Deputat od püskürdü: İqtidarda ölkəni böhrana sürükləyən kütbeyin insanlar var

03/08/2018 [00:03] - Siyasət (1546)



“İqtidarda özlərinin çirkin əməllərini həyata keçirmək üçün onu daxildən parçalamaq, onun ən nüfuzlu və sədaqətli kadrlarını gözdən salıb onlara qarşı etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da ölkəni siyasi böhrana sürüklədiklərinin fərqində olmayan kütbeyin insanlar var”.

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ötən ay ölkədə baş verən təxribatların payızda da təkrar oluna biləcəyi ehtimalları barədə fikirlərinə fərqli don geyindirməyə cəhd göstərən bəzi sosial şəbəkə istifadəçilərinə cavabda deyib.

BAXCP mətbuat xidmətinin sualını cavablandıran Qüdrət Həsənquliyev qeyd edib ki, sosial şəbəkələrdə bəzi şəxslərin belə təxribat xarakterli mülahizələrlə çıxış etməsi təsadüfi deyil: “Çünki bu mülahizələri yayanlar da həmin təxribatları planlaşdıran siyasi dairələrlə bir yerdədirlər.

Diqqətlə araşdırsanız görərsiniz ki, həmin şəxslər xarici ölkələrdən dəstək almaq üçün özgə qapılarında necə sülənirlər. Həmin adamların deputat olmaq üçün hansı qapıların ağzında boyun burduqlarını, meymun kimi necə min bir oyundan çıxdıqlarını yaxşı bilirik. Əvvəla, mənim partiyanın mətbuat xidmətinə verdiyim açıqlamanı təkcə APA deyil, ölkənin əksər kütləvi informasiya vasitələri yayıb. İndi də bu fikirdə qalıram ki, payızda təxribatçı qüvvələrin yeni cəhdləri ola bilər.

Nəzərə almaq lazımdır ki, həmin dövrdə bəzi dini mərasimlər keçiriləcək və əvvəlki dövrlərdə də belə mərasimlər zamanı təxribatlara cəhdlər olub, həmçinin son təxribatlar da məhz din pərdəsi altında törədilib. Bu səbəbdən də hesab edirəm ki, mənim dediklərimə ciddi yanaşılmalıdır. Ona görə də mən moderator.az saytına açıqlamamda da demişdim ki, 1 il ərzində ölkədə kütləvi yürüşlərin keçirilməsinə moratorium qoyulmalıdır. Mənim haqqımda bu tipli şərhləri yazdıranların özləri antikonstitusion yolla prezident olmaq istəyənlərdir.

Dəfələrlə rəsmi mövqeyimi açıqlayaraq bildirmişəm ki, antikonstitusion yolla prezident olmaq istəyənlər yalnız İlham Əliyevə qarşı deyil, həm də Azərbaycan dövlətində qarşı xəyanət yolunu tutanlardır. Belə şəxslərin qarşısında dayanan siyasətçilərdən biri də mənəm. Bir siyasi partiya olaraq BAXCP də hər zaman Azərbaycan dövlətinin konstitusion əsaslarının yanında olub və bundan sonra da olacaq. Amma çox təəssüf ki, iqtidarda özlərinin çirkin əməllərini həyata keçirmək üçün onu daxildən parçalamaq, onun ən nüfuzlu və sədaqətli kadrlarını gözdən salıb onlara qarşı etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da ölkəni siyasi böhrana sürüklədiklərinin fərqində olmayan kütbeyin insanlar var.

Zamanında belə kütbeyinlərə Prezident İlham Əliyev də müraciət edərək demişdi ki, kim prezident olmaq istəyirsə, o zaman istefa versin, gedib öz partiyasını yaratsın və açıq formada mübarizə aparsın”.
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
Xəbər lenti
17/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
17/02/2019 [09:46]:
Müxalifət yeni mitinqin elanını verdi
17/02/2019 [00:08]:
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
16/02/2019 [23:31]:
Gürcüstan Prezidenti Administrasiyasında işçilərin 50 faizi ixtisar edilir
16/02/2019 [22:24]:
Lavrov və Mnatsakanyan Münxendə Qarabağı müzakirə etdilər
16/02/2019 [21:12]:
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
16/02/2019 [20:08]:
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
16/02/2019 [19:57]:
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
16/02/2019 [18:51]:
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
16/02/2019 [17:42]:
"Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb
16/02/2019 [16:34]:
İlham Əliyev Siyavuş Novruzovu ordenlə təltif edib
16/02/2019 [15:29]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı
16/02/2019 [15:17]:
İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir”
16/02/2019 [14:43]:
Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü - Video
16/02/2019 [14:02]:
Azərbaycanlılar və çeçenlər bir masa arxasına toplaşdılar
16/02/2019 [13:13]:
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub
16/02/2019 [12:44]:
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
16/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
16/02/2019 [11:28]:
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:27]:
İnnovativ ideyalarınızı biznesə çevirmək üçün əla imkan
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
“Yoxlamalara ehtiyac qalmayacaq” – Nazir müavini
Baş nazirdən yeni təyinat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin