Koreyalılar Bakıya “Koreyanın Ətri”ni gətirdi

05/06/2018 [12:57] - Mədəniyyət (1140)



Cənubi Koreyanın ölkəmizdəki səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan “Koreyanın Ətri” adlı konsert proqramı təşkil edib. 

İstiqlal.az saytı xəbər verir ki, konsertdə çıxış edən səfir Kim Çanq Qyu bildirib ki, Azərbaycan illərlə üzləşdiyi çətinliklərə baxmayaraq, bu çətiniklərə qalib gəlib, sülh və tərəqqiyə nail olub. Diplomat ölkəmizə gələcəkdə daha böyük inkişaf yolu arzu edərək deyib ki, təşkil olunan konsertdə koreyalı, azərbaycanlı ifaçılar cazz musiqisi və rəqslər nümayiş etdirəcək. Koreyanın milli və saray musiqisinin ən yaxşı nümunələri cazz musiqisi ilə sintez şəkildə təqdim olunacaq. 

Daha sonra Cənubi Koreya XİN-in mədəniyyət işləri üzrə baş direktoru Hong Seok çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini qeyd etmək üçün Bakıda olmaqdan böyük şərəf duyduğunu dilə gətirib. Azərbaycana ilk dəfə səfər etdiyini deyən koreyalı qonaq , şəhərimizin gecə mənzərəsindən valeh olduğunu vurğulayıb: “Orta əsrlərdən qalma qədim memarlıq abidələrinin müasir binalarla harmoniyasına heyran oldum. Bizim hamıya məlum olandan da çox ortaq yönlərimiz var. 

Azərbaycan və Koreya dilləri hər ikisi Altay dil qrupuna aiddir. Azərbaycan və Koreya tarixlərində hadisələrin baş verməsində də tarixi oxşarlıqlar var. Azərbaycanda bu il Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edildiyi kimi Koreyada da 1 mart azadlıq hərəkatının və ilk müvəqqəti hökumətin qurulmasının 100 illiyi qeyd edilir. 100 il əvvəl dünya müharibəsi başa çatdıqdan sonra hər iki ölkə öz müqəddaratını təyin etmə prinsipinin təsir dairəsinə düşüb. 6500 kilometrlik məsafədə yerləşən xalqlarımız XX əsrin əvvəllərində artıq eyni tarixi axarın bir parçası olub”. 

Hong Seok bildirib ki, 1992-ci ildə diplomatik əlaqələrin qurulduğu gündən bəri bu oxşarlıqılarımıza əsaslanaraq Koreya və Azərbaycan arasında əməkşadlıq hərtərəfli inkişaf edib: “Azərbaycanda “Könlün yolu ən qısa yoldur” kimi bir ifadə var. Ümid edirəm ki, bu günkü tədbir də bu yolun açılmasına şərait yaradacaq dəyərli hadisə olacaq”. Daha sonra koreyalı musiqiçilərin ifasında Şimyon, Binari, Cinyon, Heşimqoq və s. kimi Koreya milli musiqiləri, eləcə də Koreya milli musiqisi ilə caz musiqisinin sintezi təqdim olunub, Koreyanın milli rəqsləri ifa edilib, Koreya Milli musiqi qrupu ilə Buta-Azərbaycan Xalq Çalğı Alətləri Ansamblının birgə ifaları göstərilib.

Konsert Koreya Səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı, Koreya Mədəniyyət Müəssisəsi SEUM-un koordinatorluğu ilə təşkil edilib.

SƏMLA


DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [23:58]:
Vatikan “Holokost” dövründə hökm sürən Papa XII Piyin məxfi arxivlərini açır
23/02/2020 [22:34]:
XİN-dən Türkiyəyə başsağlığı
23/02/2020 [21:48]:
Tramp: “Şəxsən “Taliban”la sülh sazişi imzalamaq niyyətindəyəm”
23/02/2020 [21:05]:
Koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini dayandıran ölkələrin sayı 4-ə çatıb
23/02/2020 [20:45]:
Bu planetdə bir il 18 saatdır
23/02/2020 [19:44]:
ABŞ millisinin futbolçuları federasiyadan 66 milyon dollar tələb edirlər
23/02/2020 [17:41]:
İcra başçısında koronavirus aşkarlanıb
23/02/2020 [16:50]:
Səudiyyə Ərəbistanı Krallığından növbəti dost yardımı
23/02/2020 [16:38]:
İranla gömrük-sərhəd keçid məntəqələrində məhdudiyyətlər tətbiq edilib
23/02/2020 [16:37]:
Kestutis Yankauskas: "Aİ Azərbaycan ilə “Yaşıl saziş” məsələsində birgə çalışmaq istəyir"
23/02/2020 [16:10]:
Yaponiyada İmperator Naruhitonun doğum günü qeyd edilir
23/02/2020 [15:41]:
İtaliyada daha bir oyun koronavirusa görə təxirə salındı
23/02/2020 [14:34]:
UNESCO-da Beynəlxalq Ana Dili Günü Azərbaycan dili haqqında məlumat verilib
23/02/2020 [13:45]:
Azərbaycan 6,6 mln. ABŞ dolları məbləğində polipropilen ixrac edib
23/02/2020 [13:14]:
“Bəzi futbolçular tapşırıqlarımı maksimum yerinə yetirmədilər”
23/02/2020 [12:55]:
Emmanuel Makron: “İdlibdəki situasiya Avropada yeni miqrasiya böhranı yaradacaq”
23/02/2020 [12:17]:
Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı
23/02/2020 [11:42]:
Məşhur bank müştərilərinə kələk gəldi - 3 milyard dollar cərimələndi
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin