Zoologiya İnstitutunda söyüşcül direktordan şikayət edənlər işdən çıxarılır

16/07/2018 [16:38] - Cəmiyyət (1338)



AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov bir neçə ay əvvəl ondan mətbuata şikayət edən alimləri işdən çıxarır. Artıq institutun 4 əməkdaşı vaxtilə direktorun təhqir və söyüşlərinə etiraz etdiklərinə görə işdən kənarlaşdırılıblar.

Bu şikayətlə virtualaz.org-a institutunun işdən çıxarılan əməkdaşı, biologiya üzrə elmlər doktoru Namiq Mustafayev müraciət edib. Şikayətçi deyir ki, E. Yusifov barəsində şikayətlərin araşdırılması üçün komissiya yaradılsa da, bu direktoru öz əməllərini davam etdirməkdən çəkindirməyib. Direktor bu dəfə onun əleyhinə imza atan işçiləri bir-bir otağına çağıraraq təhqir edir və hədələyir.

“Elman Yusifovun qanunsuz əməllərini araşdırmaq üçün komissiya yaradıldı, hətta bəzi nöqsanlar, qanun pozuntuları da aşkara çıxarıldı. Amma bunun xeyri olmadı, direktor bu dəfə də ondan şikayət edənləri bir-bir işdən çıxarmağa başlayıb. Mən elmlər doktoruyam, müharibə veteranıyam, məni ayın 4-dən heç bir əsas olmadan işdən çıxarıb. Bununla bağlı məhkəməyə də müraciət eləmişəm. Məndən başqa daha bir elmlər doktoru Asif Manafovu işdən kənarlaşdırıb. Guya bülletendə olduğu müddət üçün qanunsuz sənəd təqdim edib. Yasamal Rayon Prokurorluğu bu məsələni araşdırdı və məlum oldu ki, direktorun öz hərəkəti qanunsuzdur, o, özü dövlət orqanları tərəfindən verilən qanuni sənədə saxta deyir”-N.Mustafayev redaksiyamıza ünvanlandığı şikayətində bildirir.

Şikayətçi deyir ki, işdən çıxarılmasına səbəb kimi onun işçiləri guya direktora qarşı müraciətə imza atmağa məcbur etdiyi göstərilir: “Guya mən camaatı məcbur eləmişəm ondan şikayət eləsinlər. Halbuki mən laboratoriya müdiri də deyiləm ki, kimisə məcbur edim. İmza atanlar özləri elmlər doktorları, laboratoriya müdirləri, professorlar, AMEA-nın müxbir üzvləridir. Mən bu insanları necə məcbur edə bilərəm? Amma özü 79 işçini məcbur edib, məktub yazdıraraq imzaladıb ki, guya yaxşı direktordur. Bir ay bundan qabaq elmlər doktoru adı almışam, bu da mənim mükafatım...”, - deyə N. Mustafayev bildirir.

Alim deyir ki, AMEA rəhbərliyinə bu barədə şikayət edib, hətta Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov ona kömək eləyəcəyini bildirsə də, sonradan bunun imkanı xaricində olduğunu deyib.

“Bizim şikayətin heç bir xeyri olmadı. İndi direktor işçiləri bir-bir çağırıb o vaxt həmin müraciətə niyə imza atdıqlarını soruşur, onları təhqir edir. Kollektivi qorxu altında saxlayır ki, mən Namiqi də işdən çıxartdım, mənə heç kim heç nə eləyə bilməz. Prezident Administrasiyasında da qəbulda olmuşam. Bütün instansiyalara müraciət olunub. Heç kim onunla bağlı ölçü götürmək istəmir. Ona sanki fövqəladə səlahiyyət verilib. İnstitutu şəxsi obyekti kimi idarə edir”, - deyə N. Mustafayev bildirir.

Sadalanan ittihamlarla bağlı institutun direktoru Elman Yusifovla əlaqə saxladıq. Direktor virtualaz.org-a şikayət etdiyinə görə heç kəsin işdən kənarlaşdırılmadığını dedi: “Heç kim şikayət etdiyinə görə işdən çıxarıla bilməz. Əgər belədirsə, sizə niyə müraciət ediblər, qoy məhkəməyə müraciət etsinlər. Əgər söhbət Asif Manafovdan və Namiq Mustafayevdən gedirsə, onlar əmək intizamını pozduqlarına, işlərində yol verdikləri nöqsanlara görə işdən azad ediliblər. Özü də institutun kadrlar şöbəsinin, onların laboratoriya müdirlərinin təqdimatı, Həmkarlar İttifaqının rəyi əsasında bu həyata keçirilib. Mənim kimisə işdən çıxarmağa səlahiyyətim yoxdur”.

Direktor həmçinin bildirib ki, həmin şəxslərin şikayətləri əsasında komissiya yaradılıb və bir ay ərzində institutda yoxlama aparılıb: “Komissiya onların ittihamlarını araşdırıb və komissiyanın rəyi onlara da, bizə də çatdırılıb. Onlar niyə işdən çıxarıldıqlarını gözəl bilirlər. Bizdə sənədlər var və onları məhkəmədə göstərəcəyik”, - deyə E. Yusifov qeyd edib.

Xatırladaq ki, bu ilin fevral ayında Zoologiya İnstitutunun bir qrup alimi virtualaz.org-a müraciət edərək direktor Elman Yusifovun institutun əmlakını talayıb dağıtması, işçiləri, Azərbaycan xalqını təhqir etməsindən cana gəldiklərini bildirmişdilər. Direktorun ünvanına sərt ittihamlar səsləndirən alimlər qeyd edirdilər ki, E. Yusifov Azərbaycan xalqının 70 faizini “debil” adlandırıb, institutun işçilərini bostan müqəvvaları, dişi tökülmüş kaftarlar, zoofillər, pedofillər, onanistlər, nekrofillər adlandıraraq təhqir edib.


“Britaniya üçün geriyə yol yoxdur” – Avropa İttifaqı
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - yenilənib
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri
Azərbaycan nefti ucuzlaşıb
İlham Əliyev yeni sərəncam imzaladı
Xəbər lenti
12/12/2018 [13:04]:
Çaylarda suyun səviyyəsi yenidən dəyişdi
12/12/2018 [12:17]:
“Britaniya üçün geriyə yol yoxdur” – Avropa İttifaqı
12/12/2018 [12:03]:
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - yenilənib
12/12/2018 [11:48]:
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri
12/12/2018 [11:24]:
AFFA "Səbail"in şikayətini rədd etdi
12/12/2018 [10:46]:
Xalq artisti Gülxar Həsənovanın 100 illiyi qeyd edilib
12/12/2018 [09:58]:
Azərbaycan nefti ucuzlaşıb
12/12/2018 [00:02]:
İlham Əliyev yeni sərəncam imzaladı
11/12/2018 [23:47]:
Camal Xaşogi “İlin adamı” seçildi
11/12/2018 [23:16]:
“Danimarka şirkəti Dağlıq Qarabağda heç bir işlə məşğul deyil” - XİN
11/12/2018 [21:27]:
Bakıda keçirilmiş hərracda “Kia” 4400 manata satıldı
11/12/2018 [20:42]:
ABŞ səfirliyi Qüdsdə -Baxışlar və reallıqlar
11/12/2018 [20:36]:
Azərbaycanın olimpiya mükafatçısı karyerasını başa vurur
11/12/2018 [19:48]:
Bu dövlət şirkətləri ictimaiyyətə hesabat vermir - siyahı
11/12/2018 [18:57]:
Millimiz Braziliya ilə oynaya bilər
11/12/2018 [18:16]:
Dekabrın 12-ə hava proqnozu
11/12/2018 [17:45]:
Şimali Qafqazda 37 terror yuvası məhv edilib
11/12/2018 [16:28]:
Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb aradan çıxdı - təfsilat
11/12/2018 [15:39]:
Azərbaycanda neft hasilatı artıb
11/12/2018 [14:44]:
Taksidə siqaret çəkənlər cərimələnəcək
11/12/2018 [14:20]:
Azərbaycanda alman irsinin izləri və memarlığı
11/12/2018 [13:56]:
İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib
11/12/2018 [13:17]:
Sürücülərin nəzərinə: sabah bu yollar bağlı olacaq
11/12/2018 [12:28]:
Azərbaycan nefti bahalaşıb
11/12/2018 [11:53]:
Ziyafət Əsgərov: Çalışırlar ki, Azərbaycanda terror törətsinlər...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov palkovnikləri işdən çıxartdı - siyahı
Ramil Usubovdan yeni rəis təyinatı
Xalq artistinin bəyanatı nazir üçün çox gözlənilməz olub – rəsmi izahat
Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistanadır - ABŞ kəşfiyyatı
Bakının məşhur bazarı sökülür
Novruz Məmmədov qəbiristanlıqlarla bağlı qərar verdi
İlham Əliyev 5 sərəncam imzaladı - yenilənib
Maliyyə naziri devalvasiya anonsu verib?
Tanınmış vəkilin "stəkanda fırtına" əməliyyatı - araşdırma
İlham Əliyev 9 sərəncam, 17 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin