İlham Əliyev 5 fərman, 3 sərəncam imzaladı - yenilənib

07/07/2018 [00:31] - Siyasət (483)



Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1193-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

İstiqlal.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1193-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2324; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 84 nömrəli, 1 iyun tarixli 106 nömrəli və 6 iyun tarixli 116 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədəki cədvəl üzrə:

3.1.1.

Sıra №-si Xərclərin istiqamətləri Məbləğ(manatla)

8.1. Ümumi dövlət xidmətləri 3.628.576.252,0

8.1.1. qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri 662.605.431,0

8.1.2. beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlükhaqqı xərcləri 215.700.000,0

8.1.3. elm xərcləri 128.120.367,0

8.1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 72.272.931,0

8.1.5. dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2.262.777.523,0

8.1.6. yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya 5.200.000,0

8.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 281.900.000,0

8.2. Müdafiə 2.905.221.836,0

8.2.1. müdafiə qüvvələri 1.384.067.865,0

8.2.2. milli təhlükəsizlik 130.358.826,0

8.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2.663.347,0

8.2.4. digər kateqoriyalara aid edilməyən xərclər 1.388.131.798,0

8.3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 1.384.235.133,0

8.3.1. məhkəmə hakimiyyəti 54.346.645,0

8.3.2. hüquq-mühafizə 1.004.451.945,0

8.3.3. prokurorluq 58.270.259,0

8.3.4. digər kateqoriyalara aid edilməyən xidmətlər 267.166.284,0

8.4. Təhsil 2.043.989.508,0

8.4.1. məktəbəqədər təhsil 175.314.065,0

8.4.2. ümumi təhsil 1.082.159.571,0

8.4.3. ilk peşə-ixtisas təhsili 27.977.633,0

8.4.4. orta ixtisas təhsili 41.302.250,0

8.4.5. ali təhsil 42.716.929,0

8.4.6. əlavə təhsil 3.743.051,0

8.4.7. təhsil sahəsində digər müəssisə və tədbirlər 670.776.009,0

8.5. Səhiyyə 739.334.330,0

8.5.1. poliklinikalar və ambulatoriyalar 109.563.299,0

8.5.2. xəstəxanalar 349.210.619,0

8.5.3. səhiyyə sahəsində digər xidmətlər 6.608.160,0

8.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 5.112.214,0

8.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər 268.840.038,0

8.6. Sosial müdafiə və sosial təminat 2.343.047.383,0

8.6.1. sosial müdafiə xərcləri 2.309.285.582,0

8.6.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1.300.000.000,0

8.6.2. sosial təminat xərcləri 33.701.801,0

8.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar 60.000,0

8.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 327.129.760,0

8.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 128.547.661,0

8.7.2. radio, televiziya və nəşriyyat 57.721.175,0

8.7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm 64.590.913,0

8.7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət 76.270.011,0

8.8. Mənzil və kommunal təsərrüfatı 458.558.557,0

8.8.1. mənzil təsərrüfatı 61.206.293,0

8.8.2. kommunal təsərrüfatı 345.056.129,0

8.8.3. su təsərrüfatı 33.961.000,0

8.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 18.335.135,0

8.9. Yanacaq və enerji 18.016.600,0

8.9.1. enerji kompleksi 16.995.000,0

8.9.2. yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar 1.021.600,0

8.10. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 755.282.725,0

8.10.1. kənd təsərrüfatı 713.998.035,0

8.10.2. meşə təsərrüfatı 13.342.261,0

8.10.3. balıqçılıq və ovçuluq 3.118.853,0

8.10.4. ətraf mühitin mühafizəsi 16.854.733,0

8.10.5. hidrometeorologiya tədbirləri 7.968.843,0

8.11. Sənaye, tikinti və faydalı qazıntılar 5.104.376.000,0

8.11.1. tikinti 5.087.476.000,0

8.11.1.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 5.075.200.000,0

8.11.2. faydalı qazıntılar 12.900.000,0

8.11.3. geodeziya və xəritəçəkmə 4.000.000,0

8.12. Nəqliyyat və rabitə 166.790.678,0

8.12.1. nəqliyyat 110.286.678,0

8.12.2. rabitə 56.504.000,0

8.13. İqtisadi fəaliyyət 1.390.111.000,0

8.13.1. iqtisadi və kommersiya fəaliyyəti 196.481.000,0

8.13.1.1. sahibkarlığa dəstək 46.481.000,0

8.13.1.2. Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri 150.000.000,0

8.13.2. iqtisadi fəaliyyətin digər sahələri 1.193.630.000,0

8.14. Əsas bölmələrə aid edilməyən xidmətlər 1.835.330.238,0

8.14.1. məqsədli büdcə fondları 372.000.000,0

8.14.1.1. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 372.000.000,0

8.14.2. ehtiyat fondları 404.000.000,0

8.14.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 304.000.000,0

8.14.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 100.000.000,0

8.14.3. əsas bölmələrə aid edilməyən sair xərclər 1.059.330.238,0

8.14.3.1. beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər 20.000.000,0

8.14.3.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 20.000.000,0

8.14.3.3. digər xidmətlər üzrə xərclər 1.019.330.238,0

10-cu maddə üzrə:

5.1. “7.907.000.000,0” rəqəmləri “7.380.000.000,0” rəqəmləri ilə və “7.142.650.000,0” rəqəmləri “6.615.650.000,0” rəqəmləri ilə əvəz edilib;

5.2. maddənin cədvəlinin “1. Bakı” sətrində “7 283 800 000” rəqəmləri “6 756 800 000” rəqəmləri ilə, “6 983 973 000” rəqəmləri “6 456 973 000” rəqəmləri ilə, “Cəmi:” sətrində “7 907 000 000” rəqəmləri “7 380 000 000” rəqəmləri ilə və “7 142 650 000” rəqəmləri “6 615 650 000” rəqəmləri ilə əvəz edilib.

6. 15-ci maddədə“920 000,0” rəqəmləri “951 000,0” rəqəmləri ilə və “891 000,0” rəqəmləri “922 000,0” rəqəmləri ilə əvəz edilib.

7. 16-cı maddədə “24 936 733,6” rəqəmləri “26 575 248,2” rəqəmləri ilə əvəz edilib.

8. 17-ci maddədə “12 389 746,0” rəqəmləri “13 761 446,0” rəqəmləri ilə əvəz edilib.

***

Prezident İlham Əliyev Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“2018-ci ilin sentyabr ayında Azərbaycanın görkəmli alimi, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Xəlil oğlu Mirzəcanzadənin anadan olmasının 90 illiyi tamam olur.

Tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisi, zəngin elmi irsə malik akademik Azad Mirzəcanzadə neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırmış və böyük şöhrət gətirmişdir. Azad Mirzəcanzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft, qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodları hazırlanıb tətbiq edilmişdir. Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının sürətləndirilməsində Azad Mirzəcanzadənin təqdirəlayiq xidmətləri vardır. Alim Azərbaycan iqtisadiyyatının müasir mərhələdə dinamik inkişafı üçün zəruri olan yüksək ixtisaslı elmi kadr resurslarının yaradılmasının fəal iştirakçılarından idi. Azad Mirzəcanzadə elmi məktəbinin yetirmələri ölkəmizdə və onun hüdudlarından kənarda neft sənayesinin ən müxtəlif sahələrində uğurla çalışırlar. Elmlə istehsalat arasında sıx əlaqə qurmağa müvəffəq olmuş alimin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə etməkdədir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə elmin inkişafı, təşkili və elmi kadr potensialının formalaşdırılması işinə dəyərli töhfələr vermiş akademik Azad Mirzəcanzadənin 90 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onların ölkə vətəndaşları və xaricdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək və həmvətənlərimizlə əlaqələri daha da genişləndirmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Ölkədə lobbiçilik fəaliyyətinin əsas istiqamət və perspektivlərini dünya azərbaycanlılarının müstəqil Azərbaycan dövləti və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi olan ümummilli lider Heydər Əliyev bəyan etmişdir. Xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayan ulu öndər Azərbaycan diaspor cəmiyyətlərinin problemlərinə və qayğılarına hər zaman böyük həssaslıqla yanaşmışdır.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcı qoyulmuş, azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilmişdir. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olmuşdur. Xaricdə yaşayan həmvətənlərimiz bu gün Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb edilmiş, onların Azərbaycan iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılmışdır.

Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqeyinin getdikcə güclənməsi, regionun lider dövlətinə çevrilməsi dünya ictimaiyyətinə respublikamız haqqında tam obyektiv, dolğun informasiya verilməsi, ölkəmizin beynəlxalq aləmdə təbliği və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı diaspor təşkilatları qarşısında yeni vəzifələr qoyur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Diasporuna Dəstək Fondu yaradılsın.

2. “Azərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Diasporuna Dəstək Fondunda (bundan sonra – Fond) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:3.1.1. Nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.1.2. icra orqanının yaradılması və onun səlahiyyətlərinin müəyyənləşdirilməsi;

3.1.3. Fondun yenidən təşkil və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun strukturunun, işçilərinin say həddinin və əməkhaqqı fondunun təsdiq edilməsi;

3.3. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Fondun yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Fondun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin;

4.5. bu Fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndinə uyğun olaraq, Fondun nizamnamə fondunun formalaşdırılmasını bir ay müddətində təmin etsin;

4.6. Fondun strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, bir ay müddətində təsdiq etsin;

4.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi:

5.1. Fondun dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamə:

2.1. Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin nizamnamələrinin layihələri hazırlanarkən əsas hesab edilsin;

2.2. Azərbaycan Respublikasının Prezidenti tərəfindən aidiyyəti icra hakimiyyəti orqanlarına yaradılması tapşırılmış publik hüquqi şəxslərin (müvafiq sahələr üzrə publik hüquqi şəxslərin nümunəvi nizamnamələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi hallar istisna olmaqla) nizamnamələrinin layihələri hazırlanarkən nəzərə alınsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində:

1.1. parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etsin;

1.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etsin;

1.3. dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması (bundan sonra – təxliyə) xidmətini təşkil etsin və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət etsin;

1.4. nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. yeni yeraltı və yerüstü avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.

2. Bu Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası, həmçinin nəqliyyat axınının tənzimlənməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Füzuli və Mirzağa Əliyev küçələri arasında və Neftçilər prospektində - Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları bir ay müddətində Bakı Nəqliyyat Agentliyinin balansına verilsin.

3. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında hazırlayıb bir ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında Bakı şəhərində yeni avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin duracaqların (qarajların) Agentlik tərəfindən tikilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini təşkil etsin;

4.3. bu Fərmanın 2-ci və 3-cü hissələri nəzərə alınmaqla, Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan dövlət əmlakının Bakı Nəqliyyat Agentliyinin balansına verilməsini təmin etsin;

4.4. nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1.1-ci yarımbənddə “təşkil edir” sözlərindən sonra “, habelə tabeliyindəki qurum vasitəsilə sərnişindaşıma fəaliyyətini həyata keçirir” sözləri əlavə edilsin.

6.2. 3.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.6. parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür;”;

6.3. aşağıdakı məzmunda 3.1.6-1-ci yarımbənd əlavə edilsin:

“3.1.6-1. öz balansında olan avtomobil duracaqlarını (qarajlarını) idarə edir və Agentliyin yeni avtomobil duracaqlarının (qarajlarının) layihələndirilməsini, tikilməsini və vəziyyətinə nəzarəti həyata keçirir”;

6.4. 3.1.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.7. piyada-yol infrastrukturunun təşkilində iştirak edir, nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), dayanacaq məntəqələrinin, parklanma yerlərinin, habelə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yerüstü piyada keçidlərinin, səkilərin, səkilərdə pandusların, sədlərin və digər texniki vasitələrin layihələndirilməsini, tikilməsini (quraşdırılmasını), təmirini, yenidən qurulmasını, saxlanılmasını və onların vəziyyətinə nəzarəti həyata keçirir;”

6.5. 3.1.12-ci yarımbənddən “dayanacaq məntəqələrinin, parklanma yerlərinin (avtomobil dayanacaqlarının), yerüstü və” sözləri çıxarılsın;

6.6. 3.1.18-ci yarımbəndə “həddini” sözündən sonra “və taksi minik avtomobillərinin kvotasını” sözləri əlavə edilsin;

6.7. aşağıdakı məzmunda 3.1.21-1 və 3.1.22-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.21-1. dayanma və ya durma qaydaları pozulmaqla tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrinin mühafizə edilən duracağa aparılması (təxliyə) xidmətini təşkil edir və həmin nəqliyyat vasitələri sürücülərinin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür, habelə təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət edir;”;

“3.1.22-1. ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətləri yerinə yetirən sürücülərin qeydiyyatını aparır və müvafiq sürücü məlumat bazasını yaradır;”;

6.8. 5.5.8-ci yarımbəndə “təsdiq edir” sözlərindən sonra “, Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir” sözləri əlavə edilsin;

6.9. 6.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.7. Agentliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulmuş mallarının (işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən qiymətlərə aiddir.”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1190-VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1190-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1214-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1214-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1191-VQD nömrəli Qanununun tətbiqi və “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1191-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2076) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Müəyyən edilsin ki:

3.1. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-cü, 9-cu, 11.1-ci, 13-cü və 16-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir;

3.2. həmin Qanunun 7.0.12-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirirlər.”.
Bakıda qanunsuz bina inşa edən tikinti şirkətinin rəhbəri həbs edilib
Paşinyan: “Azərbaycan bütün cəbhə boyu qoşun cəmləşdirir”
"Biosfer" İctimai Birliyinin uşaqlarla bağlı layihəsi bitdi
İyulun 17-ə hava proqnozu
Deputat icra başçılarının üstünə getdi- Özünü quldurbaşı kimi aparan, xalqın nifrətini qazanmış şəxslər...
Xəbər lenti
16/07/2018 [20:29]:
İran ABŞ-dan BMT-yə şikayət etdi
16/07/2018 [19:34]:
Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıqlanıb
16/07/2018 [18:41]:
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
16/07/2018 [17:57]:
Bakıda qanunsuz bina inşa edən tikinti şirkətinin rəhbəri həbs edilib
16/07/2018 [17:25]:
Paşinyan: “Azərbaycan bütün cəbhə boyu qoşun cəmləşdirir”
16/07/2018 [16:46]:
"Biosfer" İctimai Birliyinin uşaqlarla bağlı layihəsi bitdi
16/07/2018 [16:38]:
Zoologiya İnstitutunda söyüşcül direktordan şikayət edənlər işdən çıxarılır
16/07/2018 [15:47]:
İyulun 17-ə hava proqnozu
16/07/2018 [14:56]:
Deputat icra başçılarının üstünə getdi- Özünü quldurbaşı kimi aparan, xalqın nifrətini qazanmış şəxslər...
16/07/2018 [14:22]:
Türkiyə səfiri: Azərbaycanda da dini bəhanəsi ilə terrora çalışan xainlər var
16/07/2018 [13:41]:
DİM xəbərdarlıq edir: Müddət bu gün başa çatır
16/07/2018 [13:15]:
İran hökuməti Gəncə hadisələrinə qiymət verdi
16/07/2018 [12:59]:
Azərbaycan cüdoçuları Avropa Kuboku yarışını 6 medalla başa vurub
16/07/2018 [12:28]:
Tramp Avropa İttifaqını ABŞ-ın rəqibləri sırasına daxil edib
16/07/2018 [12:05]:
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
16/07/2018 [11:37]:
Azərbaycanda 2 qadın insan alverinə görə axtarışa verildi
16/07/2018 [11:32]:
“Bakcell”in dəstəyilə əlillərə innovativ 3D protezləri hazırlanacaq
16/07/2018 [10:48]:
"Real"ın transfer siyahısı açıqlandı: kimlər var?
16/07/2018 [09:59]:
Güclü yağışlar Qərb bölgəsində fəsadlara səbəb olub
16/07/2018 [00:33]:
Bakıda polis rəisi iş başında vəfat edib - təfsilat
15/07/2018 [23:39]:
Azərbaycandan Rusiyaya palma və dekorativ bitki yükləri buraxılmayıb
15/07/2018 [22:32]:
DÇ-2018-in ən yaxşı bombardiri müəyyənləşdi
15/07/2018 [21:27]:
Tohid İbrahimbəyli "Hüseyniyyun" adlı silahlı dəstə yaradıb
15/07/2018 [20:52]:
Fransa dünya çempionu oldu
15/07/2018 [20:22]:
Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: 18 nəfər həbs edildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İcra başçısının kürəkəni də vergidən qovuldu- 7 nəfər işdən çıxarılıb-siyahı
Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: 18 nəfər həbs edildi
1 ay əvvəl ABŞ-dan gələn xəbərdarlıq: Rusiya Gəncə keçidində hər şey edə bilər
Gəncədə 2 polis polkovniki öldürülüb - rəsmi
Nazir 45 müəssisəni ləğv etdi - siyahı
Baş nazirdən yeni təyinat
Bakıda polis rəisi iş başında vəfat edib - təfsilat
Nazirlər Gəncəyə getdi - 9 nəfər həbs edildi
İlham Əliyev 13 sərəncam, 2 fərman imzaladı - yenilənib
Vergilər naziri 19 nəfəri işdən qovdu - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin