Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

19/06/2018 [15:27] - Mədəniyyət (719)



Astanada Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən ənənəvi təşkil olunan III "Böyük Çöl" Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib.

 APA-nın xəbərinə görə, TWESCO prezidenti Darxan Kıdırəli bildirib ki, bu il türk dünyasının tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100, böyük qırğız şairi Çingiz Aytmatovun 90, qazax milli şairi Mağjan Jumabayevin 125, qədim türk yazılı abidələrinin ilk oxunuşunun 125 və Astana şəhərinin Qazaxıstanın paytaxtı elan olunmasının 20 illik yubileyi kimi əlamətdar hadisələrlə zəngindir. Ona görə də Beynəlxalq Türk Akademiyası III "Böyük Çöl" Beynəlxalq Humanitar Forumunu həmin yubileylərə həsr edib. Onun sözlərinə görə, əsas məqsəd tarixdə silinməz iz buraxan bu hadisələr və şəxsiyyətlərin irsini bütün dünyaya təqdim etməkdir.

Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalıkova isə AXC-nin türk dünyasının dövlətçilik ənənələrində özünəməxsus yerini qeyd edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının dövlətçilik və milli ideoloji fikir tarixində çox önəmli rol oynayıb. Bu məqsədlə Qazaxıstanda təşkil olunan Forumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin də qeyd olunması əhəmiyyətli hadisədir.

Türkiyə baş nazirinin müşaviri, professor Aygün Attar isə Azərbaycan Xalq Cümhuriyyətinin yubiley tədbirlərinin beynəlxalq səviyyədə, o cümlədən Qazaxıstanda da qeyd olunmasından duyduğu məmnuniyyəti dilə gətirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş baş katibi Halil Akıncı Azərbaycanın tarix boyunca təkcə Qafqazda deyil, Anadoluda və Mərkəzi Asiyada da milli dövlətçilik ideologiyasının və milli düşüncənin formalaşmasında vacib rol oynadığına diqqət çəkib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülən "Gələcəyə doğru: Mənəvi yenilənmə" proqramı və Astananın paytaxt elan olunmasının 20 illiyinə həsr edilən Forumun açılış mərasimində BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO), İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu (ECOSF) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) və Türkdilli Dövlətlərin Parlament Assambleyası (TürkPA) kimi beynəlxalq təşkilatların rəhbərləri və  səlahiyyətliləri, diplomatlar, dövlət və ictimai xadimlər, nüfuzlu araşdırma mərkəzlərinin rəhbərləri, aparıcı elm xadimləri və tədqiqatçılar da iştirak edib.

 

Beynəlxalq Forumda Almaniya, Azərbaycan, Çin, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və digər ölkələrdən təxminən 150 alim, tədqiqatçı və mütəxəssis, 6 fərqli paneldə aktual mövzularda məruzələr və fikir mübadiləsi ediblər.

III Beynəlxalq Humanitar Forumun "Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri"  adlı paneli bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Bu bölmədə məruzəçilər Cümhuriyyətin türk dövlətçilik tarixində və milli azadlıq ideyalarının formalaşmasında oynadığı əvəzsiz rol barədə müzakirələr aparıblar.

Astananın Qazaxıstanın paytaxtı elan olunmasının 20-ci ildönümünə həsr olunmuş "Sivilizasiyaların harmoniyası və şəhər mədəniyyəti”, Türk dünyasının böyük şəxsiyyətləri Mağjan Jumabayevin 125, və Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə "Türk ədəbi əlaqələri: Ənənə və müasirlik", böyük türkoloq V.Radlovun vəfatının 100, tanınmış elm xadimi V.Tomsenin Türk yazısını oxumasının 125 illiyinə həsr olunmuş "Türkologiyanın yeni imkanları" və "Böyük Çölün mənəvi oyanışı", "İnteqrasiyanın emi aspektləri: istiqamətləri və gələcəyi", habelə "Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri" adlı panellərdə Türk dünyasında elmin inkişafı, Avrasiya bölgəsində elmi inteqrasiya, şəhər mədəniyyəti, türkologiya, türk ədəbiyyatında ənənə və müasirlik, türk dövlətçilik ənənəsinin xüsusiyyətləri kimi məsələlərlə bağlı aktual təkliflər səsləndirilib.

Forum çərçivəsində 4 ölkə tərəfindən TWESCO nəzdində Altaistika, Türkologiya və Monqolistika Mərkəzinin yaradılması barədə anlaşma imzalanıb, türkologiyanın inkişafındakı xidmətlərinə bir neçə nüfuzlu alimə Akademiyanın qızıl medalı təqdim edilib. Həmçinin TWESCO tərəfindən son illər nəşr olunan kitabların sərgisi təşkil olunub.

Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası cari ilin aprel ayında UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkil etdiyi beynəlxalq forum çərçivəsində də AXC-nin 100 illiyinə ayrıca panel həsr edib və forum iştirakçıları Cümhuriyyətin qurucularından olan Ə.Topçubaşovun məzarını ziyarət ediblər.
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
Bakıda qadın itkin düşüb
Xəbər lenti
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
22/01/2021 [16:19]:
Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq
22/01/2021 [15:50]:
Latviyanın yüz illik yubileyi, beynəlxalq səviyyədə tanınır
22/01/2021 [15:28]:
“Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” sərgisinin açılışı olub
22/01/2021 [14:56]:
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
22/01/2021 [14:33]:
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
22/01/2021 [13:24]:
Cins mal-qara və cücə idxalı 2023-cü ilədək gömrük rüsumundan azad edilib
22/01/2021 [13:06]:
Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapılıb
22/01/2021 [12:17]:
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
22/01/2021 [11:28]:
Türkiyədə İŞİD-in edam dəstəsinin üzvləri saxlanılıb
22/01/2021 [10:34]:
SMS-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
22/01/2021 [09:09]:
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
22/01/2021 [00:46]:
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər
21/01/2021 [23:24]:
Bakıda qadın itkin düşüb
21/01/2021 [23:16]:
Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
21/01/2021 [22:28]:
Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Bakıda qadın itkin düşüb
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İran XİN başçısı Azərbaycana səfər edəcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin