Metro və avtobuslarda gediş haqqı artırıldı - rəsmi

30/07/2018 [21:25] - İqtisadiyyat (528)



"Məlum olduğu kimi, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib".

Bu barədə Tarif Şurasından verilən məlumatda bildirilib.

Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib.

Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.

Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaqdır.

 İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən sərnişinlərin məlumatlandırılması məqsədilə bildirilib ki, ictimai nəqliyyatdan məhdud istifadə üçün nəzərdə tutulan kağız kart sahibləri 1 avqust tarixindən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə 1 avqust tarixindən etibarən “20 yanvar”, “28 may”, “Nəriman Nərimanov” və “Neftçilər” metro stansiyalarında fəaliyyət göstərən “Kart analiz mərkəzləri”nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər.

Eyni zamanda məlumat üçün bildirilir ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 100-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib. Qeyd edək ki, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 11094 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı-yenilənib
Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
Bu il Azərbaycanda 29 292 nəfər dünyasını dəyişib
Avqustun 17-ə hava proqnozu
Xəbər lenti
17/08/2018 [00:58]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı-yenilənib
16/08/2018 [23:34]:
Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı
16/08/2018 [22:32]:
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16/08/2018 [21:28]:
Bu il Azərbaycanda 29 292 nəfər dünyasını dəyişib
16/08/2018 [20:24]:
Avqustun 17-ə hava proqnozu
16/08/2018 [19:38]:
Bu gün “Qarabağ”ın Avroliqadakı rəqibi müəyyənləşəcək
16/08/2018 [18:31]:
2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müəyyənləşdi
16/08/2018 [17:29]:
Putin Paşinyanla hansı mövzularda müzakirə aparıb? – Kreml açıqladı
16/08/2018 [16:34]:
DİM eksperti məhkəməyə verəcək
16/08/2018 [15:33]:
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
16/08/2018 [14:24]:
İsveçrə Məhkəməsi: Gülnarə Kərimovanın 800 milyon dolları Özbəkistana qaytarılacaq
16/08/2018 [13:40]:
Azərbaycanda qızıl ucuzlaşdı
16/08/2018 [12:37]:
Zabit Səmədov fransız rəqibi ilə növbəti döyüşünə çıxacaq
16/08/2018 [11:49]:
"Bakcell"dən abunəçilərin işini asanlaşdıran daha bir yenilik
16/08/2018 [11:48]:
NATO generalından xəbərdarlıq- Rusiya ilə müharibə fəlakət olacaq
16/08/2018 [10:59]:
Azərbaycan millisi İsveçi məğlub etdi
16/08/2018 [10:02]:
ABŞ İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır
16/08/2018 [00:04]:
Kəmaləddin Heydərovun general qohumuna rəsmi ittiham elan edildi
15/08/2018 [23:41]:
Magistraturaya qəbul planının 25 faizi boş qaldı
15/08/2018 [22:29]:
Azərbaycan ötən il də Gürcüstana ən çox yatırım edən ölkə olub
15/08/2018 [21:37]:
Ruhani: ABŞ Xəzərdə hərbi baza açmaq istəyirdi, qarşısını aldıq...
15/08/2018 [20:32]:
Ali təhsil müəssisələrinə qəbulun nəticələri gün ərzində açıqlanacaq
15/08/2018 [19:29]:
Ərdoğanın mətbuat katibi: ABŞ Türkiyəni bir rahibə dəyişdi
15/08/2018 [18:41]:
Bakı-Tbilisi-Bakı aviareysləri bərpa edilir
15/08/2018 [18:02]:
İTV-dən 120 nəfər işdən çıxarıldı - aralarında departament direktoru da var
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyevin kürəkəninə vəzifə verildi - rəsmi
Türkiyədə yeni dollar şoku
Kəmaləddin Heydərovun general qohumuna rəsmi ittiham elan edildi
Sabiq nazirin qaynı işdən çıxarıldı - yeni təyinatlar
Gədəbəy böyük fəlakət astanasında – Nazirlik böyük ekoloji cinayətin üstünü açdı - FOTOLAR
Mərkəzi Bank dolların məzənnəsi barədə
İlham Əliyev 5 sərəncam, 2 fərman imzaladı - yenilənib
Ərdoğan: ABŞ Türkiyəni kürəyindən vurdu!
İlham Əliyev sərəncam imzaladı
Bakıda mağazaya basqın: xəsarət alan var
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin