Bakıdakı Avropa Liseyinin Beynalxalq Uşaq Diplomatiya Mərkəzi Beynəlxalq Muğam Mərkəzində “Dünya xalqlarının mədəniyyəti” uşaq festivalı keçirilib.
İstiqlal.az xəbər verir ki, festivalda iştirak edən Meksika səfirliyi ölkəsinin tipik elementləri ilə bəzədilən və məktəb şagirdləri tərəfindən hazırlanan stendini təqdim edib. Stenddə gitarron, kaktus, Katrina və ön ibadətgah tanrısı maskaları, Aztek mədəniyyətinin günəşli daşları, sarapes, sombrero və başqa əşyalar olub. Daha sonra, teatr salonunda proqram, iştirakçı ölkələrin tipik rəqslərinin təqdimatı ilə davam edib.
Tələbələr Maya mədəniyyətinin rəqslərini ifa edib. Maya mədəniyyəti, yalnız böyük tikililəri və astronomik nailiyyətləri ilə deyil, eyni zamanda dini iclasların keçirilməsi üçün mövcud olan çox saylı rəqslərinə görə də beynəlxalq səviyyədə çox məhşurdur.Meksikada, maya dilində danışanların sayı 800,291 nəfər təşkil edir. Bu, Meksikada yerli xalq dilləri arasında ən çox danışılan ikinci dilidir. Eynilə, "Şahzadə ayı" adlı bir Meksika əsəri Avropa Məktəbinin tələbələri tərəfindən təqdim edilib.