YARAT Müasir İncəsənət Məkanı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutuilə birgə Musiqi Bayramı çərçıvəsində konsert proqramını keçirəcək.
İstiqlal.az xəbər verir ki, iyunun 21-də baş tutacaq Musiqi Bayramı Bakının küçələrini yenidən canlandıracaq. Peşəkar və həvəskar musiqiçilərə açıq olan bu festival müxtəlifliyi dəyərləndirən, musiqi janrlarına fərq qoymayan canlı musiqini bayram edir. Yay fəslinə düşən bu bayram küçələrdə, ictimai park və bağlarda, binaların həyətlərində və digər ictimaiyyətə açıq yerlərdə qeyd olunur. Musiqi ifası Bakının küçələrində səslənəcək, İçərişəhərin dar küçələrini canlandıracaq, Fəvvarə meydanı və Nizami küçəsi boyunca yayılacaq.