Səfər Mehdiyev: "Gömrük nəzarəti sisteminin sadələşdiriləcək"

10/07/2018 [20:13] - İqtisadiyyat (557)



Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Caspian European Club"un Baş İcraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Komitə sədri Səfər Mehdiyev "Caspian European Club"la DGK arasında daim səmərəli və işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində müstəqilliyimizin əsas atributlarından birinə çevrilən gömrük orqanlarının Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, diqqət və qayğısı nəticəsində ölkəmizin ən dinamik inkişaf edən dövlət qurumlarından biri kimi formalaşdığını diqqətə çatdıran Komitə sədri son illərdə ölkə başçısının bütün sahələrdə olduğu kimi gömrük sahəsində də həyata keçirdiyi innovativ islahatların gömrük işinin fəlsəfəsini dəyişərək xarici ticarətin sürətləndirilməsinə, ölkəmizin tranzit potensialının artmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına şərait yaratdığını diqqətə çatdırıb.

Fiskal siyasətin təkmilləşdirilməsi, gömrük nəzarəti sisteminin və sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, elektron xidmətlərin sayının artırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin minimuma endirilməsi və ən əsası şəffaflığın təmin olunması istiqamətində islahatların davam etdiriləcəyini bildirən Komitə sədri bildirib ki, məqsəd xarici ticarətin sürətləndirilərək mal və nəqliyyat vasitələrinin minimum vaxt ərzində maneəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması, biznes subyektlərinə münbit şəraitin yaradılmasıdır.

Aparılan islahatlar çərçivəsində Dövlət Gömrük Komitəsi rəhbərliyində təmsil olunan şəxslərin və ixtisaslı gömrük mütəxəssislərinin indiyə qədər minlərlə sahibkarlarla görüş keçirərək onların gömrük sistemində tətbiq olunan yeniliklərə münasibətini öyrəndiyini bildirən Səfər Mehdiyev "Caspian European Club" üzvlərinin də təklif və istəklərini dinləyərək nəzərə alacaqlarını vurğulayıb.

Xüsusilə, korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın tam təmin olunması istiqamətində atılan addımlar barədə məlumat verən DGK sədri, indiyə qədər qanunvericiliyin tələblərini pozan onlarla gömrük əməkdaşının ən sərt şəkildə cəzalandırıldığını bildirib, biznes nümayəndələrini də xarici iqtisadi fəaliyyət zamanı qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd əməllərdən çəkinməyə çağırıb. Səfər Mehdiyev onu da bildirib ki, gömrük orqanları daim qanuni ticarəti dəstəkləyəcək, qanunsuz ticarətə qarşı isə qanunvericiliyin tələblərinə uyğun olaraq ən sərt şəkildə mübarizə aparacaq.

Tədbirdə çıxış edən "Caspian European Club"un icraçı direktoru Telman Əliyev təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi arasında hər zaman səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Son illərdə gömrük sistemində aparılan islahatların uğurlu nəticələr verdiyini diqqətə çatdıran Telman Əliyev təmsil etdiyi qurumun təklif və rəylərinin diqqətə alınmasından, klub üzvlərinin gömrüklə bağlı məsələlərinin operativ şəkildə həllini tapmasından məmnunluqla bəhs edib. Telman Əliyevin əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə iki qurumun mütəxəssislərindən ibarət işçi qrupun yaradılmasının gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Görüşdə iki qurumun üzvlərindən ibarət işçi qrupun yaradılması qərara alınıb.

Daha sonra görüşdə klub üzvlərini maraqlandıran məsələlər müzakirə edilib, onların maraqlandıran suallar ətraflı cavablandırılıb.
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Oktyabrın 27-ə hava proqnozu
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
Xəbər lenti
26/10/2020 [19:27]:
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov - Lavrov - Lavrov
26/10/2020 [18:34]:
Dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə edənlərin sayına artım edilib
26/10/2020 [18:16]:
Azərbaycanda günün COVİD-19 statistikası
26/10/2020 [17:38]:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır
26/10/2020 [16:49]:
Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
26/10/2020 [16:03]:
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [15:56]:
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
26/10/2020 [14:21]:
Oktyabrın 27-ə hava proqnozu
26/10/2020 [13:51]:
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
26/10/2020 [13:32]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:28]:
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
26/10/2020 [12:14]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
26/10/2020 [11:20]:
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat yayıb
26/10/2020 [10:03]:
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
26/10/2020 [09:11]:
Cəbhədə son vəziyyət: Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
25/10/2020 [20:41]:
Gürcüstandakı erməni separatçılarının lideri Qarabağda öldürüldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin