Məşğul əhalinin 0,6 faizi dövlət qulluğunda çalışır

22/06/2018 [14:34] - İqtisadiyyat (656)



“2018-ci il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfərdir ki, onların 28,8 faizini qadınlar təşkil edir”.

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov 23 Iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə “Azərtac”da dərc olunan məqaləsində yazıb.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 44 ildir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir.

“Ümumilikdə ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı heç də çox deyil. Respublikada fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçuları Azərbaycanın məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir.

Hazırda dövlət qulluğunda çalışanların bilik və bacarığı, peşəkarlığı imkan verir ki, respublikada dövlət qulluğunun təşkili yüksək səviyyədə həyata keçirilsin. Bununla yanaşı, dövlət qulluqçularının hazırlıq səviyyəsi daim diqqət mərkəzindədir. Ölkə iqtisadiyyatının inkişafında olduğu kimi, kadr məsələlərinin həllində də düşünülmüş proqramlar əsasında işlər davam etdirilir. Bir məsələni vurğulamaq lazımdır ki, dövlət qulluğunun təşkilində kadrların peşəkarlığı, səriştəliliyi həmişə vacib olub, bu gün də vacib məsələlərdən biri sayılır və bunun üçün ən müxtəlif vasitələrdən geniş istifadə olunur.

Respublikada fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyası, həmçinin müxtəlif nazirliklər üçün bilavasitə kadrlar hazırlayan sahə akademiyaları, eləcə də ali məktəblərin müvafiq fakültələri hər il Azərbaycanın kadr ehtiyatlarını zənginləşdirir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə son illərdə “Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərinə təhsil almaq üçün göndərilən tələbə, magistr və doktorantura səviyyələrində təhsil alan gənc kadrların irəli çəkilməsinə ciddi əhəmiyyət verilir. Sevindirici haldır ki, dünyanın aparıcı universitetlərinə göndərilən şəxslərin 63 faizi magistratura və doktorantura səviyyələrində təhsil alan gənclər olub. Son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və rəqabətqabiliyyətli sənaye sahələrinin yaradılması müasir biliklərə yiyələnmiş mütəxəssislərin, o cümlədən idarəçilik kadrlarının yetişdirilməsini zəruri edir”, – deyə məqalədə qeyd olunur.
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
Xəbər lenti
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
02/12/2020 [13:01]:
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - sərəncam
02/12/2020 [12:48]:
Anar Kərimov "France 24" müsahibə verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin