Bu il 41 minə yaxın yeni vergi ödəyicisi qeydiyyatdan keçib

18/07/2018 [16:49] - İqtisadiyyat (230)



2018-ci ilin ötən 6 ayı ərzində 6033 hüquqi şəxs, 34673 fiziki şəxs olmaqla 40706 vergi ödəyicisi qeydiyyatdan keçib, 47477 vergi ödəyicisi fəaliyyətini bərpa edib.

"APA-Economics" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qeydiyyata alınmış  və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin ümumi sayı fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayından 6681 vergi ödəyicisi qədər çox olub.

Hesabat dövründə 8501 nəzarət kassa aparatı qeydiyyata alınıb, POS-terminalların sayı son bir ildə 36% artıb.  

2018-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin sayı 14161 olub, 18092 təsərrüfat subyekti isə fəaliyyətini bərpa edib: "ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb. İlk 6 ayda vergi ödəyicilərinin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi və vergi inzibatçılığı proseslərinin sadələşdirilməsi məqsədilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatında istifadə olunan proqram təminatında da bir sıra dəyişikliklər aparılıb. Bundan əlavə, istifadəçilərə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı proseduru çərçivəsində ƏDV məqsədləri üçün qeydiyyat və bank hesabı açmaq üçün şəhadətnamə-dublikat alınması barədə ərizələrin təqdim edilməsi və iş tipli sertifikatın əldə edilməsi imkanları yaradılıb. Yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı ilə bağlı 3 dildə məlumat hazırlanaraq Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilib".

Nazirlikdən bildirilib ki, hesabat dövründə kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması, qeyri-kommersiya təşkilatlarının, hüquqi şəxslərin filialları, struktur bölmələri və ya digər ayrıca bölmələrinin uçota alınması ilə bağlı təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu real vaxt rejimində yoxlanılıb: "Uçotsuz fəaliyyət göstərən vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin operativ qaydada vergi uçotuna alınması ilə bağlı Vergilər Nazirliyinin aidiyyəti strukturları tərəfindən lazımi tədbirlər həyata keçirilib".
Sumqayıtda avtobus qəzası: yaralananların sayı 42-yə çatıb-yenilənib
Novella Cəfəroğlu: Bu dəfə Əli İnsanov, Taleh Bağırzadə kimi şəxslər də azadlığa çıxa bilər
Bayıl sürüşmə zonasında 98 ev söküləcək
İlham Əliyev sərəncam imzaladı
Mustafa Hacılıya hökm oxundu
Xəbər lenti
22/02/2019 [01:14]:
Sumqayıtda avtobus qəzası: yaralananların sayı 42-yə çatıb-yenilənib
21/02/2019 [23:41]:
Novella Cəfəroğlu: Bu dəfə Əli İnsanov, Taleh Bağırzadə kimi şəxslər də azadlığa çıxa bilər
21/02/2019 [22:36]:
Çempionlar Liqasında həftənin rəmzi komandası
21/02/2019 [21:22]:
Türkiyəli deputatlar Bakı Atatürk Liseyində olub
21/02/2019 [20:17]:
Bayıl sürüşmə zonasında 98 ev söküləcək
21/02/2019 [19:28]:
Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərib
21/02/2019 [18:37]:
Azərbaycanda daha bir xəbər telekanalı açıla bilər
21/02/2019 [17:32]:
İlham Əliyev sərəncam imzaladı
21/02/2019 [16:46]:
Deputat: “Hökumət problemli kreditlərlə bağlı qərar verəcək”
21/02/2019 [15:43]:
Fevralın 22-ə hava proqnozu
21/02/2019 [14:52]:
Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırıldı
21/02/2019 [14:17]:
Mustafa Hacılıya hökm oxundu
21/02/2019 [13:44]:
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
21/02/2019 [13:02]:
Alimlər xəbərdarlıq edir: "Depressiya beyini 10 il tez qocaldır"
21/02/2019 [11:33]:
Ermənistanda baş nazirin keçmiş müavininin həbsi tələb edildi
21/02/2019 [09:59]:
Paşinyan həmsədrlərlə Qarabağ münaqişəsini müzakirə edib
21/02/2019 [00:39]:
Türkiyədə güclü zəlzələ: Xalq küçələrə axışdı
20/02/2019 [23:19]:
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20/02/2019 [22:28]:
ATƏT sədrinin Azərbaycana səfərinin tarixi açıqlandı
20/02/2019 [21:47]:
Ukraynada parka Müslüm Maqomayevin adı veriləcək
20/02/2019 [21:36]:
Müxalifətin mitinqinə icazə verilmədi
20/02/2019 [20:43]:
Azərbaycanda 106 nəfər qızılcaya yoluxub
20/02/2019 [19:38]:
Türkiyədə ardıcıl şəkildə planlaşdırılan terror aktlarının qarşısı alınıb
20/02/2019 [18:19]:
Bakı-İstanbul təyyarəsi Ankaraya məcburi eniş etdi
20/02/2019 [17:26]:
Azərbaycan şəkər idxalını kəskin artırıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəmaləddin Heydərov bankını satdı - təfsilat
Türkiyədə güclü zəlzələ: Xalq küçələrə axışdı
Deputat: İnanmazdım ki, Naxçıvanda bu qədər tərbiyəsiz adamlar nazir postu tuta bilərlər
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
Müxalifət yeni mitinqin elanını verdi
Rüstəm İbrahimbəyovu Bakıda təntənəli şəkildə qarşıladılar - fotolar
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin