Avtobus qəzalarının sayı niyə artır? - təfsilat

09/06/2018 [14:49] - Gündəm (994)



Son vaxtlar avtobuslar ən təhlükəli nəqliyyat növünə çevrilib. Həm paytaxt Bakıda, həm regionlarda dəhşətli avtobus qəzalarının şahidi oluruq.

Məsələn, bu günlərdə Bakı-Qazax yolunun Hacıqabul ərazisində ağır yol qəzası baş verdi. Qeyd olunan ərazidə “Setra” markalı sərnişin avtobusunun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində 18 nəfər yaralanmışdı.

May ayının sonlarında isə Bakı-Qobu yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində 3 avtobus toqquşmuşdu. Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralananların arasında azyaşlı uşaq da var.

Ötən gün isə Bakı-Şamaxı - Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi yaşanıb. Hadisə yolun 176-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi ərazisində baş verib. Belə ki, Şəkidən Bakı istiqamətində hərəkət edən sərnişinlə dolu “55 BG 471" dövlət nömrə nişanlı ”Ford" markalı mikroavtobus Mirikənd kəndi ərazisində idarəetməni itirərək Bakıdan Ağsu istiqamətində hərəkət edən “99 GS 337" dövlət nömrə nişanlı ”Mercedes - E klas" markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində “Mercedes”də olan 3 sərnişin, “Ford” markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Paytaxtda da tez-tez avtobus sürücüləri qəza törədir, nəticədə sərnişinlər müxtəlif dərəcədə xəsarətlər alır, bəzən də bu qəzalar insan tələfatı ilə nəticələnir. Bəs avtobus qəzalarının sayının artmasının səbəbi nədir?

Ekspertlərin əksəriyyəti düşünür ki, bunun əsas səbəblərindən biri sürücülərin işə götürülərkən müəyyən qaydalara əməl edilməməsidir. Məsələn, dünya təcrübəsində sərnişindaşıma ilə məşğul olan şirkətlər sürücüləri işə götürərkən müəyyən test üsulları ilə attestasiyadan keçirir, onların sağlamlığı, psixoloji vəziyyəti yoxlanılır. Bununla yanaşı, sürücülərin üzərində daim ciddi nəzarət olur. Ölkəmizdə isə hələ ki bu mexanizm tətbiq olunmur və yaxud əməl edilmir. Bu da qəzalara gətirib çıxarır.

Daha bir səbəb isə sürücülərin növbəli iş rejiminə əməl etməməsidir. Bir çox hallarda uzaq magistral yollarında sürücülərin sükan arxasında yatdığı üçün qəza törətdiyinin şahidi oluruq. Avtobus sürücüsünün törətdiyi qəza isə çoxsaylı sərnişinlərin həyati təhlükəsi deməkdir.

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynov “Yeni Müsavat”a danışıb: “Bu çox aktual məsələdir, biz daima bu haqda müzakirələr aparırıq. Avtobus qəzalarının əsas səbəblərindən biri budur ki, sərnişindaşıma ilə məşğul olan şirkətlər sürücülərin qeydiyyatını düzgün həyata keçirmirlər. İlk növbədə, bildiyiniz kimi, çox oturacaqlı nəqliyyat vasitəsinin idarə olunmasında xüsusi tələbləri və kateqoriyaları var ki, sürücülər həmin kateqoriyalara sahib olduğu halda işə götürülməlidir. Çox təəssüflər olsun ki, nəqliyyat vasitəsini azacıq idarə edə bilən sürücülər sərnişindaşıma nəqliyyatına cəlb edilir. Burada sürücülərlə yanaşı, onları işə götürən şirkətlər də məsuliyyət daşıyır.

Eyni zamanda bu məsələyə nəzarət edən Bakı Nəqliyyat Agentliyi və digər qurumlar vaxtaşırı reydlər etməli, bununla bağlı monitorinqlər aparmalıdırlar ki, həqiqətənmi avtobus idarə edən sürücülər tələb olunan kateqoriyalı sürücüdürlər, ya yox. Təəssüf ki, bu monitorinqlər aparılmır".

Ekspert onu da qeyd etdi ki, burada ictimai nəzarət də önəm daşıyır: “Sərnişinlərin hüququdur ki, sürücü nəqliyyat vasitəsini  idarə edərkən sürət həddini aşdıqda, qaydalara əməl etmədikdə öz etirazlarını anındaca bildirməlidir. Lakin təəssüflər olsun ki, bizim ölkəmizdə hələ ki ictimai nəzarət formalaşmayıb, sərnişinlər hələ də öz hüquqlarını tam bilmir, zamanında etirazlarını bildirmirlər.

Digər məsələ isə vaxt rejimidir. Bir çox avtobus sürücüləri yetərincə sərnişin toplamadığı üçün qrafikdən kənar çalışır, sürətli hərəkət edir, itirdiyi vaxtı yolda “qazanmağa” çalışır. Bütün bu kompleksli məsələlər yol-nəqliyyat, xüsusən də avtobus qəzalarının artmasına səbəb olur".

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev də mövzu ilə bağlı danışıb:

“Bakı şəhərində nəqliyyatda çalışan avtobus sürücüləri çox təəssüf ki, bugünkü qaydalara əsasən işlədiyi şirkətlərin nəzarətindədir. Yəni bu işi Bakı Nəqliyyat Agentliyi həyata keçirmir. Bu sistemin də doğurduğu bir çox fəsadlar var. Baş verən qəzalar, mövcud olan problemlərin də əsasında bu fəsadlar durur. Şirkətlər sürücüləri işə götürərkən diqqət yetirilməli olan məqamları nəzərə almırlar. Bu səbəbdən də bəzən görürük ki,  dəfələrlə ağır cinayət törədən, avtoqəzalara səbəbkar olanlar və yaxud sürücülük vəsiqəsi, avtobus idarə etmək üçün vəsiqəsi olmayanlar sükan arxasına əyləşir. Bu kimi halların aradan qaldırılması üçün hazırda qurumumuz tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Bu tədbirlərdən ən önəmlisi odur ki, sürücülük-təlim mərkəzi yaratmışıq. Beləliklə, bu il Bakı şəhərində fəaliyyət göstərən marşrut xətlərində çalışan bütün sürücülər mərhələli şəkildə həmin təlim mərkəzində təlimlərə  cəlb olunublar”.
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
22/02/2020 [20:44]:
Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı
22/02/2020 [19:50]:
İnvestisiya banklarının gəliri son 12 ildə ən aşağı səviyyəyə düşdü
22/02/2020 [19:20]:
Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik məktubu göndərib
22/02/2020 [18:43]:
Avropada inflyasiya sürətləndi
22/02/2020 [18:12]:
İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
22/02/2020 [17:39]:
Güclü yağışlar nəticəsində Cakarta növbəti dəfə su altında qalıb
22/02/2020 [16:46]:
İrəvan Teatrı qastrol səfərinə hazırlaşır
22/02/2020 [15:50]:
73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI
22/02/2020 [15:36]:
"Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı
22/02/2020 [14:24]:
Koronavirusdan yenə onlarla ölüm hadisəsi baş verdi
22/02/2020 [13:51]:
Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”
22/02/2020 [13:50]:
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
22/02/2020 [12:47]:
ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib
22/02/2020 [12:35]:
Rusiya XİN rəhbəri niyə Tiflisə getmək istəmir?
22/02/2020 [11:54]:
ABŞ kəşfiyyatı Rusiyanın 2020-ci ildə Trampa yenə dəstək verəcəyini iddia edib
22/02/2020 [11:17]:
Tuhelin əvəzinə iki namizəd var: Alleqri və ya Sarri
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin