Azərbaycan bərpa olunan enerji istehsalına özəl sektoru cəlb etməyə çalışır

07/07/2018 [14:37] - İqtisadiyyat (639)



İyulun 3-4-də enerji təchizatı sistemində baş verən qəzalar Azərbaycanda alternativ enerji istehsalı istiqamətində gərülən işləri yenidən gündəmə gətirdi.

Qeyd edək ki, hazırda Azərbaycanda elektrik enerjisinin təxminən 8 faizi alternativ enerji mənbələri tərəfindən ödənilir. Günəş və külək enerjisi sayəsində bu rəqəmin 2020-ci ilə qədər 20 faizə qədər artırılması nəzərdə tutulur.

Ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında 2020-ci ilədək alternativ və bərpa olunan enerji mənbələri hesabına 420 MVt yeni generasiya güclərinin yaradılması nəzərdə tutulur. Bu prioritet üzrə yeni elektrik stansiyalarının (külək, günəş enerjisi və bioenerji) tikintisinə təqribən 1 milyard 40 milyon manat həcmində investisiya tələb olunduğu proqnozlaşdırılır. Bu hədəfə çatılacağı təqdirdə, ildə 1,6 milyard kVtX/saata yaxın elektrik enerjisinin istehsalına və 390.0 milyon kubmetr təbii qaza qənaət olunmasına imkan yaranacaq. Yol Xəritəsində 2020-ci ilə qədər külək enerjisi üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt olmaqla yeni enerji güclərinin istifadəyə verilməsi planlaşdırılır.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikovun BBC-yə verdiyi məlumata görə, indiyədək Azərbaycanda günəş enerjisinin əldə olunması sahəsində 56 milyon manatlıq layihələr həyata keçirilib. Bunun 32 milyon manatı dövlət investisiyasıdır, qalanı özəl. Külək enerjisinin alınması  stansiyaları üçünsə 6 milyon manat dövlət vəsaiti ayrılıb.

Ölkədə həyata keçirilən bioenerji layihələri arasında ən böyüyü Balaxanıda tullantılardan istilik enerjisinin alınması layihəsidir.

Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 kiçik layihə həyata keçirib, heyvandar fermerlər üçün bioqaz qurğusu quraşdırılıb. Qalan layihələr fiziki şəxslər tərəfindən icra edilir.

Nazirlər Kabinetinin 2014-cü ildə qəbul etdiyi qərar əsasında bərpa olunan enerji layihələri üçün qurğu və avadanlıqların Azərbaycana idxalı gömrük rüsumundan və əlavə dəyər vergisindən azaddır. Bunun üçün həmin qurğu və avadanlıqları gətirən şəxslər agentliyə müraciət edib təsdiqləyici sənəd almalıdılar.

C.Məlikovun sözlərinə görə, Türkiyədə, Yunanıstanda bərpa olunan enerji digər enerjilərdən ucuz başa gəlir: “Ona görə də insanlar günəş panellərini alıb quraşdırmaqda maraqlıdılar. Azərbaycanda isə qazın, elektrik enerjisinin dəyəri ucuzdur deyə insanlar əlavə xərc çəkib avtonom mənbə yaratmağa ehtiyac görmürlar. Bəzi özəl istirahət mərkəzləri və digər obyektlər var ki, panel quraşdırıb öz enerji tələbatlarını tam olaraq ödəyirlər. Yəni burada maddi maraq olmalıdır. İkinci amil insanların məlumatlılıq səviyyəsidir. Bu texnologiyalar barədə məlumatlılıq artdıqca onlardan istifadə də artacaq”.

Agentlik rəsmisi onu da bildirib ki, Çin hökuməti onlara qrant olaraq 400 ev üçün panellər ayıracaq: “Biz onları rayonlarda ailələrin evlərində quraşdıracağıq. O qurğuların hesabına enerji təchizatı, həmçinin əlavə gəlirlər əldə etmək imkanlarının olmasını həmin ailələrə və onların qonşularına çatdıracağıq”.

Agentlik rəsmisinin dediklərindən aydın olub ki, Sumqayıt Sənaye Texnologiya Parkında günəş fotoelektrik panellərinin, günəş kollektorlarının istehsalına başlanıb. Bundan əlavə, biosobaların istehsalı qurulub, Samuxda onların bir neçəsi quraşdırılıb.

C.Məlikov deyib ki, Bakı-Quba yolu üzərindəki külək enerjisi stansiyaları əvvəlcə özəl şirkətlər tərəfindən qurulubmuş: “Sonra onlar bankrot oldular, stansiyalar keçdi Beynəlxalq Banka. Bu yaxınlarda stansiyalar ”Azərişıq"a verilib. 20 turbindən 16-18-i işləyir, yaxın zamanlarda onların fəaliyyəti bərpa olunacaq". Ümumilikdə isə Azərbaycanda 60 Mtv gücü olan külək stansiyaları var.

Azərbaycanda satılan günəş panelləri yerli, Avropa və Çin istehsallıdır. Avropa panelləri ən bahalısıdır.

Onu da qeyd edək ki, hökumət bərpa olunan enerji mənbələrinin yaradılması sahəsinə vəsait yatırmaq niyyətində deyil. Bu sahənin özəl investisiyalar sayəsində inkişaf etdirilməsi nəzərdə tutulur. Azərbaycanda enerji tariflərinin dövlət tərəfindən tənzimlənməsi isə bu sahəyə özəl sektorun cəlbini çətinləşdirir.

Bu şəraitdə ölkədə bərpa olunan enerji istehsalının yol xəritəsində nəzərdə tutulduğu həcmə - 2020-ci ilədək ümumi enerji istehsalının 20 faizinə çatdırılması çətin ki, mümkün olsun. C.Məlikov deyir ki, bərpa olunan enerjinin istehsalı təbii resurslardan asılıdır: “420 Mvt gücündə stansiyalar qurulsa, xəritədə qoyulan məqsədə nail olacağıq. Bu stansiyalar da özəl investisiyalar hesabına qurulmalıdır. Bunun üçün şərtlər hazırlanmalıdır. Dövlətin bu sahəyə investisiya qoymasına ehtiyac görmürəm. Çünki Azərbaycanda enerji qıtlığı yoxdur. Ölkənin istehsal gücü yetərincədir”.

Musavat.com
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Oktyabrın 27-ə hava proqnozu
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
Xəbər lenti
26/10/2020 [20:04]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:27]:
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov - Lavrov - Lavrov
26/10/2020 [18:34]:
Dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə edənlərin sayına artım edilib
26/10/2020 [18:16]:
Azərbaycanda günün COVİD-19 statistikası
26/10/2020 [17:38]:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır
26/10/2020 [16:49]:
Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
26/10/2020 [16:03]:
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [15:56]:
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
26/10/2020 [14:21]:
Oktyabrın 27-ə hava proqnozu
26/10/2020 [13:51]:
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
26/10/2020 [13:32]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:28]:
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
26/10/2020 [12:14]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
26/10/2020 [11:20]:
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat yayıb
26/10/2020 [10:03]:
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
26/10/2020 [09:11]:
Cəbhədə son vəziyyət: Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
25/10/2020 [21:19]:
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin