"Azərxalça" daha bir qədim xalçanı aşkara çıxarıb

13/06/2018 [17:58] - Mədəniyyət (480)



“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir Azərbaycan xalçalarını aşkara çıxarıb ictimaiyyətə təqdim edir.

ACS-dən Trend-ə verilən məlumata görə, aşkarlanan qədim və orijinal nümunələrdən biri də Naxçıvan diyarının Şahbuz bölgəsinin Biçənək kəndində 1870-ci ildə toxunmuş xovsuz xalçadır. Xalça Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki bir xalça kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib. Xalçanın Cənubi Afrika Respublikasından əldə edilməsi xalçalarımızın tarixən yayıldığı arealın nə qədər geniş olduğunu göstərir.

Bu növ xovsuz xalçalara xalq arasında “şəddə”, “sərəndaz” da deyilir. Xalça üzərində əks olunmuş naxışlar, simvollar, türk tayfalarına məxsus damğalar qədim zamanlardan bu torpaqlarda yaşamış insanların dünyagörüşünü, təbiətə münasibətini, həyat tərzini, adət-ənənəsini dəqiq ifadə edir. Əsas bəzək elementi olaraq Naxçıvan qrupu Azərbaycan xalçalarını səciyyələndirən dəvə karvanının seçilməsi də xalçanın orijinal bədii göstəricilərindən biridir.

Tədqiqatlar göstərir ki, dəvə, ana-bala dəvə, dəvə karvanı təsvirləri olan xovlu və xovsuz xalçalar, xalça məmulatları Naxçıvan bölgəsində daha çox toxunub. Bu təsvirlər bölgədə yaşayan əhalinin ənənəvi təsərrüfat həyatını əks etdirir.

Xalça əldə əyrilmiş yundan hazırlanan, təbii boyalarla boyanan iplərlə toxunub.

Hazırda bir şəxsi kolleksiyada qorunan, ölçüsü 307 x 172 olan xovsuz xalçanın saxlanma vəziyyəti əladır. İlk baxışdan sənət əsəri təsiri bağışlayan bu qiymətli nümunənin unikallığı həm də odur ki, 140-150 il bundan əvvəl toxunan xovsuz xalçalar nadir hallarda belə salamat qalır.
Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi
İlham Əliyevdən yeni təyinatlar - siyahı-yenilənib
Üç legioner "Qarabağ"ın məşqinə qatılmadı
Nazirlik: “Xırda uçqunlar və torpaq qopmaları baş verir”
Azərbaycanda dəbdəbəli qəbirlər olmayacaq
Xəbər lenti
17/10/2018 [00:15]:
Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi
17/10/2018 [00:02]:
İlham Əliyevdən yeni təyinatlar - siyahı-yenilənib
16/10/2018 [23:36]:
Üç legioner "Qarabağ"ın məşqinə qatılmadı
16/10/2018 [23:21]:
Paşinyanın istefası qəbul edildi
16/10/2018 [22:42]:
Nazirlik: “Xırda uçqunlar və torpaq qopmaları baş verir”
16/10/2018 [21:29]:
Azərbaycanda dəbdəbəli qəbirlər olmayacaq
16/10/2018 [20:23]:
Putin Fransaya səfər edəcək
16/10/2018 [19:37]:
“Yay başa çatır” filmi nümayiş olunacaq
16/10/2018 [19:34]:
Azərbaycanda 169 əcnəbi saxlanıldı
16/10/2018 [18:49]:
Mətbuat konfransında prezidentə sensasiyalı müraciət
16/10/2018 [18:24]:
ABŞ səfiri: "Yerevanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...”
16/10/2018 [17:41]:
“Formula-1″-in Azərbaycanda daha 5 il keçirilməsi üçün danışıqlar aparılır
16/10/2018 [16:58]:
“Orada ev tikən və onları rəsmiləşdirən şəxslər məsuliyyət daşıyırlar” - meriya
16/10/2018 [16:38]:
Paşinyan bu gün istefa verəcək
16/10/2018 [16:05]:
Yay məktəbi layihəsinə dəstək olan qurumlar mükafatlandırılıb
16/10/2018 [15:29]:
Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb
16/10/2018 [14:31]:
Badamdardakı sürüşmə zonasında 5 drenaj quyusu qazılır
16/10/2018 [13:37]:
Azərbaycanın yeni xəbər telekanalı yayıma başlamağa hazırdır
16/10/2018 [12:48]:
15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb
16/10/2018 [12:20]:
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi
16/10/2018 [11:59]:
Azərbaycanda zəlzələ baş verib
16/10/2018 [11:34]:
AÇ: Azərbaycan İtaliyaya qalib gəldi
16/10/2018 [10:46]:
İŞİD Suriyada 700 nəfəri girov götürdü
16/10/2018 [09:57]:
Azərbaycan nefti ucuzlaşıb
16/10/2018 [00:02]:
İlham Əliyev 8 sərəncam imzaladı - yenilənib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Günə 4 minlik şərab içir... - Dünya mediası Hacıyevadan yazır
Nemət Pənahlı həbs edildi
Bakı şəhər Prokurorluğunun əməkdaşı həbs edilib
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı
Azərbaycanda avro və lirə bahalaşdı - rəsmi
“Lotu Quli” Türkiyədən deportasiya edilir - təfsilat
Azərbaycanda əhalinin son sayı açıqlandı
Badamdarda sürüşmə villaları 30% ucuzlaşdırdı - Oliqarxlar təcili satışa başladılar
Oktyabrın 14-də hava dəyişəcək - xəbərdarlıq
İlham Əliyev 5 sərəncam, 1 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin