Rusiyanın dövlət bayramı - Rusiya Günü münasibəti ilə Bakıda rəsmi qəbul təşkil edilib.
İstiqlal.az xəbər verir ki, qəbulda Rusiyanın Azərbaycana yeni təyin olunan səfiri Mixail Boçarnikov qonaqları salamlayaraq, ölkəsinin keçdiyi inkişaf yolundan bəhs edib.
M.Boçarnikov ölkələrimiz arasındakı əlaqələrə toxunub, münasibətlərin inkişaf etdiyini və ikitərəfli əməkdaşlığın sabit şəkildə davam edəcəyinə ümid edib.
Səfir əlavə edib ki, Rusiya və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə saxlanmasında dövlət başçılarının böyük rolu var və gələcəkdə bu ənənənin davam edəcəyinə onunheç bir şübhəsi yoxdu: “Dostluq və tərəfdaşlıq, həmçinin, yaxşı qonşuluq münasibətləri ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrini əhatə edir”. Səfirin sözlərinə görə, parlamentlərarası əlaqələr yüksək səviyyədədir və humanitar istiqamətdə, həmçinin, enerji, nəqliyyat, logistika sahələrində əməkdaşlıq genişlənir, ticarət dövriyyəsini artırmaq istiqamətində işlər görülür. Səfir eyni zamanda , Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycan xalqını təbrik etməyi də unutmayıb.
Azərbaycan hökuməti adından Rusiya xalqını bayram münasibəti ilə təbrik edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, hər iki ölkənin əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Onun sözlərinə görə, münasibətlərimizin əsasında ölkə rəhbərlərinin, hökumətlərin, eləcə də parlamentlərin mühüm rolu var və münasibətlərin yüksək səviyyədə olması üçün ümidverici əsas hər iki ölkə lideri arasında olan etibarlı münasibətlərdir. V.Əsgərob vildirib ki, Azərbaycan və Rusiya bütün prioritet sahələrdə - diplomatik, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək.