Yol polisi səfərə çıxan sürücülərə müraciət etdi

14/06/2018 [17:29] - Gündəm (490)



Yay mövsümündə müxtəlif regionlara səyahətə çıxan, istirahət zonalarına gedən insanların sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyi də yüksəlir. Belə hərəkət zamanı yollarda təhlükəsizliyin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə diqqət yetirilməli bir neçə halı təkrar xatırladır.

İdarədən virtualaz.org-a verilən məlumata görə, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə bir daha nəzarət edilməlidir, soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə mümkün qədər günün sərin vaxtlarında yola çıxmaq məsləhətdir.

Hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, hər hansı qəza zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur.

Qeyd olunur ki, rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir: "Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun halda sükan arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin.

Yol hərəkəti qaydalarına riayət etməklə bayram günlərini özünüzün və əzizlərinizin xoş keçirməsi üçün zəmin yaratmış olarsınız".
“Britaniya üçün geriyə yol yoxdur” – Avropa İttifaqı
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - yenilənib
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri
Azərbaycan nefti ucuzlaşıb
İlham Əliyev yeni sərəncam imzaladı
Xəbər lenti
12/12/2018 [13:04]:
Çaylarda suyun səviyyəsi yenidən dəyişdi
12/12/2018 [12:17]:
“Britaniya üçün geriyə yol yoxdur” – Avropa İttifaqı
12/12/2018 [12:03]:
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - yenilənib
12/12/2018 [11:48]:
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri
12/12/2018 [11:24]:
AFFA "Səbail"in şikayətini rədd etdi
12/12/2018 [10:46]:
Xalq artisti Gülxar Həsənovanın 100 illiyi qeyd edilib
12/12/2018 [09:58]:
Azərbaycan nefti ucuzlaşıb
12/12/2018 [00:02]:
İlham Əliyev yeni sərəncam imzaladı
11/12/2018 [23:47]:
Camal Xaşogi “İlin adamı” seçildi
11/12/2018 [23:16]:
“Danimarka şirkəti Dağlıq Qarabağda heç bir işlə məşğul deyil” - XİN
11/12/2018 [21:27]:
Bakıda keçirilmiş hərracda “Kia” 4400 manata satıldı
11/12/2018 [20:42]:
ABŞ səfirliyi Qüdsdə -Baxışlar və reallıqlar
11/12/2018 [20:36]:
Azərbaycanın olimpiya mükafatçısı karyerasını başa vurur
11/12/2018 [19:48]:
Bu dövlət şirkətləri ictimaiyyətə hesabat vermir - siyahı
11/12/2018 [18:57]:
Millimiz Braziliya ilə oynaya bilər
11/12/2018 [18:16]:
Dekabrın 12-ə hava proqnozu
11/12/2018 [17:45]:
Şimali Qafqazda 37 terror yuvası məhv edilib
11/12/2018 [16:28]:
Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb aradan çıxdı - təfsilat
11/12/2018 [15:39]:
Azərbaycanda neft hasilatı artıb
11/12/2018 [14:44]:
Taksidə siqaret çəkənlər cərimələnəcək
11/12/2018 [14:20]:
Azərbaycanda alman irsinin izləri və memarlığı
11/12/2018 [13:56]:
İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib
11/12/2018 [13:17]:
Sürücülərin nəzərinə: sabah bu yollar bağlı olacaq
11/12/2018 [12:28]:
Azərbaycan nefti bahalaşıb
11/12/2018 [11:53]:
Ziyafət Əsgərov: Çalışırlar ki, Azərbaycanda terror törətsinlər...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov palkovnikləri işdən çıxartdı - siyahı
Ramil Usubovdan yeni rəis təyinatı
Xalq artistinin bəyanatı nazir üçün çox gözlənilməz olub – rəsmi izahat
Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistanadır - ABŞ kəşfiyyatı
Bakının məşhur bazarı sökülür
Novruz Məmmədov qəbiristanlıqlarla bağlı qərar verdi
İlham Əliyev 5 sərəncam imzaladı - yenilənib
Maliyyə naziri devalvasiya anonsu verib?
Tanınmış vəkilin "stəkanda fırtına" əməliyyatı - araşdırma
İlham Əliyev 9 sərəncam, 17 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin