QMİ Gəncə hadisələri ilə bağlı bəyanat yayıb

11/07/2018 [22:24] - Gündəm (211)



Qafqaz Müsəlmanları İdarəsi (QMİ) son günlər Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

 QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“Son günlər Gəncə şəhərində baş verən qətl və terror hadisələrini dərin təəssüf və ciddi narahatlıq hissi ilə qarşılayırıq. Hiddət doğuran odur ki, vətənimizdə hökm sürən sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici siyasət sahəsində uğurlarımıza və haqq mübarizəmizdə qələbələrimizə kölgə salmaq niyyəti güdən bəzi qüvvələr həm xaricdə, həm də daxildə məkrli niyyətlərini həyata keçirməyə ciddi cəhdlə çalışırlar. Bu cinayət əməllərində müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir.  Azərbaycanın din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, baş verən hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndiririk. Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndirir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, İslami dəyərlərimizə zidd hesab edirik. Terrorçunun isə dini olmur.

 Bu hadisələr zamanı ictimai asayişin keşiyində duran, xidməti vəzifələrini yerinə yetirərkən yaralanmış qardaşlarımıza Allah-Taaladan şəfa diləyir və şəhidlərimizə rəhmət deyərək ailələrinə dərin hüznlə başsağlığı veririk. Ümidvarıq ki, insan həyatına ali qiymət verən İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən qətl və sui-qəsd hallarını kimliyindən asılı olmayaraq törədənlərin, məscidlərimizi dağıdan erməni ekstremistlərinin dəyirmanına su tökənlərin dövlətçiliyimizə təhlükə yaratmaq məqsədi güdən əməllərinə ciddi hüquqi qiymət veriləcək. Azərbaycan dindarları daim dövlətçiliyimizə sadiqdirlər. Din xadimləri, dindarlar hüquqi-demokratik dövlət olan Azərbaycan Respublikasının vətəndaşları olaraq qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan möhtərəm dövlət başçımızı dəstəkləyirlər. Milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğı göstərən dövlət başçımızın siyasətini dəstəkləyən dindarlar dövlətin bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səylərini dəstəkləyirlər. Biz vətəndaşları, dindarları, xüsusən, gəncləri dövlətçiliyimizə qarşı yönləndirilən təxribat və məkrli çağırışlara uymamağa çağırırıq. Din xadimlərimiz xaricdən məkrlə yönləndirilən belə təxribatların mahiyyətini öz moizələrində xalqa çatdırmalıdırlar. Əminik ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!”
Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır
Azərbaycan əhalisinin sayı açıqlanıb
Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı
Afaq Məsudun kitabı Misirdə nəşr olunub
Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verildi
Xəbər lenti
22/01/2019 [22:11]:
Bu il Azercell daha 25 tələbəni sevindirdi
22/01/2019 [21:16]:
Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır
22/01/2019 [19:51]:
Axtarışda olan 15 nəfər saxlanıldı
22/01/2019 [18:19]:
Belarus boru kəmərləri ilə neft nəqli tariflərini artırıb
22/01/2019 [16:48]:
Azərbaycan əhalisinin sayı açıqlanıb
22/01/2019 [15:23]:
Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı
22/01/2019 [13:59]:
Afaq Məsudun kitabı Misirdə nəşr olunub
22/01/2019 [12:13]:
Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verildi
22/01/2019 [12:13]:
Azərbaycan nefti bahalaşıb
22/01/2019 [10:46]:
Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu
22/01/2019 [10:13]:
Azercell NNTV xidmətini təqdim edir
22/01/2019 [09:52]:
Kürdəmirdə zəlzələ oldu
22/01/2019 [08:53]:
Bakı polisinin rəisi: “Müxalifət iğtişaşlar yaratmağa cəhdlər etdi”
21/01/2019 [23:47]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
21/01/2019 [22:27]:
Akademiyanın institutları birləşir - siyahı
21/01/2019 [21:36]:
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
21/01/2019 [20:49]:
Sarkisyanın partiyası Paşinyanı “hoqqabaz” adlandırdı
21/01/2019 [19:34]:
İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”
21/01/2019 [18:45]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
21/01/2019 [17:26]:
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
21/01/2019 [16:39]:
Mehman Hüseynov prezidentə müraciət etdi
21/01/2019 [16:23]:
Daha bir azərbaycanlı iş adamı itkin düşüb
21/01/2019 [15:34]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [14:26]:
Babək prospektində asfalt çökdü
21/01/2019 [13:58]:
Bu gün Cahangir Hacıyevin məhkəməsi başlayır – 4,7 milyardlıq cinayət işi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
İlham Əliyev 2 nəfəri işdən çıxartdı - sərəncam-yenilənib
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
Bakıda pis hava ilə bağlı daha bir xəbərdarlıq -uşaq bağçaları bağlanır
İlham Əliyev 4 dövlət xidməti yaratdı - fərman
Ramil Usubovdan yeni təyinatlar - 2 generalın yeri dəyişdi
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
Deputat: Azərbaycanda elə proseslər baş verər ki, tüklərimiz biz-biz olar...
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin