BMT Azərbaycanda peşə təhsilinin inkişafına investisiya yatırır

06/06/2018 [16:22] - Mədəniyyət (1213)



Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə birgə Azərbaycanda peşə təhsili və inkişaf potensialının gücləndirilməsinə davamlı dəstək göstərəcəklərini bəyan edib. 

BMT-nin Azərbaycandakı nümayəndəliyindən İstiqlal.az saytına bildiriblər ki, Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi çərçivəsində Cəlilabadda cənub regionu üzrə peşə təhsili və təlimi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan fəaliyyətlərə start verilib. 

Layihənin açılış mərasimində çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Ofisinin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti biliyə əsaslanan iqtisadiyyatın inkişafında yerli insan resurslarının əhəmiyyətini xüsusilə vurğulayıb. O, bildirib ki, peşə təhsilinin inkişaf etdirilməsi üçün qlobal trendlərə nəzər salmaq, dünya praktikasına istinad etmək lazımdır, bununla bərabər əmək bazarının tələblərinə cavab verən metodik vəsaitlər və yeni kurikulumlar hazırlamaqla cəmiyyətdə məşqulluq imkanlarının genişləndirilməsinə nail olmaq mümkündür. 

Layihə çərçivəsində Cəlilabad Peşə Liseyini kənd təsərrüfatı və istehsalat sektorları peşələri üzrə ixtisaslaşan Lənkəran İqtisadi Rayonu üzrə müasir Regional Model Peşə Təhsili Mərkəzinə çevirməklə, onun maddi-texniki bazası və təlim-tədris imkanlarının gücləndiriləcəyi planlaşdırılır. Bu, yerli əmək bazarının tələblərinə müvafiq olaraq  dövlət və özəl sektor arasında tərəfdaşlığın əhəmiyyətini gücləndirəcək və təhsillə məşğulluq arasında körpünün yaradılmasına xidmət edəcək. Bu layihənin əsas məqsədi yerli icmaların bacarıqlarının artırılması, insan kapitalının inkişaf etdirilməsi və biliyə əsaslanan cəmiyyətin formalaşmaşına yardım etməkdən ibarətdir. Buna nail olmaq üçün, layihə çərçivəsində kənd təsərrüfatı və istehsalat sektorları üzrə tələbələrin ixtisaslaşdırılması və onların peşə hazırlığının artırılmasına yardım edən maddi-texniki baza yaradılacaq. 

Yeni başlanan layihə çərçivəsində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı layihənin əsas tərəfdaş və benefisiarları olan Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx əməkdaşlıq edir.

Peşə təhsilinin inkişafına yönəlmiş layihələr və fəaliyyətlər, həmçinin, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi tələbinə cavab verir. Layihə, inkluziv və ədalətli təhsil və həyat boyu öyrənmək imkanının təmin olunması, cəmiyyətin həssas təbəqələrindən olan işçi qüvvəsi, o cümlədən, gənclər və ucqar kənd ərazilərində yaşayan icma nümayəndələrinin əmək bazarında layiqincə təmsil oluna bilməsi üçün müvafiq şəraitin yaradılmasına da yardım edəcək. 
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
Bakıda qadın itkin düşüb
Xəbər lenti
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
22/01/2021 [16:19]:
Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq
22/01/2021 [15:50]:
Latviyanın yüz illik yubileyi, beynəlxalq səviyyədə tanınır
22/01/2021 [15:28]:
“Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” sərgisinin açılışı olub
22/01/2021 [14:56]:
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
22/01/2021 [14:33]:
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
22/01/2021 [13:24]:
Cins mal-qara və cücə idxalı 2023-cü ilədək gömrük rüsumundan azad edilib
22/01/2021 [13:06]:
Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapılıb
22/01/2021 [12:17]:
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
22/01/2021 [11:28]:
Türkiyədə İŞİD-in edam dəstəsinin üzvləri saxlanılıb
22/01/2021 [10:34]:
SMS-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
22/01/2021 [09:09]:
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
22/01/2021 [00:46]:
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər
21/01/2021 [23:24]:
Bakıda qadın itkin düşüb
21/01/2021 [23:16]:
Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
21/01/2021 [22:28]:
Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Bakıda qadın itkin düşüb
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İran XİN başçısı Azərbaycana səfər edəcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin