Bayılda yaşıllığa qənim kəsilən kimdir?- təfsilat

06/07/2018 [09:54] - Cəmiyyət (332)



Paytaxtın Xəzərə baxan ən gözəl ərazilərindən olan Bayılda yeni inşa edilmiş binaların, xidmət obyektlərinin qarşısında heyranedici dəniz mənzərəsi, göz oxşayan genişlik diqqəti cəlb edir. Ərazinin köhnə, yöndəmsiz tikililərdən təmizlənmiş bir sıra hissələrində isə son illərdə yaşıllıq  zonaları yaradılıb. 

Belə zonalrdan biri də Bayıl qəsəbəsində Neftçilər prospekti ilə Qurban Abbasov küçəsinin kəsişməsində salınıb. Təxminən, üçbucaq formasında olan, təxminən, 1000 kvadratmetrlik bu ərazidə 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı musabiqəsinə hazırlıq ərəfəsində 350 ədəd bahalı dekorativ ağac əkilib.  Həmin ağaclardan bir ədədinin indiki bazar qiyməti 800 manata yaxındır.

Bu ağacaların xaricdən alınıb gətirilməsi və əkilməsi ilə bağlı bütün xərcləri yerli iş adamları çəkiblər. Lakin son 3 ildə bu yaşıllıq zonanın salınmasına sərf olunan əməyi və vəsaiti heçə çıxarmaq istəyənlər peyda olub. Həmin ağacaların mütəmadi olaraq kimlər tərəfindənsə, sözün həqiqi, “kimyəvi hücum”a məruz qaldığını ehtimal etmək mümkündür. Belə ki, o qədər də böyük olmayan, amma Bayıl yamacının florasında öznüməxsus yer tutan yaşıl ərazi getdikcə “keçəlləşir”, ağaclar bir-bir yoxa çıxır.

Bu barədə istiqlal.az-a ərazidəki mənbələrdən məlumat daxil olub.  Mənbə redaksiyaya 2015 və  2018- ci illərdə çəkilmiş fotoları təqdim edib. Dekorativ ağacların məhz son 3 ildə mərhələlərlə “yoxa çıxdığı” güman edilir. Ağacların oğurlandığı, yoxsa baxımsızlıqdan məhv edildiyi bəlli deyil.

Məsələni araşdırmaq üçün istiqlal.az-ın əməkdaşı həmin ərazidə olub. Doğurdan da, ərazidəki ağacaların çoxu “yoxa çıxmışdı”. 

Massivə yaxın evlərdə yaşayan sakinlərin sözlərinə görə, şəhərin mərkəzindən 2-2,5 km aralıda yerləşən ərazi çox bahalıdır və təsadüfü işbazların hədəfində ola bilməz. Bura kimin gözü düşübsə, çox hiyləgər adamdır. Çünki ərazini ağacları tədricən məhv etmək kursu seçilib. Güman ki, imtiyazlı zümrəyə mənsub olan iş adamıdır. Ona görə də icra hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi göz yumur – deyə sakinlər vurğulayıb.

Araşdırmalarımız zamanı bəlli oldu ki, paytaxtın ekologiyasına qəsd hesab edilməli olan vəziyyət haqqında KİV-in həyəcan siqnalına Səbail Rayon İcra Hakimiyyətindən reaksiya verilmir. Cavabdeh olduğu ərazidə hər ağacın qorunmasına qayğı göstərməli olan icra hakimiyyətinin belə susqunluğu ən arzuolunmaz ehtimallar və  şübhələr doğurur. Belə çıxır ki, yaşıl zolağı özü üçün gəlir mənbəyinə çevirmək  və bu məqsədlə ərazini ağaclardan təmizləyib adicə torpaq sahəsi kimi ələ keçirmək istəyən  naməlum iş adamı artıq dövlət qurumları ilə “anlaşıb”.
Təqdim etdiyimiz şəkillərdən biri 2015-cü ildə, ağacların mövcud olduğu, yaşıllığın əraziyə, həqiqətən, yaraşıq verdiyi vaxtlarda, digəri isə 2018-ci ilin iyununda – ağacların bir hissəsi artıq yoxa çıxarılandan sonra çəkilib. Yaşıllığa qarşı terrorun izləri açıq-aşkar görünür və burada hansı məqsədin güdüldüyünü də təsəsvvür etməyə imkan verir...

Paytaxtda ekolji problemlərin həlli, yaşıllıqların qorunması və yeni yaşıllıq zonalarının yaradılması ölkə rəhbərliyinin çox ciddi diqqət yetirdiyi məsələlərdir. Vaxtilə Azərbaycan təbiətinin böyük himayədarı, eks-prezident Heydər Əliyev “kim bir ağac kəsirsə, elə bil mənim bir qolumu kəsir” -  deyərək, yaşıllıqların mühafizəsi ilə bağlı öz prinsipial mövqeyni bildirmişdi. Prezident İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan edərkən onu da da vurğulamışdı ki, əslində, Azərbaycanda hər il ekologiya ili olmalıdır. 

Dövlət başçısının Bakının yaşıl ərazilərinin genişləndirilməsi ilə bağlı qərar və göstərişləri öz nəticəsini verməkdədir. Şəhərin müxtəlif yerlərində yeni bağlar və parklar salınıb, Dənizkənarı bulvarın ərazisi genişləndirilib. “Sovetski” adlanan məhəllənin sökülərək, yerində böyük yaşıllı zolağının salınması üzrə işlər isə hazırda davam etdirlir. Bütün bu tədbirlər dünyanın ən gözəl şəhərləri sırasında adı çəklən Bakının təbii mühitinin sağlamlaşdırılmasına, beləliklə də, getdikcə istiləşən iqlim şəraitində insanların səhhətinə müsbət təsir edən yaşıllıqların artırılmasına imkan yaradır. Ancaq təəssüf ki, bəzi işbazlar dövlət qurumları ilə şübhəli anlaşmaları bu tendensiyanı xələl gətirir.

İstiqlal.az
Bakıda qanunsuz bina inşa edən tikinti şirkətinin rəhbəri həbs edilib
Paşinyan: “Azərbaycan bütün cəbhə boyu qoşun cəmləşdirir”
"Biosfer" İctimai Birliyinin uşaqlarla bağlı layihəsi bitdi
İyulun 17-ə hava proqnozu
Deputat icra başçılarının üstünə getdi- Özünü quldurbaşı kimi aparan, xalqın nifrətini qazanmış şəxslər...
Xəbər lenti
16/07/2018 [20:29]:
İran ABŞ-dan BMT-yə şikayət etdi
16/07/2018 [19:34]:
Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıqlanıb
16/07/2018 [18:41]:
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
16/07/2018 [17:57]:
Bakıda qanunsuz bina inşa edən tikinti şirkətinin rəhbəri həbs edilib
16/07/2018 [17:25]:
Paşinyan: “Azərbaycan bütün cəbhə boyu qoşun cəmləşdirir”
16/07/2018 [16:46]:
"Biosfer" İctimai Birliyinin uşaqlarla bağlı layihəsi bitdi
16/07/2018 [16:38]:
Zoologiya İnstitutunda söyüşcül direktordan şikayət edənlər işdən çıxarılır
16/07/2018 [15:47]:
İyulun 17-ə hava proqnozu
16/07/2018 [14:56]:
Deputat icra başçılarının üstünə getdi- Özünü quldurbaşı kimi aparan, xalqın nifrətini qazanmış şəxslər...
16/07/2018 [14:22]:
Türkiyə səfiri: Azərbaycanda da dini bəhanəsi ilə terrora çalışan xainlər var
16/07/2018 [13:41]:
DİM xəbərdarlıq edir: Müddət bu gün başa çatır
16/07/2018 [13:15]:
İran hökuməti Gəncə hadisələrinə qiymət verdi
16/07/2018 [12:59]:
Azərbaycan cüdoçuları Avropa Kuboku yarışını 6 medalla başa vurub
16/07/2018 [12:28]:
Tramp Avropa İttifaqını ABŞ-ın rəqibləri sırasına daxil edib
16/07/2018 [12:05]:
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
16/07/2018 [11:37]:
Azərbaycanda 2 qadın insan alverinə görə axtarışa verildi
16/07/2018 [11:32]:
“Bakcell”in dəstəyilə əlillərə innovativ 3D protezləri hazırlanacaq
16/07/2018 [10:48]:
"Real"ın transfer siyahısı açıqlandı: kimlər var?
16/07/2018 [09:59]:
Güclü yağışlar Qərb bölgəsində fəsadlara səbəb olub
16/07/2018 [00:33]:
Bakıda polis rəisi iş başında vəfat edib - təfsilat
15/07/2018 [23:39]:
Azərbaycandan Rusiyaya palma və dekorativ bitki yükləri buraxılmayıb
15/07/2018 [22:32]:
DÇ-2018-in ən yaxşı bombardiri müəyyənləşdi
15/07/2018 [21:27]:
Tohid İbrahimbəyli "Hüseyniyyun" adlı silahlı dəstə yaradıb
15/07/2018 [20:52]:
Fransa dünya çempionu oldu
15/07/2018 [20:22]:
Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: 18 nəfər həbs edildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İcra başçısının kürəkəni də vergidən qovuldu- 7 nəfər işdən çıxarılıb-siyahı
Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: 18 nəfər həbs edildi
1 ay əvvəl ABŞ-dan gələn xəbərdarlıq: Rusiya Gəncə keçidində hər şey edə bilər
Gəncədə 2 polis polkovniki öldürülüb - rəsmi
Nazir 45 müəssisəni ləğv etdi - siyahı
Baş nazirdən yeni təyinat
Bakıda polis rəisi iş başında vəfat edib - təfsilat
Nazirlər Gəncəyə getdi - 9 nəfər həbs edildi
İlham Əliyev 13 sərəncam, 2 fərman imzaladı - yenilənib
Vergilər naziri 19 nəfəri işdən qovdu - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin