Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur

11/06/2018 [18:35] - Gündəm (1551)



Bakıda fəaliyyət göstərən “Mona Liza”, “Monte Kristo” kimi restoran-şadlıq evlərindəki qiymətlərdən əksəriyyət xəbərdardır. Bu restoranlarda bir nəfər üçün yerin qiyməti 100 manata yaxındır. Qiymətlərin bahalığını isə həm də orada verilən spirtli işkilərin, şərabların baha və təmiz olmasıyla əlaqələndirilər.

Məlumatlı mənbənin sözlərinə görə, bu restoranlara şərablar birbaşa İspaniyadan gətirilir. Kimin və necə gətirməsi barədə məlumat verən mənbənin sözlərinə görə, bu işdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun xüsusi xidmətləri var: “Həmin restoranlar BDU-nun rektoru Abel Məhərrəmovundur. İspaniyadakı səfir də onun oğludur. Yəni, o restoranlar onların ailə biznesidir. Anar Məhərrəmov da bu biznesə öz töhfəsini verir – İspaniyadan çaxır göndərir. Beləcə, həm onların obyektində təmiz ispan şərabı olur, həm də onlara çox ucuz başa gəlir”.

O da bəlli olub ki, elə şərab göndərilməsi ilə əlaqədar bir müddət əvvəl Anar Məhərrəmovun Azərbaycan gömrükçüləri ilə problemi yaşanıb. Bundan sonra göndərişlər üçün yaxın adamlarından istifadə olunub.

“Şərablar diplomatik möhür altında gətirilir. Bir müddət əvvəl onun yaxın adamlarından biri İspaniyadan Bakıya xeyli sayda şərab gətirəndə yolda butılkaların bir neçəsi sınıb. Onları da səfirin işçilərindən biri qablaşdırıbmış. O hadisədən az sonra başqa bir məsələni bəhanə gətirərək, həmin işçini çıxarıb”, – başqa bir mənbə bildirib.

Qablaşdırmada “xətaya” yol vermiş işçinin, həmçinin səfirin həmin vaxt şərabları gətirən yaxınının kim olması da məlumdur. Bu və başqa məsələlərlə bağlı dəqiqləşmələrdən sonra səfirin ailə biznesinə şərab töhfəsi barədə detallı bilgiləri çatdıracağıq.

Bir müddət öncə Azərbaycanın Avstraliyadakı səfirliyindəki tütün biznesi çoxlarının yadındadır. Səfir öz statusundan istifadə edərək, güzəştli qiymətlərlə tütün məhsulları alır, sonra da onların satışı həyata keçirilirmiş.
Mehriban Əliyeva 11 saylı məktəbinin yeni binasının açılışında iştirak edib
Cənubi Sudan Mərakeşin ərazi bütövlüyünü dəstəkləyir
Əhəd Abıyev xəstəxanaya yerləşdirildi- Əməliyyat olunub
Ukrayna Ermənistandan Ümumdünya Ticarət Təşkilatına şikayət etdi
Bakı metrosunda problem yarandı
Xəbər lenti
23/10/2018 [20:29]:
Gələn ilin büdcə zərfi açıqlandı - rəqəmlər
23/10/2018 [19:32]:
Azərbaycanda qar yağacaq - proqnoz
23/10/2018 [18:43]:
Paşinyanın reytinqi sürətlə aşağı düşür
23/10/2018 [17:34]:
Mehriban Əliyeva 11 saylı məktəbinin yeni binasının açılışında iştirak edib
23/10/2018 [16:40]:
Cənubi Sudan Mərakeşin ərazi bütövlüyünü dəstəkləyir
23/10/2018 [15:18]:
Əhəd Abıyev xəstəxanaya yerləşdirildi- Əməliyyat olunub
23/10/2018 [14:27]:
Nəcməddin Sadıkov İsrailə rəsmi səfərə getdi
23/10/2018 [13:34]:
Ukrayna Ermənistandan Ümumdünya Ticarət Təşkilatına şikayət etdi
23/10/2018 [12:43]:
Bakı metrosunda problem yarandı
23/10/2018 [11:59]:
JTI şirkəti Azərbaycanda 10-cu su təchizatı layihəsini həyata keçirdi
23/10/2018 [11:39]:
Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa
23/10/2018 [10:48]:
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında bir medal qazandılar
23/10/2018 [09:57]:
Azərbaycan nefti bahalaşdı
23/10/2018 [00:14]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
22/10/2018 [23:29]:
Azərbaycan XİN: Fransalı merin adı qara siyahıya salınacaq
22/10/2018 [22:40]:
Bakı meriyasında yeni təyinat - təfsilat
22/10/2018 [21:33]:
İcra başçısının qardaçı oğlunun dəbdəbəli həyatı - fotolar
22/10/2018 [20:41]:
Azərbaycandakı sığorta şirkətlərinin reytinq cədvəli açıqlanıb
22/10/2018 [19:25]:
Ermənistanda fors-major vəziyyət yaranıb
22/10/2018 [17:52]:
SOCAR prezidentinin “CNN Türk”ə müsahibəsi
22/10/2018 [17:32]:
Elmar Vəliyevin oğlu istefa verdi
22/10/2018 [16:27]:
51 dövlət əmlakı hərraca çıxarılır
22/10/2018 [15:48]:
İlin sonunadək Bakcell 400-ə yaxın yeni 4G baza stansiyası istifadəyə verəcək
22/10/2018 [15:44]:
Bakıda küçədən 7 kiloqrama yaxın civə tapılıb
22/10/2018 [14:58]:
Qorbaçov Trampı tənqid etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəmaləddin Heydərova məxsus hotel bağlandı - 42 nəfər işsiz qaldı
Bakıda ən ucuz və ən bahalı mənzillər - qiymət cədvəli
İlham Əliyev Mədət Quliyevə yeni səlahiyyət verdi - fərman
Azərbaycanın dövlət məmuru Fransada hektarlarla torpaq alıb - təfsilat
Azərbaycanda casus yaxalandı - rəsmi
İlham Əliyev 4 sərəncam imzaladı - yenilənib
Elmar Vəliyevin oğlu istefa verdi
Elektrik enerjisindən istifadə qaydaları dəyişdi
Sürücülərin cərimələnməsi mexanizmi dəyişdi
ABŞ-da azərbaycanlı milyarderin hesabı bağlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin