Yalvardım ki, məni burax, 3 balam var - Bakıda banka basqın işi

05/06/2018 [16:01] - Cəmiyyət (1159)



Bakıda banka basqın edən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, borcu olduğu üçün həbs edilmək istədiyini deyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayərlər Məhkəsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Səriyyə Nəcəfova dindirilib.

O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini və özünü pis hiss etdiyini deyib.

Hadisə günü baş verənləri danışarkən bunları deyib: "Məni bıçaqla hədələdi. Ona yalvardım. Bir Allah bilir, mən onda nələr çəkdim. Orda yaşlı, ya da hamilə qadın olsaydı, ürəyi partlayıb ölərdi. Yalvardım ki, məni burax, 3 balam var. O da insandı da, buraxdı. Sonra siqnalizasiya işə düşdü və polislər gəldi".

Zərərçəkmiş N.Məmmədovun bankdan pul istədiyini deyib: "Dedi ki, bunu tutmuşam, mənə pul verin. Nə qədər pul istədiyini demədi".

S.Nəcəfova şikayət və tələbinin olmadığını deyib.

İttihama görə, hadisə 2018-ci ul yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

Nazim Məmmədov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib.

O, hadisəni törətməsinin səbəbni borcu olması ilə izah edib: "Banka gedəndə məqsədim basqın etmək deyildi. Xeyli borcum var idi, əsəblərim də pozulmuşdu. İstəyirdim məni tutsunlar".

N.Məmmədov Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın. Silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir.
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Xəbər lenti
11/08/2020 [23:59]:
Beynəlxalq təşkilatlar dağılmış tarixi irsin bərpası üçün Livana yardım edəcəklər
11/08/2020 [21:37]:
"Messi dünyanın ən yaxşı oyunçusu ilə qarşılaşacaq"
11/08/2020 [21:05]:
Ceyhun Bayramov türkiyəli həmkarı ilə görüşüb
11/08/2020 [20:20]:
Gümüşün qiyməti 50 manata yaxınlaşır
11/08/2020 [18:18]:
Karantin qaydalarını pozan iaşə obyektlərinin lisenziyası ləğv olunacaq
11/08/2020 [17:49]:
Öz dəfnindən iki gün sonra evinə qayıdıb
11/08/2020 [16:48]:
Daha 84 nəfər koronavirusa yoluxub
11/08/2020 [15:28]:
Türkiyə Prezidenti Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib
11/08/2020 [14:44]:
İlk vaksin qeydiyyatdan keçdi - Putinin qızına da vurulub
11/08/2020 [13:41]:
Koronavirus böhranı nəticəsində 2,5 milyon məktəbli təhsili atmağa məcbur olub
11/08/2020 [13:19]:
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
11/08/2020 [12:40]:
Alman deputat: "Azərbaycandakı iqtisadi stabillik təqdirəlayiqdir"
11/08/2020 [12:35]:
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
11/08/2020 [12:15]:
Aİ: Belarusdakı vəziyyəti yaxından izləməyə davam edəcəyik
11/08/2020 [11:43]:
Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı
11/08/2020 [11:38]:
"Real"ın yeni transfer hədəfi - Dibala
11/08/2020 [11:13]:
İsraildə Çin vətəndaşı üçün qızıl və brilyantdan tibbi maska hazırlanır
11/08/2020 [10:36]:
ABŞ və Rusiya arasında strateji sabitlik danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyənləşib
11/08/2020 [10:00]:
"Şkupi"nin futbolçusu: "Neftçi"nin avrokuboklarda böyük təcrübəsi var"
10/08/2020 [23:58]:
“Sileks”in baş məşqçisi: “Qarabağ” qarşılaşmanın aşkar favoritidir"
10/08/2020 [21:39]:
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
10/08/2020 [20:38]:
Beynəlxalq Turizm Təşkilatı: Qlobal turizm sektoru 320 milyard dollar zərərə uğrayıb
10/08/2020 [18:34]:
Püşkatma: "Qarabağ"ın potensial rəqiblərinin sayı 4-ə endi
10/08/2020 [17:32]:
Tramp demokratları "radikal solçuluq"da günahlandırıb
10/08/2020 [16:39]:
Antikorrupsiya tədqiqatlarına dair Bələdçi hazırlanacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Yenilənən büdcə hazırki iqtisadi situasiyaya adekvatdır -Təhlil
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdirilib
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
Azərbaycan İnvestisiya Holdinqi yaradılıb FƏRMAN
UFC təxribata əl atan ermənini cəzalandırdı
"Çelsi"nin futbolçusu "Arsenal"la anlaşdı
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Ən heyrətamiz kitab dizaynları
"Roma"nın məğlubiyyəti "Latsio"ya Çempionlar Liqasına vəsiqə qazandırdı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin