Mundial öncəsi Putinə müxalif gənclər susdurulur və həbs edilir

11/06/2018 [14:07] - Dünya (802)



Rusiyada futbol üzrə dünya çempionatı öncəsi Putin rejiminə müxalif olan insanlar müxtəlif təqiblərə məruz qalır.Çempionata çox sayda azarkeş turist gələcəyinə görə rejim ona qarşı çıxacaq hər cür səsi kəsmək istəyir. 

Bu məqsədlə prezident Vladimir Putin 2017-ci ildə verdiyi fərmanla ölkə daxilində çempionatla bağlı istənilən kütləvi tədbirləri qadağan edib. Bundan başqa, Putin iqtidarı ilə barışmayan gənclər arasında da “profilaktik” tədbirlər, yəni siyasi təqiblər həyata keçirilir. “Moskva məhkəməsi Vladimir Putini tənqid edən 19 yaşlı qızın sentyabr ayına qədər istintaq tədricxanasında saxlanılmasına qərar verib”, – “The Telegraph” qəzetindən Alek Mun yazır.

View image on Twitter

Qəzetin yazdığına görə, hakim Anatoli Kosytukov baytarlıq fakultəsinin tələbəsi Mariya Dubovikin saxlandığı təxridxananın ev həbsi ilə əvəz olunması barədə vəkillərin vəsatətini rədd edib. Mariya Dubovik 5 yoldaşı ilə birlikdə qapalı çatda Vladimir Putin haqqında tənqidi ifadələr işlətmək ittihamı ilə mart ayında həbs olunubmuş. Hazırda bu uşaqları “ekstremist qrup yaratmaq” ittihamı ilə 10 ilə yaxın həbs gözləyir. Onların içində 17 yaşlı Anna Pavlikova və 19 yaşlı Vyaçeslav Kryukov da var. Qalanları hələlik ev həbsinə məhkum edilib. Rusiyadan kənarda fəaliyyə göstərən dissident təşkilatlar və hüquq müdafiəçilərinin, o cümlədən vəkillərin fikrincə, adları çəkilən gənclər qondarma adlarla onların arasına soxulan xüsusi xidmət orqanlarının əməkdaşlarının tələsinə düşüblər.

“Bir qrup silahlı polis bizim evə axtarış üçün gələndə mənə Mariyanın Rusiyada konstitusiya quruluşunu dəyişmək istədiyini söylədilər. Biz qorxduq ki, qız hansısa təşkilat naminə hər şeyini qurban verib. Amma sonradan instituta gedib öyrəndik ki, Maşa 1 dərsi belə buraxmayıb. O, sadəcə Rusiyada dissident əhval ruhiyəli insanlarla söhbət edirmiş”, – Mariya Dubovikin atası Sergey Dubovik müxbirə danışıb.

Well-known actresses and others call for Oleg Sentsov's freedom at a rally during the Berlin film festival in February. He has since begun a hunger strike
“Görəsən Avropanın komandaları günahsız insanların tutulduğu və öldürüldüyü bir ölkədə keçirilən mundialda iştirak etməyi özlərinə necə rəva bilirlər”, – müxalif fəal İldar Dadin qəzet vasitəsilə dünyaya müraciət edib. İspaniyanın “El Pais” qəzeti isə Moskva Dövlət Universitetinin Dmitri Petelin adlı 1-ci kurs tələbəsini olduqca qəribə ittihamla 3 il həbs gözlədiyini yazıb. Tələbənin günahı ondan ibarət imş ki, universitet ərazisində radikal və şovinist azarkeşlər üçün fan-zona yaradılmasına qarşı çıxıb və buna görə də şəhərin divarında şüarlar yazıb.

DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [12:17]:
Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı
23/02/2020 [11:42]:
Məşhur bank müştərilərinə kələk gəldi - 3 milyard dollar cərimələndi
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
22/02/2020 [20:44]:
Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı
22/02/2020 [19:50]:
İnvestisiya banklarının gəliri son 12 ildə ən aşağı səviyyəyə düşdü
22/02/2020 [19:20]:
Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik məktubu göndərib
22/02/2020 [18:43]:
Avropada inflyasiya sürətləndi
22/02/2020 [18:12]:
İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
22/02/2020 [17:39]:
Güclü yağışlar nəticəsində Cakarta növbəti dəfə su altında qalıb
22/02/2020 [16:46]:
İrəvan Teatrı qastrol səfərinə hazırlaşır
22/02/2020 [15:50]:
73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI
22/02/2020 [15:36]:
"Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı
22/02/2020 [14:24]:
Koronavirusdan yenə onlarla ölüm hadisəsi baş verdi
22/02/2020 [13:51]:
Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”
22/02/2020 [13:50]:
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
22/02/2020 [12:47]:
ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib
22/02/2020 [12:35]:
Rusiya XİN rəhbəri niyə Tiflisə getmək istəmir?
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin