Turizm Agentliyi: Elə hallar olub ki, turistlər yolu soruşanda, onlardan pul istəyiblər

24/07/2018 [16:14] - İqtisadiyyat (546)



Bəzi insanlar var ki, turistlərə qarşı narazılığı ümumiləşdirib qabardırlar. Dövlət Turizm Agentliyi sosial şəbəkələr və KİV vasitəsi ilə maarifləndirmə işi aparmağı planlaşdırır. Təcrübə belədir ki, turizmi inkişaf etdirmək istəyən ölkələrdə hər bir vətəndaş bu sahənin faktiki iştirakçısı olur”. 

Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib.

O bildirib ki, bəzi vətəndaşlarda yeni gələn turistlərə qarşı qeyri-adi və emosional yanaşma olur: “Təbii ki, postsovet məkanından və qərb ölkələrindən gələn insanlara bizim vətəndaşlar çoxdan öyrəşib. Azərbaycan turizm qapılarını geniş açdıqca, digər müxtəlif mədəniyyətlərə mənsub insanlar da səfərə gəlirlər. Problem ondandır ki, bir insan Azərbaycanda qeyri-adi hərəkət edəndə, onu bütün kütləyə şamil edirlər. Bu, qətiyyən yolverilməzdir. Körfəz ölkəsinin -  məsələn, Qətərin, Küveytin vətəndaşı oteldə natəmizlik edir. Bizim sosial şəbəkə istifadəçiləri bunu paylaşırlar ki, ərəblər bu cür hərəkət etdilər. Amma eyni münasibət bizə qarşı da olsa, xoş qarşılanmaz. Bir azərbaycanlı Rusiyada hansısa hərəkəti edir və bu, bizim hamımıza şamil edilir. Əlbəttə, etiraz edirik. Yəni bu, həmin adamın şəxsi səhvidir. Biz tolerantlıq və multikulturalizm dəyərlərinə görə dünya üçün nümunə olan xalqıq. Ona görə də ərəblərə, Körfəz ölkələrindən gələn turistlərə cəm şəkildə irad bildirmək doğru deyil”.

K. Quluzadə qeyd edib ki, bu sahədə maarifləndirmə işi aparılmalıdır, xidmət səviyyəsində də bu nəzərə alınmalıdır: “Bəzən xidmət sahəsində insanları milliyyətinə görə fərqləndirirlər. Məsələn, restoranda masaya yemək aparanda ofisiant deyir, bunu rusların, bunu ərəblərin stoluna apar. Bu, qətiyyən yolverilməzdir. Masanın nömrəsi ilə deyilməlidir. Yəni milli, irqi ayrı-seçkilik etmək, bir neqativ halı kütləyə şamil etmək bizim xalqımızın qonaqpərvərliyinə, gülərüzlüyünə yaraşmır. Mən demirəm ki, hamı belə edir. Yox, amma bu cür hallar var”.

K. Quluzadə əlavə edib ki, ölkəsini turizm mərkəzi kimi görmək istəyən vətəndaş özgəlik göstərməməlidir: “Yol göstərmək, gülümsəmək, xidmət etmək təkcə dövlət qurumlarının, o cümlədən Dövlət Turizm Agentliyinin işi deyil. Bu, hamının işidir. Turizm elə bir sahədir ki, hər gələn qonağa 10-30 nəfər xidmət edir. Və xidmət göstərməyi hamı bacarmalıdır. Amma elə hallar olub ki, turistlər yolu soruşanda, onlardan pul istəyiblər. Düzdür, bunlar fraqmental hadisələrdir, amma olmaması yaxşıdır. Əsas məqsəd odur ki, biz turisti məmnun salaq. Bir nəfər neqativ hərəkət edəndə, həmin ölkənin illərlə reklamı aparılsa da, konkret detal turistdə ölkə haqqında mənfi imic formalaşdırır. Ona görə də hamı buna həssas münasibət bəsləməlidir. Bu gün bir turistlə yüksək münasibət göstəririksə, gələn il məhz o insanın hesabına on turist qazana bilərik. Fürsətçil olmaq düzgün deyil”.
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Oktyabrın 27-ə hava proqnozu
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
Xəbər lenti
26/10/2020 [20:04]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:27]:
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov - Lavrov - Lavrov
26/10/2020 [18:34]:
Dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə edənlərin sayına artım edilib
26/10/2020 [18:16]:
Azərbaycanda günün COVİD-19 statistikası
26/10/2020 [17:38]:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır
26/10/2020 [16:49]:
Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
26/10/2020 [16:03]:
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [15:56]:
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
26/10/2020 [14:21]:
Oktyabrın 27-ə hava proqnozu
26/10/2020 [13:51]:
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
26/10/2020 [13:32]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:28]:
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
26/10/2020 [12:14]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
26/10/2020 [11:20]:
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat yayıb
26/10/2020 [10:03]:
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
26/10/2020 [09:11]:
Cəbhədə son vəziyyət: Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin