Vergilər Nazirliyində yeni strukturlar yaradılıb

13/07/2018 [16:27] - İqtisadiyyat (580)



Vergilər Nazirliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) birgə təşkilatçılığı ilə qurumun üzvləri və sahibkarlarla görüş keçirilib.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “AHK-İmpuls” tədbirində vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, AHK Azərbaycan rəhbərliyi və təşkilata üzv şirkətlər iştirak edib.

Tədbirdə çıxış edən “AHK Azərbaycan”ın icraçı direktoru Tobias Bauman Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında imzalanmış müxtəlif sənədlərin xarici investorların iqtisadiyyatın müxtəlif sahələrdə fəal iştirakına əlverişli şərait yaratdığını bildirib. Qeyd edilib ki, ticarət dövriyyəsinin həcminə görə, hazırda Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 5-ci yerdədir. İqtisadi əlaqələrin möhkəmlənməsində “AHK Azərbaycan”ın fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

T.Bauman ölkəmizin vergi sistemində son dövrlərdə aparılan islahatlara diqqət çəkərək bu islahatların biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi yükünün azaldılması və vergilərin optimallaşdırılması, vergi orqanları ilə sahibkarlar arasında münasibətlərin yeni müstəvidə qurulması və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirib.

Görüşdə M. Cabbarov “Biznesə yeni yanaşma” mövzusunda çıxış edib. Bildirilib ki, Vergilər Nazirliyi biznes nümayəndələri, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə açıq dialoqa və qarşılıqlı geniş fikir mübadiləsinə böyük əhəmiyyət verir: "Palata hər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verir, eyni zamanda, Vergilər Nazirliyi təşkilatla yaxşı platformaya çevrilmiş bu əlaqələrin biznes mühitinin yaxşılaşdırılması sahəsində səmərəli nəticələr verəcəyini gözləyir".

 Vergilər naziri bildirib ki, Prezident İlham Əliyev tərəfindən rəhbərlik etdiyi qurumun qarşısına vergi mühitinin cəlbediciliyinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi yükünün optimallaşdırılması, vergi orqanlarında şəffaflığın təmin olunması istiqamətlərində mühüm vəzifələr müəyyənləşdirilib: "Vergilər Nazirliyinin başlıca strategiyası dövlətin həyata keçirdiyi fiskal siyasətə uyğun olaraq vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilən vergilərin tam və vaxtında ödənilməsini təmin etməkdir. Müasir iqtisadi şərait, biznes mühiti, iqtisadiyyatın strukturunda baş verən dəyişikliklər həm vergi ödənişlərinin təmin edilməsi, həm də vergi inzibatçılığının həyata keçirilməsi baxımından qarşıya yeni tələblər qoyur. Hazırda vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi və struktur islahatları həyata keçirilməkdədir, eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir".

 
M. Cabbarov bildirib ki, struktur islahatlarının ən vacib institusional yeniliklərindən biri yeni apelyasiya institutunun yaradılmasıdır: "Bu struktur vergi orqanı ilə vergi ödəyiciləri arasında mübahisələrin ədalətli şəkildə həll olunması və şəffaflığın təmin olunmasına, vergi orqanlarından şikayətlərə obyektiv və vaxtında baxmaqla vergi ödəyicilərinin etimadının artırılmasına xidmət edəcək. İslahatların digər mühüm istiqamətlərindən biri vergi auditinin təkmilləşdirilməsidir. Bu məqsədlə yaradılmış audit departamenti yoxlama və nəzarət tədbirlərinin vahid mərkəzdən idarə olunması, yoxlamaların koordinasiyası, rəqəmsal texnologiyalara əsaslanan təkmil risk qiymətləndirilməsinin həyata keçirilməsi, yoxlamaların keyfiyyətinin artırılması, audit sistemin şəffaf, effektiv və keyfiyyətli qurulmasına imkan yaradacaq. Risklərin qiymətləndirilməsi meyarı vergi orqanı əsas fəaliyyət istiqamətlərindən olacaq".

Nazir qeyd edib ki, islahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlillərinin aparılması məqsədilə ixtisaslaşmış strukturlar yaradılıb: "Yeni institusional struktur vergi siyasətini dərin iqtisadi təhlillərlə və tədqiqatlarla əsaslandırılmış analitik potensial üzərindən qurulmasına yardım edəcək. Makro və mikro səviyyədə iqtisadi proqnozlar çərçivəsində vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi növlərinin optimal proqnozlaşdırılması mümkün olacaq. Bu siyasət kiçik və orta sahibkarlığın dəstəklənməsinə, vergitutma bazasının genişlənməsinə, vergi mədəniyyətinin gücləndirilməsinə öz töhfəsini verəcək. Bildirilib ki, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vergi ödəyiciləri ilə əlaqələrin yeni müstəvidə qurulması aparılan islahatların əsas prioritetlərindəndir".

Vergi yükü ilə bağlı məsələyə diqqət çəkən vergilər naziri qeyd edib ki, fiskal dərəcələrin aşağı salınması, bəzi vergi dərəcələrinin optimallaşdırılması yolu ilə vergi yükünün azaldılması nəzərdən keçirilir: "Bu islahatlar qeyri-rəsmi məşğulluğun qarşısının alınması, şəffaflığın təmin edilməsi, könüllü əməletmənin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək". M.Cabbarov yeni vergi sisteminin sahibkarlar üçün əvvəlcədən proqnozlaşdırıla bilən və şəffaf vergi mühitinin yaranmasına xidmət edəcəyini vurğulayıb.

Sonra tədbirdə qarşılıqlı maraq doğuran və iş adamlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Vergilər Nazirliyinin nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıblar. 
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Oktyabrın 27-ə hava proqnozu
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
Xəbər lenti
26/10/2020 [20:04]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:27]:
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov - Lavrov - Lavrov
26/10/2020 [18:34]:
Dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə edənlərin sayına artım edilib
26/10/2020 [18:16]:
Azərbaycanda günün COVİD-19 statistikası
26/10/2020 [17:38]:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır
26/10/2020 [16:49]:
Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
26/10/2020 [16:03]:
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [15:56]:
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
26/10/2020 [14:21]:
Oktyabrın 27-ə hava proqnozu
26/10/2020 [13:51]:
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
26/10/2020 [13:32]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:28]:
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
26/10/2020 [12:14]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
26/10/2020 [11:20]:
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat yayıb
26/10/2020 [10:03]:
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
26/10/2020 [09:11]:
Cəbhədə son vəziyyət: Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin