Prokuror keçmiş icra başçısına 8 il həbs istəyib

18/07/2018 [17:37] - Cəmiyyət (472)



 Ağcabədinin keçmiş icra başçısı Münsif Səfərov dələduzluq suçlamasıyla Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Prokuror onun 8 il həbslə cəzalandırılmasını təklif edib.

İstintaq və məhkəmə dövründə başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri ilə azadlıqda olan sabiq icra başçısının məhkəmə zalından həbs olunması istənilib. M.Səfərovun vəkili isə məhkəmə araşdırmasından narazıdır. Deyir ki, yetərincə araşdırma aparılmayıb.

İyulun 18-də məhkəmədə vəkil vəsatət qaldırıb ki, məhkəmə istintaqı təzələnsin, çünki indiki halda sübutlara obyektiv qiymət verib, ədalətli hökm çıxarmaq mümkün deyil. Müdafiəçinin sözlərinə görə, təqsirləndirilən şəxslərin ifadələri arasında da ziddiyyətlər var. Bunlardan hansının doğru olduğu aydınlaşdırılmalıdır. Prokuror istintaqın təzələnməsi məsələsinə münasibət bildirmək üçün vaxt istəyib. Ona görə də bu vəsatətlə bağlı yekun qərar iyulun 20-nə qalıb.

M.Səfərov Rüstəm Bayramov adlı şəxslə birlikdə mühakimə olunur. Onların hər ikisinə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham verilib. İttihama görə, onlar «Anari MMC»nin sahibi Şərabi Mənsuru aldadıblar, ona 60 min ziyan vurublar. İddia olunur ki, təqsirləndirilən şəxslər Ş.Mənsura tikinti işi üzrə tenderdə qalib elan etdirəcəklərinə söz veriblər, onu aldadıb evini əlindən alıb, banka girov qoyublar.

Sabiq icra başçısından fərqli olaraq, digər təqsirləndirilən R.Bayramov həbsdədir. Prokuror ona da 8 il həbs cəzası istəyib. Ancaq onların heç biri özlərini təqsirli bilmirlər.

M.Səfərov 1992-ci ilin avqustunda mərhum prezident Əbülfəz Elçibəyin sərəncamı ilə icra başçısı vəzifəsindən azad olunub. Ondan sonra uzun illər Nazirlər Kabinetində işləyib. Bir müddət öncə «Dəmirbank» da M.Səfərovu mülki qaydada məhkəməyə verib.
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı-yenilənib
Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
Bu il Azərbaycanda 29 292 nəfər dünyasını dəyişib
Avqustun 17-ə hava proqnozu
Xəbər lenti
17/08/2018 [00:58]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı-yenilənib
16/08/2018 [23:34]:
Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı
16/08/2018 [22:32]:
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16/08/2018 [21:28]:
Bu il Azərbaycanda 29 292 nəfər dünyasını dəyişib
16/08/2018 [20:24]:
Avqustun 17-ə hava proqnozu
16/08/2018 [19:38]:
Bu gün “Qarabağ”ın Avroliqadakı rəqibi müəyyənləşəcək
16/08/2018 [18:31]:
2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müəyyənləşdi
16/08/2018 [17:29]:
Putin Paşinyanla hansı mövzularda müzakirə aparıb? – Kreml açıqladı
16/08/2018 [16:34]:
DİM eksperti məhkəməyə verəcək
16/08/2018 [15:33]:
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
16/08/2018 [14:24]:
İsveçrə Məhkəməsi: Gülnarə Kərimovanın 800 milyon dolları Özbəkistana qaytarılacaq
16/08/2018 [13:40]:
Azərbaycanda qızıl ucuzlaşdı
16/08/2018 [12:37]:
Zabit Səmədov fransız rəqibi ilə növbəti döyüşünə çıxacaq
16/08/2018 [11:49]:
"Bakcell"dən abunəçilərin işini asanlaşdıran daha bir yenilik
16/08/2018 [11:48]:
NATO generalından xəbərdarlıq- Rusiya ilə müharibə fəlakət olacaq
16/08/2018 [10:59]:
Azərbaycan millisi İsveçi məğlub etdi
16/08/2018 [10:02]:
ABŞ İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır
16/08/2018 [00:04]:
Kəmaləddin Heydərovun general qohumuna rəsmi ittiham elan edildi
15/08/2018 [23:41]:
Magistraturaya qəbul planının 25 faizi boş qaldı
15/08/2018 [22:29]:
Azərbaycan ötən il də Gürcüstana ən çox yatırım edən ölkə olub
15/08/2018 [21:37]:
Ruhani: ABŞ Xəzərdə hərbi baza açmaq istəyirdi, qarşısını aldıq...
15/08/2018 [20:32]:
Ali təhsil müəssisələrinə qəbulun nəticələri gün ərzində açıqlanacaq
15/08/2018 [19:29]:
Ərdoğanın mətbuat katibi: ABŞ Türkiyəni bir rahibə dəyişdi
15/08/2018 [18:41]:
Bakı-Tbilisi-Bakı aviareysləri bərpa edilir
15/08/2018 [18:02]:
İTV-dən 120 nəfər işdən çıxarıldı - aralarında departament direktoru da var
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyevin kürəkəninə vəzifə verildi - rəsmi
Türkiyədə yeni dollar şoku
Kəmaləddin Heydərovun general qohumuna rəsmi ittiham elan edildi
Sabiq nazirin qaynı işdən çıxarıldı - yeni təyinatlar
Gədəbəy böyük fəlakət astanasında – Nazirlik böyük ekoloji cinayətin üstünü açdı - FOTOLAR
Mərkəzi Bank dolların məzənnəsi barədə
İlham Əliyev 5 sərəncam, 2 fərman imzaladı - yenilənib
Ərdoğan: ABŞ Türkiyəni kürəyindən vurdu!
İlham Əliyev sərəncam imzaladı
Bakıda mağazaya basqın: xəsarət alan var
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin