İlham Əliyevin işdən çıxartdığı icra başçısı kimdir? - dosye

02/06/2018 [00:02] - Siyasət (2307)



Azərbaycan  prezidenti İlham Əliyev Ramiz Yediyarovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

İstiqlal.az xəbər verir ki, sərəncama əsasən, Ramiz Qəni oğlu Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur.

Dosye: Yediyarov Ramiz Qəni oğlu 1966-cı il mayın 31-də Ermənistan SSR-nin Vedi rayonunda anadan olmuşdur. 1973-cü ildə Şəki şəhəri, Şəki kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi bitirmişdir.

1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub, təhsilini davam etdirmək üçün Ukrayna SSR Poltava Kooperativ İnstitutuna göndərilmişdir.1984-1986-cı illərdə Kuybuşev şəhərində hərbi xidmətdə olub. 1990-cı ildə Poltava Kooperativ İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

26.09.1990-cı il tarixdən 30.12.1994-cü il tarixədək Şəki şəhəri 77 nömrəli Təsərrüfatlararası Mexanikləşdirilmiş Səyyar Dəstə üzrə iqtisadçı, 04.01.1995-ci il tarixdən 05.11.1997-ci il tarixədək Şəki rayonu. C.Cabbarlı adına kolxozda mühasib işləmişdir.

11.11.1997-ci il tarixdən etibarən dövlət vergi orqanlarında xidmət etmişdir. 11.11.1997-ci il tarixdən 15.03.2000-ci il tarixədək Şəki şəhəri üzrə Dövlət Vergi Müfəttişliyinin hüquqi şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin dövlət vergi müfəttişi, 15.03.2000-ci il tarixdən 05.02.2001-ci il tarixədək Şəki şəhəri üzrə Vergilər Şöbəsinin hüquqi şəxslərin vergiyə cəlb edilməsi bölməsinin dövlət vergi müfəttişi, 05.02.2001-ci il tarixdən 13.11.2002-ci il tarixədək Şəki şəhəri Vergilər Şöbəsinin Bəyannamələrin yoxlanılması və uçotunun təşkili bölməsinin baş dövlət vergi müfəttişi vəzifələrində işləmiş, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən rayon vergilər şöbələri ləğv edildiyi üçün 13.11.2002-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, işə qəbulla əlaqədar keçirilən müsabiqədən müvəffəqiyyətlə keçərək, 15.01.2003-cü il tarixdə Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələr şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 13.03.2003-cü il tarixədək işləmişdir.

13.03.2003-cü il tarixdən 26.08.2004-cü il tarixədək həmin şöbənin rəisi, 26.08.2004-cü il tarixdən 28.04.2006-cı il tarixədək 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi, 28.04.2006-cı il tarixdən 06.06.2008-ci il tarixədək 12 saylı Ərazi Vergilər İdarəsinin rəisi, 06.06.2008-ci il tarixdən 29.01.2010-cu il tarixədək Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialının rəisi, 29.01.2010-cu il tarixdən 04.02.2010-cu il tarixədək Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifələrində çalışmışdır.

04.02.2010-cu il tarixdən Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2012-ci ildən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısıdır.

“Yay başa çatır” filmi nümayiş olunacaq
Azərbaycanda 169 əcnəbi saxlanıldı
Mətbuat konfransında prezidentə sensasiyalı müraciət
ABŞ səfiri: "Yerevanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...”
“Formula-1″-in Azərbaycanda daha 5 il keçirilməsi üçün danışıqlar aparılır
Xəbər lenti
16/10/2018 [21:29]:
Azərbaycanda dəbdəbəli qəbirlər olmayacaq
16/10/2018 [20:23]:
Putin Fransaya səfər edəcək
16/10/2018 [19:37]:
“Yay başa çatır” filmi nümayiş olunacaq
16/10/2018 [19:34]:
Azərbaycanda 169 əcnəbi saxlanıldı
16/10/2018 [18:49]:
Mətbuat konfransında prezidentə sensasiyalı müraciət
16/10/2018 [18:24]:
ABŞ səfiri: "Yerevanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...”
16/10/2018 [17:41]:
“Formula-1″-in Azərbaycanda daha 5 il keçirilməsi üçün danışıqlar aparılır
16/10/2018 [16:58]:
“Orada ev tikən və onları rəsmiləşdirən şəxslər məsuliyyət daşıyırlar” - meriya
16/10/2018 [16:38]:
Paşinyan bu gün istefa verəcək
16/10/2018 [16:05]:
Yay məktəbi layihəsinə dəstək olan qurumlar mükafatlandırılıb
16/10/2018 [15:29]:
Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb
16/10/2018 [14:31]:
Badamdardakı sürüşmə zonasında 5 drenaj quyusu qazılır
16/10/2018 [13:37]:
Azərbaycanın yeni xəbər telekanalı yayıma başlamağa hazırdır
16/10/2018 [12:48]:
15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb
16/10/2018 [12:20]:
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi
16/10/2018 [11:59]:
Azərbaycanda zəlzələ baş verib
16/10/2018 [11:34]:
AÇ: Azərbaycan İtaliyaya qalib gəldi
16/10/2018 [10:46]:
İŞİD Suriyada 700 nəfəri girov götürdü
16/10/2018 [09:57]:
Azərbaycan nefti ucuzlaşıb
16/10/2018 [00:02]:
İlham Əliyev 8 sərəncam imzaladı - yenilənib
15/10/2018 [23:37]:
73 dövlət əmlakı hərraca çıxarılır
15/10/2018 [22:28]:
Fazil Məmmədov reanimasiyaya düşüb
15/10/2018 [21:34]:
Armen Sarkisyan işğal altında olan Şuşa şəhərinə səfər edib
15/10/2018 [21:03]:
Badamdarda evlərin hasarlarının təxminən 30 metr hissəsi uçdu
15/10/2018 [20:46]:
Cahangir Hacıyevlə birgə sabiq deputat barəsində də cinayət işi başlanılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev Fazil Məmmədovu bitirən səbəblərdən danışdı
Günə 4 minlik şərab içir... - Dünya mediası Hacıyevadan yazır
Nemət Pənahlı həbs edildi
Bakı şəhər Prokurorluğunun əməkdaşı həbs edilib
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı
Azərbaycanda avro və lirə bahalaşdı - rəsmi
“Lotu Quli” Türkiyədən deportasiya edilir - təfsilat
Azərbaycanda əhalinin son sayı açıqlandı
Badamdarda sürüşmə villaları 30% ucuzlaşdırdı - Oliqarxlar təcili satışa başladılar
Oktyabrın 14-də hava dəyişəcək - xəbərdarlıq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin