“Bakcell” təbii fəlakətdən zərər çəkmiş sakinlərə dəstək göstərib

13/06/2018 [18:38] - Cəmiyyət (309)



Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Göyçay və Zaqatalada baş vermiş təbii fəlakətdən zərər çəkmiş bölgələrin sakinlərinə dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirib. 

Bir müddət əvvəl Göyçay rayonunda baş vermiş güclü sel və Zaqatalada baş vermiş zəlzələ ilə əlaqədar olaraq “Bakcell” şirkəti həmin bölgələrdə yaşayan “Bakcell” abunəçilərinə ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 150 dəqiqə təqdim edib. Dəqiqələrin istifadə müddəti 15 gün təşkil edir. 

Həmçinin, “Bakcell” şirkətinin nümayəndələri Zaqatala rayonuna səfər edib və qarşıdan gələn müqəddəs Ramazan bayramı ilə əlaqədar olaraq aztəminatlı və imkansız ailələrə bayram sovqatı paylayıblar. 

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən “Bakcell” şirkəti Azərbaycan əhalisinin sosial müdafiəsi baxımından əhəmiyyətli olan layihələri daim diqqət mərkəzində saxlayır.

“Bakcell” insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edən korporativ sosial məsuliyyət layihələri və xeyriyyə təşəbbüsləri həyata keçirir.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 

6500-dən artıq baza stansiyası ilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində “Bakcell” özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib.

Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər.

2018-ci ildə “Bakcell” özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. “Bakcell” şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur. 

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.

2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, “Bakcell” Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir. 

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.  
Tibb professoru: Belə pambıq tarlasına heç heyvanları da buraxmazlar...
Tramp miqrantlarla bağlı qalmaqallı praktikanı ləğv etdi
Türkiyənin 100-dək hərbçisi Azərbaycana gəldi
Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24-ə çatıb - siyahı-yenilənib
İlham Əliyev sərəncam imzaladı
Xəbər lenti
21/06/2018 [12:12]:
Beynəlxalq Muğam Mərkəzində dastan gecələri
21/06/2018 [11:58]:
DÇ-2018-lə 3 komanda vidalaşdı
21/06/2018 [11:16]:
Tibb professoru: Belə pambıq tarlasına heç heyvanları da buraxmazlar...
21/06/2018 [10:39]:
Tramp miqrantlarla bağlı qalmaqallı praktikanı ləğv etdi
21/06/2018 [09:57]:
Türkiyənin 100-dək hərbçisi Azərbaycana gəldi
21/06/2018 [00:21]:
Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24-ə çatıb - siyahı-yenilənib
21/06/2018 [00:02]:
İlham Əliyev sərəncam imzaladı
20/06/2018 [23:33]:
Azərbaycanla ticarət aparan ölkələrin sayı azalıb
20/06/2018 [22:21]:
Ərdoğan: "PKK-nın əsas liderləri məhv edilib"
20/06/2018 [21:32]:
Azərbaycan xam neftin ixracını 46% artırıb
20/06/2018 [20:48]:
Yasamalın icra başçısının birinci müavini işdən çıxarılıb
20/06/2018 [20:10]:
Klublarımızın Avropa Liqasındakı ilk rəqibləri müəyyənləşdi
20/06/2018 [19:39]:
Şengen vizası bahalaşır
20/06/2018 [18:55]:
Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı
20/06/2018 [18:07]:
İyunun 21-ə hava proqnozu
20/06/2018 [17:18]:
Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlanıb
20/06/2018 [16:29]:
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
20/06/2018 [15:52]:
Elçibəy: Demokratiya döyüşçüsü - Anar Əsədli
20/06/2018 [15:37]:
İran OPEC-in iclasında iştirak etməyəcək
20/06/2018 [15:28]:
Xalq artisti mühitdən narazılıq edir: Daha oxumaq istəmirəm...
20/06/2018 [14:48]:
Bakıda hərbi parada hazırlıq davam edir
20/06/2018 [13:59]:
Zakir Həsənov: “Laçına gedən yola artıq ordumuz nəzarət edir”
20/06/2018 [13:07]:
Milli Məclisin növbədənkənar sessiyada son plenar iclasının vaxtı məlum olub
20/06/2018 [12:53]:
İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapılıb
20/06/2018 [11:42]:
Azərbaycan nefti bahalaşıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda yol polisini ölümcül bıçaqladılar - təfsilat
Ramil Usubov polis rəisini işdən çıxartdı
Erməni ordusuna cavab zərbəsi endirilib - Düşmən postu məhv edilib…
Ramil Usubov polis rəisini sərt cəzalandırdı - rəsmi
Deputatın bacısı oğlu avtoqəzada öldü – Hacıqabuldakı dəhşətli qəzanın təfərrüatı-yenilənib
Məşhur futbol ulduzu 2 illik həbs cəzası aldı
Azərbaycanlı Ukraynada yüksək vəzifəyə təyin edildi
Rusiya XİN-in Azərbaycana qarşı yeni təxribatı və həyasızlığı
Lerikin 3 kəndi Milli Məclisə müraciət etdi: Bizi köçürün...
Azərbaycan torpaqlarının işğalına başçılıq edən cani-general həbs edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin