Vergi yoxlamaları vahid mərkəzdən idarə olunacaq

10/07/2018 [16:59] - İqtisadiyyat (115)



Vergilər Nazirliyində aparılan struktur islahatları çərçivəsində vergi yoxlamaları sahəsində də bir sıra yeniliklər həyata keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, vergi yoxlamalarının unifikasiyası və yoxlamaların keyfiyyət göstəricilərinin artırılması məqsədilə nazirliyin aparatında Vergi auditi departamenti yaradılıb. Departament nazirliyin digər strukturlarının vəzifələrinə aid edilmiş yoxlayıcı funksiyaları cəmləyəcək, sahibkarlıq subyektlərində aparılan vergi nəzarəti tədbirlərinin koordinasiyasını həyata keçirəcək.

Qeyd edək ki, son dəyişikliklərə qədər səyyar vergi yoxlamalarına və operativ nəzarət tədbirlərinə ayrı-ayrı strukturlar tərəfindən nəzarət olunub: "Nəticədə bəzən bir vergi ödəyicisində eyni anda həm səyyar vergi yoxlaması, həm də operativ nəzarət tədbirlərinin təyin olunması hallarına rast gəlinirdi ki, bu da vergi ödəyicilərinin haqlı narazılığına səbəb olurdu. Yeni yaradılmış departamentdə isə yoxlamalar və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq, səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri koordinasiyalı formada həyata keçiriləcək. Departamentin tərkibində Səyyar vergi yoxlamalarına nəzarət, Operativ vergi nəzarəti və Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbələri yaradılıb".

Vergi auditi departamentinin baş direktorunun müavini Fateh Mustafayevin sözlərinə görə, Departamentin əsas vəzifəsi vergidən yayınan şəxslərin aşkar edilməsi və onlarda nəzarət tədbirlərinin keçirilməsi olacaq: "Bu məqsədlə təhlil şöbəsi tərəfindən rəqəmsal texnologiyalara əsaslanaraq təkmil risk qiymətləndirilməsi həyata keçiriləcək, vergi ödəyiciləri risk qruplarına bölünəcək. Risk qruplarına düşməyən, yəni vergi öhdəliyini vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirən vergi ödəyiciləri rahat şəkildə fəaliyyət göstərəcək. Riskli vergi ödəyiciləri, yəni dövriyyəsini azaldan, vergidən yayınan şəxslər isə qanun çərçivəsində Vergilər Nazirliyinin nəzarət tədbirləri ilə qarşılaşacaqlar. Riskin səviyyəsindən asılı olaraq, vergi ödəyicisində nəzarət tədbirin forması - səyyar vergi yoxlaması və ya operativ nəzarət tədbirləri həyata keçiriləcək".

Operativ nəzarət tədbirləri də risk meyarları əsasında həyata keçiriləcək. "Vergi Məcəlləsi vergi ödəyicilərinin vəzifələrini dəqiq göstərir. Məsələn, bütün vergi ödəyiciləri bilməlidirlər ki, qanuna görə alıcıya ödənişi təsdiq edən kassa çeki və ya qəbz təqdim edilməli, işçilərlə əmək müqaviləsi bağlamalı, malların alışını müvafiq sənədlərlə həyata keçirilməlidir. Paytaxtın və bölgələrin bir çox ticarət və ictimai-iaşə obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən kassa aparatlarından istifadə edilməməsi, nəticə etibarilə ümumi dövriyyənin gizlədilməsi hallarına rast gəlinir. Adi müşahidələr göstərir ki, hər 5 alıcıdan 3-ü də çek tələb etmir. Kassa çekinin verilməməsi nəticəsində həm istehlakçıların hüquqları pozulur, həm də vergidən yayınma halları baş verir. Bu baxımdan, qanunun bu tələbini pozan şəxslər barədə müvafiq tədbirlər görüləcək", - deyə məlumatda vurğulanıb.

Vergilər Nazirliyi bu məsələdə ictimai nəzarətin olmasını da çox önəmli hesab edir:  "Vətəndaşlar ödədikləri pulun müqabilində NKA-çeklərini tələb etsələr, gələcəkdə hər hansı bir neqativ halla rastlaşdıqda öz hüququnu qoruya bilər və eyni zamanda, dövlət büdcəsinə vergilərin ödənilməsinin təmin edilməsinə öz töhfələrini verə bilərlər. Bununla yanaşı, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışının qarşısının alınması, əmək müqavilələrinin rəsmiləşdirilməməsi, lisenziyasız fəaliyyət hallarının aradan qaldırılması, malların alış sənədlərinin olması üzrə də nəzarət tədbirləri keçiriləcək".

Vergilər Nazirliyindən bildirilib ki, əsas məqsəd vergilərin yığılmasından vergilərin könüllü ödənilməsinə keçidin təmin edilməsi, vergi mədəniyyətinin daha da yüksəldilməsidir. 2018-ci il vergi inzibatçılığında keçid ilidir: "Vergilər Nazirliyi vergi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılacağını gözləyir. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması yeganə yoldur. Kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə əməl etməli, ikili mühasibatlığın aparılması, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır".

 Qeyd olunub ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayında yoxlamaların sayı 55 faizədək azalıb: "Bununla belə, vergidən yayınma hədəfinin düzgün müəyyən edilərək, keyfiyyətinin və effektivliyin artırılması əsas məqsədlərdən biridir. Bu sahədə səyyar vergi yoxlamalarının keçirilmə müddətlərinin tezləşdirilməsi, elektron auditin əhatə dairəsini genişləndirilməsi, yoxlamaların effektivliyinin artırılması, şəffaflığın və bərabər rəqabət şərtlərinin təmin edilməsi, korrupsiya əlamətlərinin sıfıra endirilməsi əsas hədəf kimi qarşıya qoyulub".

Vergilər Nazirliyi yoxlamaların keyfiyyətinin artırılması məqsədilə vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün də tədbirlər görüləcək. Bu məqsədlə həm vergi orqanlarında işləyən daha təcrübəli və savadlı əməkdaşlar, həm də kənar ekspertlər cəlb edilməklə gənc əməkdaşların yetişdirilməsi prosesi həyata keçiriləcək.

 "Korrupsiya əlamətlərinin minimallaşdırılması məsələsinə gəlincə, burada nazirlik tərəfindən görülən işlərlə yanaşı, vergi ödəyicilərinin özləri də hər hansı neqativ halla rastlaşdıqda 195-1 Çağrı Mərkəzi və mövcud kommunikasiya vasitələrindən istifadə etməklə Vergilər Nazirliyinə məlumat verə bilərlər. Bu müraciətlər ciddi araşdırılacaq və nəticəsindən asılı olaraq tədbirlər görüləcək", - deyə məlumatda vurğulanıb.
Bakıda qanunsuz bina inşa edən tikinti şirkətinin rəhbəri həbs edilib
Paşinyan: “Azərbaycan bütün cəbhə boyu qoşun cəmləşdirir”
"Biosfer" İctimai Birliyinin uşaqlarla bağlı layihəsi bitdi
İyulun 17-ə hava proqnozu
Deputat icra başçılarının üstünə getdi- Özünü quldurbaşı kimi aparan, xalqın nifrətini qazanmış şəxslər...
Xəbər lenti
16/07/2018 [20:29]:
İran ABŞ-dan BMT-yə şikayət etdi
16/07/2018 [19:34]:
Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıqlanıb
16/07/2018 [18:41]:
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
16/07/2018 [17:57]:
Bakıda qanunsuz bina inşa edən tikinti şirkətinin rəhbəri həbs edilib
16/07/2018 [17:25]:
Paşinyan: “Azərbaycan bütün cəbhə boyu qoşun cəmləşdirir”
16/07/2018 [16:46]:
"Biosfer" İctimai Birliyinin uşaqlarla bağlı layihəsi bitdi
16/07/2018 [16:38]:
Zoologiya İnstitutunda söyüşcül direktordan şikayət edənlər işdən çıxarılır
16/07/2018 [15:47]:
İyulun 17-ə hava proqnozu
16/07/2018 [14:56]:
Deputat icra başçılarının üstünə getdi- Özünü quldurbaşı kimi aparan, xalqın nifrətini qazanmış şəxslər...
16/07/2018 [14:22]:
Türkiyə səfiri: Azərbaycanda da dini bəhanəsi ilə terrora çalışan xainlər var
16/07/2018 [13:41]:
DİM xəbərdarlıq edir: Müddət bu gün başa çatır
16/07/2018 [13:15]:
İran hökuməti Gəncə hadisələrinə qiymət verdi
16/07/2018 [12:59]:
Azərbaycan cüdoçuları Avropa Kuboku yarışını 6 medalla başa vurub
16/07/2018 [12:28]:
Tramp Avropa İttifaqını ABŞ-ın rəqibləri sırasına daxil edib
16/07/2018 [12:05]:
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
16/07/2018 [11:37]:
Azərbaycanda 2 qadın insan alverinə görə axtarışa verildi
16/07/2018 [11:32]:
“Bakcell”in dəstəyilə əlillərə innovativ 3D protezləri hazırlanacaq
16/07/2018 [10:48]:
"Real"ın transfer siyahısı açıqlandı: kimlər var?
16/07/2018 [09:59]:
Güclü yağışlar Qərb bölgəsində fəsadlara səbəb olub
16/07/2018 [00:33]:
Bakıda polis rəisi iş başında vəfat edib - təfsilat
15/07/2018 [23:39]:
Azərbaycandan Rusiyaya palma və dekorativ bitki yükləri buraxılmayıb
15/07/2018 [22:32]:
DÇ-2018-in ən yaxşı bombardiri müəyyənləşdi
15/07/2018 [21:27]:
Tohid İbrahimbəyli "Hüseyniyyun" adlı silahlı dəstə yaradıb
15/07/2018 [20:52]:
Fransa dünya çempionu oldu
15/07/2018 [20:22]:
Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: 18 nəfər həbs edildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İcra başçısının kürəkəni də vergidən qovuldu- 7 nəfər işdən çıxarılıb-siyahı
Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: 18 nəfər həbs edildi
1 ay əvvəl ABŞ-dan gələn xəbərdarlıq: Rusiya Gəncə keçidində hər şey edə bilər
Gəncədə 2 polis polkovniki öldürülüb - rəsmi
Nazir 45 müəssisəni ləğv etdi - siyahı
Baş nazirdən yeni təyinat
Bakıda polis rəisi iş başında vəfat edib - təfsilat
Nazirlər Gəncəyə getdi - 9 nəfər həbs edildi
İlham Əliyev 13 sərəncam, 2 fərman imzaladı - yenilənib
Vergilər naziri 19 nəfəri işdən qovdu - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin