Beynəlxalq olimpiada qalibləri xarici universitetlərə axışır - təfsilat

10/06/2018 [21:41] - Mədəniyyət (855)



Azərbaycanda hər il beynəlxalq fənn olimpiada qaliblərinin adları açıqlanır. Fizika, riyaziyyat, kimya kimi texniki fənnlər üzrə qalib olan məktəblilər ali təhsil almaq üçün Azərbaycanı deyil, xarici ölkələri seçirlər. Tələbələrin təmsilçilik baxımından xarici ölkələrə üz tutması sevindirici hal olsa da, məsələnin başqa tərəfləri də var. 

Nəyə görə beynəlxalq fənn olimpiada qalibləri yerli ali təhsil ocaqlarını seçmir? Ali təhsil ocağı olaraq xarici ölkə universitetlərinin seçilməsinin mənfi tərəfləri nədən ibarətdir?

Məsələni şərh edən təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, beynəlxalq fənn olimpiada qaliblərinin xarici universitetləri seçməsinin bir neçə səbəbi var. “İlk növbədə qeyd etmək istəyirəm ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Təəssüfləndirici hal odur ki, yalnız qabiliyyət tələb edən ixtisaslar üzrə beynəlxalq yarışların qalibləri Azərbaycanda müsabiqədənkənar qəbulda iştirak edirlər. Yəni son illərin rəqəmlərinə baxanda görürük ki, hər il azı 50-60 nəfər qanunvericiliyin imkanından istifadə edir ki, onların da böyük əksəriyyətini musiqi, idman kimi ixtisaslar təşkil edir. Amma fundamental fənlər üzrə – fizika, kimya, biologiya, informatika və digər beynəlxalq olimpiada fənləri üzrə qalib gələn şəxslər ölkəmizdə ali təhsil almaq istəmirlər. Bunun birinci səbəbi, ölkəmizdə ali təhsil müəssisələrinin həmin ixtisaslar üzrə keyfiyyətli təhsil verməməsi, infrastrukturlarının zəif olmasıdır. İkincisi xarici ölkələrdə təhsil alan bu şəxslərə bizdən fərqli olaraq sonradan təhsillərini davam etdirmək və işləmək üçün bütün lazımi şərait və imkanların yaradılmasıdır. Üçüncü ən vacib səbəb isə bizim ali təhsil müəssisələrinin həmin şəxləri cəlb etmək üçün səy göstərməməsidir”.

Təhsil eksperti düşünür ki, Təhsil Nazirliyi və ali təhsil ocaqları məsələni mütləq diqqətdə saxlamlıdırlar.

“Təəssüf ki, xarici ölkələrin universitetləri olimpiadaları yaxından izləyir, qaliblərə cəlbedici təkliflər edir və öz təhsil ocaqlarına cəlb edirlər. Bizim universitetlər və Təhsil Nazirliyi isə onlarla ümumiyyətlə maraqlanmır. Yalnız statistik göstəricilər üçün rəqəmləri deyirlər. Bu şəxslər bizim elm, təhsil üçün çox böyük əhəmiyyət kəsb edir. Hər il onlarla yüksək bilik və bacarıqlara sahib olan şəxsləri biz itiririk. Onlar sonradan ölkəmizə qayıtmırlar. Hesab edirəm ki, bu məsələni Təhsil Nazirliyi xüsusi diqqətdə saxlamalı, universitet rəhbərləri ilə görüşüb olimpiada qaliblərini ölkəyə cəlb etməlidir”.
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [12:55]:
Emmanuel Makron: “İdlibdəki situasiya Avropada yeni miqrasiya böhranı yaradacaq”
23/02/2020 [12:17]:
Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı
23/02/2020 [11:42]:
Məşhur bank müştərilərinə kələk gəldi - 3 milyard dollar cərimələndi
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
22/02/2020 [20:44]:
Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı
22/02/2020 [19:50]:
İnvestisiya banklarının gəliri son 12 ildə ən aşağı səviyyəyə düşdü
22/02/2020 [19:20]:
Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik məktubu göndərib
22/02/2020 [18:43]:
Avropada inflyasiya sürətləndi
22/02/2020 [18:12]:
İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
22/02/2020 [17:39]:
Güclü yağışlar nəticəsində Cakarta növbəti dəfə su altında qalıb
22/02/2020 [16:46]:
İrəvan Teatrı qastrol səfərinə hazırlaşır
22/02/2020 [15:50]:
73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI
22/02/2020 [15:36]:
"Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı
22/02/2020 [14:24]:
Koronavirusdan yenə onlarla ölüm hadisəsi baş verdi
22/02/2020 [13:51]:
Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”
22/02/2020 [13:50]:
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
22/02/2020 [12:47]:
ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin