Azərbaycanda ətin kilosu 15 manata qalxacaq – qəssablar xəbərdarlıq edir

24/06/2018 [00:01] - İqtisadiyyat (1055)



Yol kənarlarında, küçədə antisanitariya şəraitində ət kəsiminin qadağan edilməsi, onların yerinə stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrinin yaradılması qərarından sonra qəssablara sallaqxanaların mağazalarla əvəzlənməsi üçün 1-2 ay vaxt verilib. 

Mağazanın qarşısında diri heyvan saxlanılması da qadağan olunub. Amma virtualaz.org-un paytaxtın əksər ərazisində apardığı müşahidələrə görə, xüsusilə məhəllələrdə, Bakıətrafı qəsəbə və kəndlərə gedən yollarda hələ də heyvan kəsilir. Heyvan kəsimi üçün istifadə olunan “dar ağacları” da küçələrdən yığışdırılmayıb.

Yeni Yasamaldakı məşhur sallaqxanalar isə yığışdırılıb. Qəssablardan kimi mağaza icarəyə götürüb, kimisi də bıçaq-baltası ilə Yasamal bazarında piştaxta arxasına keçib. Qəssab Maqsud Əliyev deyir ki, məcburi köçkün kimi Yasamaldakı yataqxanada məskunlaşandan ət satışı ilə məşğuldur. İmişli və Beyləqandan diri heyvan gətirir, sağlamlığına dair baytardan arayış alandan sonra kəsir. Hələlik sahə müvəkkili gəlib, küçədə hamının gözü qarşısında heyvan kəsməməyi tapşırıb. O da heyvanı gecə saat 3-dən sonra kəsir. “Dedilər ki, hər rayonda bir kəsim məntəqəsi olacaq. Yasamalda da məntəqə tikiləcək, biz də əti ordan alacağıq”, – Maqsud söyləyir.

Maqsudun mağazasının yaxınlığında daha 2 qəssabxana var. Mağazaların qarşısında qoyun saxlanılır. Satıcılar foto çəkməməyi xahiş edirlər. Deyirlər ki, sahə müvəkkili xəbər tutsa, canlarını cərimə ilə qurtara bilməyəcəklər. Qəssablardan Davud Əzimov isə narahatdır. Onun sözlərinə görə, fərdi qaydada rayonlardan diri heyvan gətirə bilməyəcək. Camaat isə gözü qarşısında kəsilməyən heyvanın ətini almır. Baytarın verdiyi sağlamlıq arayışı ilə maraqlanan yoxdur, heyvanın göz önündə kəsilməsi arayışdan keçərlidir.

Qəssablardan biri isə sallaqxanaların ləğvi ilə ətin qiymətini ən azı 15 manata qaldırılacağını düşünür. Söyləyir ki, mağazanın icarəsinə ayda 700 manat ödəyir, 2 soyuducu işlədiyi üçün tək işığa aylıq 80-100 manat ödəyir.“Hələ vergi, su, kanalizasiya, tullantıların daşınması xərclərini nəzərə almıram. İndi kəsim, ətin daşınma xərcləri də üstünə gələcək”, – qəssab gileylənir.

Hövsanda məhəllələrdə azı 10-15 sallaqxana fəaliyyətdə olub. Sahə müvəkkili tapşırıb ki, saat 11-dək əti satıb qurtarsınlar. Qəfil yoxlama gəlsə, küçədə sallaqxana görünməsin, yaxud da hələlik mağaza icarəyə götürsünlər. Amma satıcıları söz verilib ki, imkan olan kimi şərait yaradılacaq, evlərinin qarşısında heyvan kəsib sata biləcəklər.

Son 1 aya qədər Zığda heyvan elə yol kənarında, hamının gözü qarşısında kəsilib, qanı küçəyə axıdılıb, baş-ayağı mağazanın girişinə qoyulub. İndi isə küçədə heyvan kəsilmir, amma mağazaların birinin qarşısında heyvan baş-ayağı var, iylənmiş baş-ayağın üfunəti dayanacağa qədər yayılır. Sakinlər deyirlər ki, qadağalar kənar məhəllələrə hələ gedib çatmayıb.

Xətai rayonunda, Gəncə prospektindəki qəssabxanaların da əsas müzakirə etdiyi mövzu heyvanın müştərinin gözü qarşısında deyil, məntəqədə kəsilməsidir. Satıcılardan biri deyir ki, nə olacağını gözləməkdən başqa çarə yoxdur.

Qeyd edək ki, il ərzində ölkədə 5 milyon baş heyvan kəsilir.

Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Xəbər lenti
03/12/2020 [11:57]:
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03/12/2020 [11:47]:
Azərbaycanda qızıl və gümüş bahalaşıb
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin