Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - ölən və yaralananlar var- yenilənib

12/07/2018 [12:09] - Gündəm (373)



Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Qurum rəsmisi bildirib ki, hadisə nəticəsində xəsarətlərlə bağlı 19 nəfər müraciət edib: "Təcili tibbi yardım briqadaları və tibb müəssisələri tərəfindən göstərilən yardımdan sonra 13 nəfər evə buraxılıb. Hazırda 6 nəfər xəstəxanalarda müalicəsini davam etdirir. Hadisəni törədən yük avtomobilinin sürücüsü də xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb".

***

Bu gün Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ölən qadının 2 uşağı da avtobusda olub və ağır xəsarət alıblar.

Hazırda uşaqlar təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilirlər.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib. Uşaqlar kəllə-beyin travması alıblar. Digər yaralıların vəziyyəti isə orta-ağırdır.

***

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 dövlət qeydiyyat nişanlı, "Ford" markalı yük maşını 10-TF-383 dövlət qeydiyyat nişanlı "İsuzu" markalı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb.

Qəza nəticəsində bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.

***

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Ələt magistral yolunda 90-OJ-802 dövlət nömrə nişanlı “KamAZ” yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.

Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 10 nəfər isə ağır xəsarət alıb. (oxu.az)

İlham Əliyev deputatı direktor təyin etdi - sərəncam
İlham Əliyev 8 sərəncam, 1 fərman imzaladı - yenilənib
17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı
Putin Trampla dünya neft bazarını müzakirə edib
Milli Məclis hökumətə 8 gün vaxt verdi
Xəbər lenti
16/11/2018 [00:43]:
İlham Əliyev deputatı direktor təyin etdi - sərəncam
16/11/2018 [00:01]:
İlham Əliyev 8 sərəncam, 1 fərman imzaladı - yenilənib
15/11/2018 [23:24]:
17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı
15/11/2018 [22:19]:
Putin Trampla dünya neft bazarını müzakirə edib
15/11/2018 [21:29]:
Milli Məclis hökumətə 8 gün vaxt verdi
15/11/2018 [20:31]:
UEFA VAR sistemini sınaqdan keçirəcəyi oyuna türkiyəli hakimləri təyin edib
15/11/2018 [19:39]:
Axtarışda olan 40 nəfər saxlanılıb
15/11/2018 [18:44]:
Noyabrın 16-a hava proqnozu
15/11/2018 [17:53]:
Dağlıq Qarabağda maşın dərəyə yuvarlandı: 3 erməni öldü
15/11/2018 [17:46]:
Eldar Əzizov Bakının icra başçısı təyin edildi
15/11/2018 [17:36]:
Abel Məhərrəmov Madriddə bərk içib dava saldı - işdən qovuldu
15/11/2018 [16:33]:
Məktəblərdə payız tətili başlayır
15/11/2018 [15:29]:
Azərbaycanda parlament televiziyasının açılması təklif edilir
15/11/2018 [14:37]:
Çili Azərbaycanda səfirlik açır
15/11/2018 [13:46]:
Türkiyədə güclü qar: məktəblərdə dərslər dayandırıldı
15/11/2018 [13:05]:
İlham Əliyev Təzəpir məscidinin ətrafındakı abadlıq işləri ilə tanış olub
15/11/2018 [12:59]:
Əli Həsənov 2 milyard mənimsəyib - şok iddia
15/11/2018 [12:02]:
Doğuşun sayı il ərzində 170 mindən 103 minə düşüb- Deputatdan ŞOK statistika
15/11/2018 [11:56]:
Bakıda daha bir beynəlxalq tədbir başladı
15/11/2018 [11:33]:
Avropa Parlamenti: "Avropada istehsal olunan silahlar İŞİD-in əlinə keçir"
15/11/2018 [10:46]:
Azərbaycan nefti ucuzlaşıb
15/11/2018 [09:52]:
ASAN Xidmətin səlahiyyətləri azaldıldı
15/11/2018 [00:01]:
İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
14/11/2018 [23:42]:
Azərbaycanda yeni cərimələr təsdiqləndi
14/11/2018 [22:41]:
Polşa müstəqilliyinin 100 illiyi Bakıda qeyd edilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Daha bir nazir oğlunun Londonda mülkləri aşkarlandı - sənədlər
İlham Əliyevin işdən çıxartdığı nazir müavini kimdir? - bioqrafiya
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində - yenilənib
Azərbaycanın sabiq naziri Türkiyəyə buraxılmadı
Eldar Əzizov polis rəisinin tikintisini dayandırdı - Qanunsuz olduğu iddia edilir
İlham Əliyevdən yeni təyinat: 7 sərəncam, 3 fərman
Abel Məhərrəmov Madriddə bərk içib dava saldı - işdən qovuldu
İcra başçısının fotoları məktəbli kitabçalarında - fotolar
Həbs edilən İlkin Məmmədli kimdir? - gizli detallar
İlham Əliyev sərəncam imzaladı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin