Vladimir Putin Avstriyaya səfər edib

06/06/2018 [10:37] - Dünya (943)



İyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu vəzifəyə yenidən seçildikdən sonra ilk işgüzar səfərini Avstriyaya edib.

Keçmiş SSRİ və Avstriya arasında bağlanmış qaz təminatı ilə bağlı ilk müqavilənin 50 illik yubileyi çərçivəsində baş tutan səfər zamanı Vladimir Putin Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen, kansler Sebastian Kurts, vitse-kansler Haynts-Kristian Ştraxe ilə görüşüb. Böyük iqtisadi nümayəndə heyəti ilə müşayiət olunan dövlət başçısı Avstriya İqtisadiyyat Palatasında keçirilən biznes forumda da iştirak edib.

Avstriya Prezidentinin iqamətgahının yerləşdiyi Hofburq sarayında prezidentlərin təkbətək görüşündən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalara baxmayaraq, Avstriya və Rusiya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsi yüksək qiymətləndirilib. Rusiya Prezidenti qeyd edib ki, sanksiyalar hamı üçün zərərlidir: “Biz hamımız sanksiyaların aradan qaldırılmasında maraqlıyıq”.

Aleksander Van der Bellen Avstriyanın sanksiyalarla bağlı Aİ-nin ümumi xəttinə sadiq qalmalı olduğunu bildirsə də, ölkəsi üçün Rusiya ilə dialoqun inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib.

Vəzifəsinə yenidən seçildikdən sonra Rusiya Prezidentinin ilk səfərini məhz Avstriyaya etməsi yerli mətbuatda iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olması ilə yanaşı, həmçinin Avstriya şirkətlərinin Rusiyaya qarşı sanksiyalardan ciddi əziyyət çəkməsi və rəsmi Vyananın bu sanksiyaların yumşaldılmasında maraqlı olması kimi şərh edilib.

İyunun 6-da başa çatacaq səfərlə bağlı Avstriya tərəfindən yüksək təhlükəsizlik tədbirləri görülüb. 800 polis əməkdaşı ilə yanaşı, 800 hərbçi, eləcə də 17 hərbi vertolyot arayişin qorunmasına cəlb edilib. Qonaqların kortejinin hərəkət marşrutu üzərində yerləşən əsas küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [23:58]:
Vatikan “Holokost” dövründə hökm sürən Papa XII Piyin məxfi arxivlərini açır
23/02/2020 [22:34]:
XİN-dən Türkiyəyə başsağlığı
23/02/2020 [21:48]:
Tramp: “Şəxsən “Taliban”la sülh sazişi imzalamaq niyyətindəyəm”
23/02/2020 [21:05]:
Koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini dayandıran ölkələrin sayı 4-ə çatıb
23/02/2020 [20:45]:
Bu planetdə bir il 18 saatdır
23/02/2020 [19:44]:
ABŞ millisinin futbolçuları federasiyadan 66 milyon dollar tələb edirlər
23/02/2020 [17:41]:
İcra başçısında koronavirus aşkarlanıb
23/02/2020 [16:50]:
Səudiyyə Ərəbistanı Krallığından növbəti dost yardımı
23/02/2020 [16:38]:
İranla gömrük-sərhəd keçid məntəqələrində məhdudiyyətlər tətbiq edilib
23/02/2020 [16:37]:
Kestutis Yankauskas: "Aİ Azərbaycan ilə “Yaşıl saziş” məsələsində birgə çalışmaq istəyir"
23/02/2020 [16:10]:
Yaponiyada İmperator Naruhitonun doğum günü qeyd edilir
23/02/2020 [15:41]:
İtaliyada daha bir oyun koronavirusa görə təxirə salındı
23/02/2020 [14:34]:
UNESCO-da Beynəlxalq Ana Dili Günü Azərbaycan dili haqqında məlumat verilib
23/02/2020 [13:45]:
Azərbaycan 6,6 mln. ABŞ dolları məbləğində polipropilen ixrac edib
23/02/2020 [13:14]:
“Bəzi futbolçular tapşırıqlarımı maksimum yerinə yetirmədilər”
23/02/2020 [12:55]:
Emmanuel Makron: “İdlibdəki situasiya Avropada yeni miqrasiya böhranı yaradacaq”
23/02/2020 [12:17]:
Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı
23/02/2020 [11:42]:
Məşhur bank müştərilərinə kələk gəldi - 3 milyard dollar cərimələndi
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin