o dövrdə metronun reklam gəlirləri ilə bağlı heç bir rəsmi və ya qeyri-rəsmi statistika yoxdur.

Araşdırmalarda bəlli olub ki, metronun reklam və icarə haqlarının rəsmi büdcəyə daxil edilməsi, başqa xərclərə qənaət edilməsi hesabına maya dəyəri 1 manatdan 47 qəpiyə endirmək mümkün olub. Deməli, korrupsiya ocaqlarını söndürmək mümkündür, yetər ki, istək olsun!

Qadir İBRAHİMLİ

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı təmirdən sonra açıldı
Novruz Məmmədov nazirə yeni səlahiyyət verdi - sərəncam
Həsən Ruhani Türkiyəyə gedir
İş adamının şikayəti rədd edildi
Azərbaycanla Rusiya arasında iki sənəd qəbul edilib
Xəbər lenti
18/12/2018 [17:30]:
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı təmirdən sonra açıldı
18/12/2018 [17:19]:
"Azərbaycanda işləmək daha rahat idi" - ispaniyalı məşqçi
18/12/2018 [16:57]:
Novruz Məmmədov nazirə yeni səlahiyyət verdi - sərəncam
18/12/2018 [16:28]:
Həsən Ruhani Türkiyəyə gedir
18/12/2018 [16:16]:
İş adamının şikayəti rədd edildi
18/12/2018 [15:36]:
Azərbaycanla Rusiya arasında iki sənəd qəbul edilib
18/12/2018 [14:54]:
Gürcüstanda “Magi LTD” laboratoriyasının saxtakarlığı üzə çıxıb
18/12/2018 [14:48]:
Dekabrın 19-a hava proqnozu
18/12/2018 [13:59]:
Siyavuş Novruzov Putinin dostunu hədəfə aldı: Professordur-nədir, bilmirəm...
18/12/2018 [13:14]:
Azərbaycanda yeni medal təsis edilib.
18/12/2018 [12:27]:
Milli Məclisin deputatı: “Bizi açıq şəkildə təhqir edirlər”
18/12/2018 [11:32]:
Azərbaycan nefti ucuzlaşıb
18/12/2018 [10:44]:
Türkiyədə zəlzələ olub
18/12/2018 [09:57]:
Göyçayda deputatın 6 villasına görə 50 ev sökülür - şikayət
18/12/2018 [00:00]:
İlham Əliyevin yeni təyin etdiyi icra başçısı kimdir? - yenilənib
17/12/2018 [23:37]:
76 dövlət əmlakı hərraca çıxarıldı
17/12/2018 [22:50]:
Nazir: "Qətər dünyada ən sabit inkişafa malik ölkələrdəndir"
17/12/2018 [22:32]:
Karateçilərimiz İtaliyadan yüksək nəticə ilə dönür
17/12/2018 [21:26]:
İçərişəhərdə orta əsrlərə aid hamam aşkarlanıb
17/12/2018 [20:34]:
Azəbaycanlılar xaricdə bu il 1 milyard dollardan çox xərcləyib
17/12/2018 [19:48]:
Dekabrın 18-ə hava proqnozu
17/12/2018 [18:59]:
Azərbaycan banklarının nağd vəsaitlərinin həcmi 19% azalıb
17/12/2018 [18:16]:
DTX və DSX birgə əməliyyat keçirib – Saxlanılanlar var
17/12/2018 [17:58]:
Məqsəd məni hörmət və nüfuzdan salmaqdır...
17/12/2018 [17:29]:
Vüqar Səfərli: Sosial şəbəkə media deyil…
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Sabiq nazir oğlu Londonda daha bir şirkət açıb - sənədlər
Ziyafət Əsgərovun işdən çıxan qardaşı: Nifrət olunmalı bir sistemdir...
İlham Əliyev işdən çıxartdı, Novruz Məmmədov vəzifə verdi - yenilənib
İlham Əliyev icra başçısını vəzifəsindən uzaqlaşdırdı - sərəncam
Eldar Mahmudovun oğlunun İspaniyada milyonluq mülkləri aşkarlandı - siyahı
İlham Əliyevin yeni təyin etdiyi icra başçısı kimdir? - yenilənib
Ramil Usubov polis rəisini işdən çıxartdı - sərəncam
İlhan Əliyev 2 nəfərə general rütbəsi verdi - siyahı-yenilənib
Ruhani diplomatiyası - Şeyxin Vazgen və Qareginlə danışıqlarının 30 illik tarixi
İlham Əliyev yeni sərəncam imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin