Neft Fondunun aktivləri 38 milyard dollara çatıb

18/07/2018 [18:23] - İqtisadiyyat (543)



Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2018-ci il iyul ayının 1-nə olan vəziyyətə görə ötən ilin əvvəlinə (35,806 mlrd dollar) nisbətən 6,22% artaraq 38,036 mlrd dollar təşkil edib.

“Bu göstərici Neft Fondunun bütün fəaliyyəti dövründə ən yüksək səviyyədir. Aktivlərin artması Fondun büdcə gəlirləri, o cümlədən Fondun vəsaitlərin idarə edilməsindən gəlirlərlə bağlıdır”, məlumatda qeyd edilir. Yanvar-iyun aylarında Fondun büdcə gəlirləri 9 173,7 milyon manat, xərcləri isə 4,731,6 milyon manat təşkil edib.

Dövlət Neft Fondunun neft və qaz müqavilələrinin satışından gəlirləri ilin birinci yarısında 8,665,7 milyon manat, o cümlədən mənfəət nefti və qaz satışından gəlirləri 7,889,5 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişlər isə 0,5 milyon manat təşkil edib. Hesabat dövründə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508,0 milyon manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 4 608,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat vəsait ayrılıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,0 milyon manat vəsait yönəldilib. 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 838,5 milyon manat olub.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb, lakin 2001-ci ilin iyununda praktiki fəaliyyətə başlayıb. O vaxt onun aktivləri 271 milyon dollar idi. (Amerikanın Səsi).
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Oktyabrın 27-ə hava proqnozu
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
Xəbər lenti
26/10/2020 [20:57]:
Qığızıstanın keçmiş prezidenti aclıq elan edib
26/10/2020 [20:04]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:27]:
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov - Lavrov - Lavrov
26/10/2020 [18:34]:
Dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə edənlərin sayına artım edilib
26/10/2020 [18:16]:
Azərbaycanda günün COVİD-19 statistikası
26/10/2020 [17:38]:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır
26/10/2020 [16:49]:
Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
26/10/2020 [16:03]:
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [15:56]:
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
26/10/2020 [14:21]:
Oktyabrın 27-ə hava proqnozu
26/10/2020 [13:51]:
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
26/10/2020 [13:32]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:28]:
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
26/10/2020 [12:14]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
26/10/2020 [11:20]:
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat yayıb
26/10/2020 [10:03]:
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
26/10/2020 [09:11]:
Cəbhədə son vəziyyət: Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin