SSRİ-nin və Rusiyanın məşhur rejissoru Stansislav Qovoruxin 83 yaşında vəfat edib.
Bu barədə Rusiya Dumasının spikeri Volodin məlumat verib. Rejissor müalicə aldığı Barvixa sanatoriyasında bu gün saat 10.37-də dünyasını dəyişib.
Ağır xəstə olan Qovoruxin iyunun 13-də təcili olaraq Mərkəzi Kliniki Xəstəxanaya aparılmışdı.
Qovoruxunun çəkdiyi filmlər bütün SSRİ-də məşhur idi. “Görüş yerini dəyişmək olmaz”, “Vertikal”, “10 zənci balası”, “Voroşilov atıcısı”, “Qadına xeyir-dua verin” və digər filmlər tamaşaçı sevgisi qazanmışdı.
O, Dövlət Dumasının mədəniyyət məsələləri üzrə komitəsinin sədri idi.