Ukraynada Azərbaycan Ticarət Evi açıldı

22/06/2018 [23:29] - İqtisadiyyat (742)



Bu gün Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olub.

İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər.

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evinin ümumi sahəsi 300 kv.m-ə yaxındır.

Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Ukraynada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evinin daimi fəaliyyət göstərən sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif məhsullar (meyvə şirəsi və kompotlar, mineral sular, zeytun, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq və kosmetika məhsulları və s.) nümayiş olunur. Ümumilikdə, Azərbaycan Ticarət Evində 85 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar sərgilənir.

Açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin və iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə olan marağın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Ukrayna əməkdaşlığı uğurla inkişaf edir, xalqlarımızı tarixi dostluq əlaqələri birləşdirir. Azərbaycan və Ukrayna dövlət başçılarının yüksək siyasi iradəsi nəticəsində bu gün ölkələrimiz arasında münasibətlər strateji səviyyəyə yüksəlib, möhkəm müqavilə-hüquqi baza yaradılıb, Azərbaycan və Ukrayna Prezidentləri Şurası, iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir.

Qeyd edilib ki, Ukrayna ölkəmizin əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ilin nəticələrinə əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsində 6-cı yeri tutub. Ümumiyyətlə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə edilir. 2017-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə artaraq 810 mln. dollar, bu ilin 4 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 261,7 mln. dollar təşkil edib.

İnvestisiya sahəsində əməkdaşlığın inkişafının vacib olduğunu qeyd edən Ş.Mustafayev bu sahədə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. İndiyədək Azərbaycan Ukraynaya 362 mln. dollar (286 mln. dolları neft, 76 mln. dolları qeyri-neft sektoruna), Ukrayna isə Azərbaycanın qeyri-neft sektoruna 25 mln. dollar investisiya qoyub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və s. sahələrdə 150-ə yaxın Ukrayna kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycanın Ukrayna ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir Ş.Mustafayev Azərbaycan Ticarət Evinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, biznes təşəbbüslərinin stimullaşdırılması və keyfiyyətli Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi ilə Ukrayna bazarında təşviqi baxımından əhəmiyyətli olacağını bildirib.

Ukrayna baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv Azərbaycan nümayəndə heyətinin Ukraynaya səfərindən məmnunluğunu bildirib, belə səfərlərin ölkələrimiz arasında əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini qeyd edib. Ukraynanın Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edən S.Kubiv potensial əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, Kiyevdə Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ticarət-iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm addım olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycanın “Aspi-Aqro” MMC və Ukraynanın "Spirit Drink" şirkəti arasında Azərbaycandan Ukraynaya 130 min şüşə şərabın ixracına dair müqavilə imzalanıb.

Azərbaycan Ticarət Evinin açılış mərasimində həmçinin, Azərbaycan şərablarının dequstasiyası keçirilib, Azərbaycan və Ukrayna incəsənət ustalarının konserti təşkil edilib.

Sonda tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.

QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
Xəbər lenti
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
02/12/2020 [13:01]:
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - sərəncam
02/12/2020 [12:48]:
Anar Kərimov "France 24" müsahibə verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin