İlham Əliyev 3 fərman imzaladı - yenilənib

12/07/2018 [00:37] - Siyasət (440)



İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1218-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

İstiqlal.az fərmanın mətninin təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1218-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 46.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;

3.2. həmin Məcəllənin 54.11-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

4. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5.4-cü bəndə “54.11-ci maddəsinin birinci cümləsində,” sözlərindən sonra “54.11-1-ci maddəsində,” sözləri əlavə edilsin;

4.2. 5.6-cı bənddən “30.1-ci,” sözləri çıxarılsın;

4.3. 5.11-ci bəndə “37.8-ci maddəsində (ikinci halda),” sözlərindən sonra “46.4-cü maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin.

***

İlham Əliyev “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1203-VQD nömrəli Qanununun tətbiqi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunub:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1203-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1095; 2012, № 5, maddə 416) aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:

“2.1-1. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.1-2. həmin Qanunun 30.1-ci maddəsinin ikinci cümləsində orqan dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1219-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1219-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.16-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

4. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 445; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 may tarixli 46 nömrəli, 10 may tarixli 50 və 58 nömrəli, 22 may tarixli 87 nömrəli, 11 iyun tarixli 135 nömrəli, 25 iyun tarixli 144 nömrəli fərmanları) 4.12-ci bəndinə “88.1.6,” rəqəmlərindən sonra “150.16,” rəqəmləri əlavə edilsin.
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Bu gün İlaxır çərşənbədir
Bayram günlərində "ASAN xidmət" necə işləyəcək?
İlham Əliyevdən Novruz təbriki
Xəbər lenti
19/03/2019 [00:22]:
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
19/03/2019 [00:11]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
19/03/2019 [00:00]:
Bu gün İlaxır çərşənbədir
18/03/2019 [23:34]:
Bayram günlərində "ASAN xidmət" necə işləyəcək?
18/03/2019 [23:29]:
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
18/03/2019 [22:19]:
OPEK+ ölkələrinin növbəti görüşü təxirə salına bilər
18/03/2019 [21:28]:
Azərbaycan ət idxalını 56% artırıb
18/03/2019 [20:31]:
Martın 21-dən havanın temperaturu yüksələcək
18/03/2019 [20:08]:
İlham Əliyevdən Novruz təbriki
18/03/2019 [19:27]:
Saakaşvili gürcü partiyasının lideri postundan gedir
18/03/2019 [18:42]:
Azərbaycanda 4000 nəfərə “pul atan” mütəşəkkil dəstə ələ keçdi
18/03/2019 [17:21]:
Sabiq prokuror Abbasov da azadlığa buraxıldı
18/03/2019 [16:37]:
İlham Əliyev sərəncam imzaladı
18/03/2019 [15:51]:
“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ
18/03/2019 [14:21]:
“Azərsun Holdinq”dən qiymət açıqlaması
18/03/2019 [13:16]:
Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamını alqışlayır
18/03/2019 [12:42]:
Azərbaycan millisi itki ilə üzləşib
18/03/2019 [11:29]:
Avropada radikal sağçılar silahlanırlar
18/03/2019 [09:58]:
Əfv sərəncamının icrası başa çatdı
17/03/2019 [23:29]:
Bakıda avtobus qəzası böyük tıxac yaratdı
17/03/2019 [21:31]:
Martın 18-ə hava proqnozu
17/03/2019 [19:22]:
Telegram öz işini bərpa edib
17/03/2019 [17:48]:
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
17/03/2019 [16:16]:
“Sarı jiletlilər” Fransanı məhv etmək istəyir” – Makron
17/03/2019 [14:53]:
Çaylarda suyun səviyyəsi dəyişdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Yeni Zellandiyada dəhşətli terror - Video
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - siyahı
Hansı məmurlara xidməti maşın veriləcək? - Samir Şərifovdan açıqlama
Erməni lobbisinin təqibi ilə üzləşən Mətin Yaşaroğlu danışdı: Ermənilərin təsir imkanları yetərincədir...
Azərbaycanlı deputat mandatından imtina etdi -Səbəb
Şəkər xəstəsi spirtli içki içərsə... - Xəbərdarlıq
Problemli kreditlərlə bağlı kimlərə güzəşt olunacaq? - Palatadan bütün suallara cavab
Bu gün Ərəb Əmirliyində “Uşaq Günü”dür
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
Sosial müavinətlər nə vaxtdan artımla veriləcək?
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin