Beynəlxalq Qarabağ Konfransı Bakıdan dünyaya maraqlı çağırışlar etdi

09/06/2018 [09:59] - Siyasət (995)



Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda Beynəlxalq Konfrans keçirib.

Beynəlxalq Konfransda dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkə səfirliklərinin nümayəndələri, media və QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov açaraq, konfrans iştirakçılarını salamlayıb. O, Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan artıq məcburi köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhdid olduğunu bildirib.

Politoloq Rufiz Qonaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə yaxın günlərdə söylənilən fikrini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb:  "Ermənistanın Cənubi Qafqazda etnik separatizmi davam edir və bu da regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bütün səylərə baxmayaraq, Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid vardı. Amma indiki rejimin də mahiyyəti özündən əvvəlkinə bənzəyir. Azərbaycanın sülh təkliflərinə qulaq asmayacaqlarsa, torpaqlarımız güc yolu ilə azad ediləcək”.

Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına etirazını bildirib. Komitə sədrinin sözlərinə görə, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır. Həmçinin, dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesində vəziyyət” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti bu danışıqların effektivliyinə mane olur. Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirmişik”.

Millət vəkili Elman Nəsirov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yeni mərhələdə” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, proses illərdir davam edir: Erməni tərəfi anlamalıdır ki, bu münaqişə nəticəsində özlərini acınacaqlı bir vəziyyətə salıblar. Bundan çıxış yolu isə onların konstruktiv mövqeyə gəlməsindən keçir”.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov “Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq münasibətlər sistemində” mövzusunda geniş çıxış edib. O bildirib ki, 30 ilə yaxındır  ərazilərimiz iğşal olunub. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq, 20 faizdən çox ərazimiz işğal altında, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır. Bunu bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar bilir. İndiki mərhələdə Ermənistana sanksiyalar tətbiq edilməlidir ki, BMT-nin qətnamələri icra edilsin.

Filologiya elmləri doktoru, ekspert Rövşən Məmmədov isə “Cənubi Qafqaz regionu: erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər” mövzusunda məruzə edərək,  ermənilərin bir xalq olaraq tarix boyu törətdiyi cinayətlərdən danışıb.

Sonra məruzələr ətrafında çıxışlar davam etdirilib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Qənirə Paşayeva, politoloq Rasim Musabəyov, millət vəkili Aydın Mirzəzadə və başqaları əhatə olunan mövzu ilə bağlı konkret fikirlər və təkliflər səsləndiriblər. Ən diqqətçəkən çıxışlardan biri də İsraildə fəaliyyət göstərən Azərbaycanın dostu Arye Qutun məruzəsi olub. Səlist Azərbaycan dilində danışan yəhudi əsilli diaspor fəalı erməni terroru, vandallığı ilə mübarizənin yeni üsulları haqda təkilflər səsləndirib. O qeyd edib ki, onların törətdiyi əməllərlə bağlı bir neçə kitab yazıb, onları müxtəlif dillərə təcümə etdirib və ömrünün sonuna qədər ermənilərlə mübarizə aparacaq. Arye Qut hətta bildirib ki, yaxın vaxtlarda kitabda yazılan faktlar əsasında Ermənistanın eks rəhbəri Serj Sarkisyanı beynəlxalq məhkəməyə verməyi planlaşdırır.

Tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları adından Ermənistanın Cənubi Qafqazda separatizm siyasəti və regionun təhlükəsizliyinə dair bəyanat qəbul edilib.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
22/09/2019 [11:48]:
Sindzo Abe Nyu-Yorkda Tramp və Ruhani ilə görüşəcək
22/09/2019 [11:20]:
5,9 bal gücündə zəlzələ baş verib
22/09/2019 [11:19]:
Qubaya qar yağıb
22/09/2019 [10:50]:
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
22/09/2019 [10:36]:
Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq
22/09/2019 [10:00]:
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22/09/2019 [09:45]:
Saatlıda yanğın olub
22/09/2019 [09:39]:
Atəşkəs 24 dəfə pozub
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:52]:
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
Şamaxıda mağaza yanıb
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
Azərbaycanın hərbi qulluqçusu həlak olub
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin