Bolqarıstanın Sozopol şəhərində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub

22/06/2018 [11:59] - Mədəniyyət (720)



Bolqarıstanın Qara dəniz sahilində yerləşən ən qədim şəhərlərindən olan Sozopol şəhərində keçirilmiş “Soleil” 8-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileylərinin qeyd olunması kontekstində sözügedən festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub, Q.Qarayevin əsərlərindən ibarət musiqi parçaları səsləndirilib, ölkəmizin tarixi, mədəniyyəti, multikulturalizm ənənələri barədə “Bakı - müasirlik və qədimliyin harmoniyası” mövzusunda foto-sərgi təşkil olunub və Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.

Ölkəmizin festivalda iştirakı proqramı çərçivəsində səfir N.Qurbanova tərəfindən həmçinin Sozopol şəhər kitabxanasına ölkəmizə dair müxtəlif kitablar – bolqar dilinə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı”, Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərləri, dahi Nizaminin əsərlərindən fransız dilinə tərcümə edilmiş parçalar və s. hədiyyə edilib.

Festival çərçivəsində baş tutmuş plenerdə Makedoniya, Rumıniya, Mərakeş, Livan, Belçika, Fransa ilə yanaşı, Azərbaycandan da rəssamlar – Bəhruz Kəngərli və Bəhram Xəlilov iştirak ediblər. Plenerdə rəssamlarımız tərəfindən çəkilmiş əsərlər festival çərçivəsində təşkil olunmuş sərgidə nümayiş olunub. Rəsm əsərlərinin həmçinin Sofiya şəhərində nümayişi nəzərdə tutulur.

Gecənin açılışında çıxış edən səfir N.Qurbanova 2018-ci ildə müsəlman və türk dünyasında ilk parlament respublikası olan AXC-nin 100 illik yubileyinin qeyd olunduğunu, bu əlamətdar hadisənin qeyd olunması kontekstində Bolqarıstanda bolqar tərəfdaşlarla birgə tədbirlər silsiləsinin təşkil edildiyini diqqətə çatdırıb. Səfir əlavə edib ki, cari ildə həmçinin müsəlman dünyasında ilk opera olan “Leyla və Məcnun” operasının 110, Azərbaycan milli teatrının 145, kinematoqrafiyasının 120, Azərbaycanın görkəmli bəstəkarı Q.Qarayevin 100 illik yubileyləri keçirilir.

Səfir foto-sərginin Azərbaycanın paytaxtı Bakının gözəllikləri, onun qədim tarixi və mədəni müxtəlifliyinə nəzər yetirdiyini söyləyib, çəkilişləri istedadlı bolqar rəssamı və fotoqrafı Tanya Uzunova tərəfindən həyata keçirilən fotoşəkillərin Bakı və onun ətrafının multikultural mühiti və əsrarəngiz gözəlliklərini məharətlə əks etdirdiyini bildirib.

Qeyd edək ki, festival Sozopol şəhərinin ictimai və mədəni həyatında böyük mədəni hadisə hesab olunub. Festivalın Bolqarıstan tərəfindən təşkilatçıları Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Dövlət Arxiv Agentliyi, Bolqarıstan Elmlər Akademiyası, Milli Qalereya və Sozopol icra hakimiyyətidir. Tədbirin beynəlxalq təşkilatçıları sırasında Azərbaycan, Belçika, Livan, Mərakeş, Rumıniya, Makedoniya, Fransa, Gürcüstan və İsveçrənin Bolqarıstandakı səfirlikləri yer alır. Festivalın açılışı ilə Sozopolda yay turizm mövsümü açıq elan edilir. Festivalın proqramına sərgi və konsertlər, beynəlxalq elmi seminar, beynəlxalq plener, milli mətbəxlərin dequstasiyası daxildir. Festival adətən bolqar və xarici rəssamların iştirakı ilə plener ilə başlayır.
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
Bakıda qadın itkin düşüb
Xəbər lenti
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
22/01/2021 [16:19]:
Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq
22/01/2021 [15:50]:
Latviyanın yüz illik yubileyi, beynəlxalq səviyyədə tanınır
22/01/2021 [15:28]:
“Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” sərgisinin açılışı olub
22/01/2021 [14:56]:
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
22/01/2021 [14:33]:
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
22/01/2021 [13:24]:
Cins mal-qara və cücə idxalı 2023-cü ilədək gömrük rüsumundan azad edilib
22/01/2021 [13:06]:
Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapılıb
22/01/2021 [12:17]:
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
22/01/2021 [11:28]:
Türkiyədə İŞİD-in edam dəstəsinin üzvləri saxlanılıb
22/01/2021 [10:34]:
SMS-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
22/01/2021 [09:09]:
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
22/01/2021 [00:46]:
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər
21/01/2021 [23:24]:
Bakıda qadın itkin düşüb
21/01/2021 [23:16]:
Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
21/01/2021 [22:28]:
Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Bakıda qadın itkin düşüb
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İran XİN başçısı Azərbaycana səfər edəcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin