Pakistanda Azərbaycan sevgisinin sirri nədir? - Cəsur Pakistandan reportaj

25/05/2018 [09:01] - Mədəniyyət (2799)



Dövlət  müstəqilliyinin 70-ci ildönümü münasibəti ilə Associated Press of Pakistan Agentliyinin (APP) təşkilatçılığı ilə 18 ölkənin  informasiya   agentliyi rəhbərlərinin iştirakı ilə İslamabadda iki günlük Beynəlxalq Konfrans keçirildi. Azərbaycan nümayəndə heyətinin tərkibində konfrans iştirakçısı kimi  qısa zaman ərzində qardaş ölkənin paytaxtı ilə tanış olmaq imkanı əldə etdik. 

Qırmızı zonada nələr olur?


Qaldığımız Marriott otel Diplomatic Enclave – Red zone deyilən Qırmızı zonada yerləşirdi. Nazirlər Kabineti, Pakistan Milli Assambleyası, İnformasiya, Yayım və Milli İrs Nazirliyi, Xarici İşlər Nazirliyi, Baş nazirin rezidensiyası, diplomatik korpuslar, hökumətin digər nümayəndəlikləri, həmçinin, Serena oteli və s. bu zonadadır. Qırmızı zonaya daxil olan avtomobillər iki polis-patrul xidmətinin avtomatlı heyətinin ciddi nəzarətindən yoxlanıldıqdan sonra buraxılır. Kənar avtomobillərin o əraziyə buraxılmasına icazə verilmir. 2008-ci ilin sentyabrın 20-də Marriott otelində baş verən terror aktı nəticəsində Çexiyanın Pakistandakı səfiri də daxil olmaqla 54 nəfər ölüb, 266 nəfər yaralanıb. Hökumət terraktda “Taliban” yaraqlılarının əli olduğunu açıqlayıb. Bəlkə də bu üzdəndir ki, otel bu gün də silahlı polislər tərəfindən ciddi mühafizə olunur. Fərq etməz, istər çantayla, istərsə də çantasız otelə dəfələrlə girib-çıxsan belə, dəfələrlə xüsusi yoxlama cihazından keçməli olursan.

Bu “qırmızı zona”nı “yaşıl zona” da adlandırmaq olar. Ərtaf dağ ətəyinə bir az yaxın, tam yaşıllıqlarla - çəmənlik, güllər, ağaclarla əhatə olunub. Sanki cənnət bir güşədə kiçik, sakit bir şəhərcik yerləşir. Hər bölgə küçələrə, daha sonra hərf və nömrələrə bölünür: məsələn, filan küçədə F6-da filan idarə yerləşir… 

...APP qonaqların təhlükəsizliyini ciddi düşünmüşdü. Avtomat silahlarla silahlanan polislərin əyləşdiyi polis maşınları ilə hava limanından otelə kimi və ya lazım gələrsə oteldən kənara getmək üçün yenə də polislərin müşayəti ilə  getməli olurduq. 

Şəhər mərkəzindəki ticarət mərkəzləri də silahlı polislər tərəfindən ciddi mühafizə edilir və əraziyə daxil olmaq üçün bir necə polis və xüsusi yoxlama cihazdan keçmək lazım gəlirdi. Həm ticarət mərkəzlərində, həm də hava limanına giriş-çıxışdakı bu cür ciddi yoxlanışa Kabulda da rast gəlmişdim. Həmin an özümü bir anlıq yenidən Əfqanıstanda hiss etdim…

İslamabadın “iki ayaqlı təpələri”

İslamabadın möhtəşəm mənzərəsini görmək üçün şəhərin şimalında yerləşən Daman e Koh dağına qalxmaq kifayətdir. Mənası “iki ayaqlı təpələr” deməkdir. Bu dağın başından şəhər göz oxşayır, möhtəşəm gözəllik qarşında canlanır. Dağın ətəyindən yüksəkliyə qalxdıqca yol kənarında çoxlu sayda ora-bura qaçışan meymunlara rast gəlmək olur. Daman e Koh, Himalay dağının qollarından, Marqalla təpələrindən biri sayılır. İslamabada gələn hər kəs bu gözəlliyi seyr etmədən geri dönmür. Bu əraziyə giriş nəzarət altındadır. Ərazidə müxtəlif əyləncə növləri də gözə dəyir. Kimi rübab simli musiqi alətində milli mahnılarını ifa edir, kimi də əhilləşdirilmiş meymunu ilə maraqlı proqramlar göstərir. Sahibinin göstərişi ilə meydana girən meymun gah iki əlləri üstə gəzir, gah “hərbi salam” verir, gah rəqs edir, gah it kimi atılıb-düşür, sonda da pul qutusunu başı üstünə qoyub ona tamaşa edənlərə tərəf gedərək nəmər yığır. 

Opera binasına bənzədilən məscid

İslamabadda görməli yerlərdən biri də dünyanın ən böyük məscidlərindən olan Şah Feyzal məscididir.  Məscid tikintisi üçün bütün vəsait Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz əs Səud tərəfindən ödənilib. 10 ilə hazır olan və böyüklüyünə görə, Pakistanda 1-ci, dünyada 6-cı yerdə qərarlaşan Şah Feyzal məscidinin memarı türkiyəli  Vedat Dalokaya həvalə edilib. Bəzən məscidin görünüşünü opera binasına da bənzədirlər. Məsciddən Marqala təpələlərindən biri olan Daman e Koh dağına gözəl bir mənzərə açılır. Buradan şəhəri seyr etmək mümükündür...


Gül ləçəkli İslamabad 


Unikal görünüşə malik olan, açılan çiçək formasında inşa edilən İslamabaddakı Pakistan Milli Abidəsi də turistləri özünə cəlb edən yerlərdən biri hesab olunur. Gülün dörd ləçəyi Pakistanın əyalətini, qalan üçü isə ölkənin üç ərazisinin - Gilgit-Baltistan, Azad Kəşmir və Tribal (Tayfa) Ареаsın (Federal İdarə Olunan Tayfa Sahələri) simvolu sayılır. Abidənin ətraf ərazisi isə yaşıllıq, gül-çiçəklərə qərq olub...

Zeynalabdin Tağıyevin Pakistanla nə əlaqəsi?

Bu arada qısa bir haşiyə çıxmaq istərdim. Konfransda hər ölkədən bir nəfər iştirak etdiyi halda, Azərbaycandan iki nümayəndə (Azərtac İA və İstiqlal.az xəbər portalı –L.S.) ölkəni təmsil edirdi. Onu da xüsusi vurğulayım ki, APP-nin Baş direktoru Məsud Malik başda olmaqla bütün  agentlik  kollektivi sanki qonaqlar üçün səfərbər olunmuşdu. Hər şey incəliklərinə kimi təşkil edilmişdi. Digər qonaqlara nisbətən, Azərbaycandan olan jurnalistlər xüsusi hörmət, qayğı, qonaqpərvərliklə əhatələnmişdi. Və bu da digər qonaq həmkarlarımızın qısqanclığına səbəb olurdu: niyə Azərbaycandan gələnlər masanın başında əyləşir, niyə onların adı ilk sırada yazılır, niyə bütün konfras iştirakçıları məhz onlarla şəkil çəkdirir, niyə hamı tək onlara yaxınlaşır, niyə sadəcə onlar əhatəyə alınır, hal-əhval tutur və s. Hamı şəkil çəkdirmək üçün sıraya düzülmüşdü. Bu, bir həqiqətdir və hətta biz bu həqiqətdən utanırdıq.  Hətta bir çoxu yaxınlaşıb bəndənizə “sizin ölkədə hamınını dərisi belə ağdır” deyə maraqlı sual da verirdi. Mən də “bizdə hər rəngdə insan var”- deyə gülərək sualı cavablayırdım. Biz də Pakistan xalqını, dövlətini sevir, onlara böyük ehtiram göstəririk. Bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən keçirilən tədbirlərə biz jurnalistlər sevinclə qatılırıq, yerli mətbu orqanlarda onlarla bağlı məlumatlar geniş işıqlandırılır. Biz gerçəkdən də bir-birinə yaxın, dost, qardaş ölkələrik. Yəqin ki, bizim kimi dəvət olunan qonaqlar Azərbaycanla Pakistan arasındakı əlaqələrdən, dostluqdan, hər zaman bir-birimizi beynəlxalq tədbirlərdə dəstəklədiyimizdən xəbərdar olsaydı, dost ölkədə bu qədər isti münasibət gördüyümüzdən qıcıqlanmazdılar. Axı Pakistan yeganə qardaş ölkədir ki, təcavüzkar Ermənistanı bir dövlət olaraq tanımır və müstəqilliyimizi ilk tanıyan dövlətlərdəndir. Biz məsafəcə uzaq olsaq da, qəlbən çox yaxın ölkələrik. Bəlkə də çoxları bilmir. Bizi bir-birimizə yaxın edən səbəblərdən biri daha da keçmişə gedib çıxır ki, bu da tanınmış xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Hacının qardaş Pakistan xalqına göstərdiyi qayğı ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətini hələ o zamandan yaradıb. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniyanın müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya xəstəliyi yayılmışdı, insanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb Pakistana göndərir və bununla da pandemiyanın qarşısı alınır. O da məlumdur ki, Pakistan 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edib. 1940-ci illərdən bu yana Pakistanda doğulanlar Azərbaycanı özlərinə həmişə doğma ölkə kimi qəbul edib…

...Sonluq...

...Yerləşdiyi regionda qonşu olan, bir-birini sevməyən, hətta bir-birinə düşmən münasibət bəsləyən Pakistan, Əfqanıstan və Hindistana etdiyim səfərləri bir-biri ilə müqayisə etmək istəmirəm. Hər üçü məndə fərqli – Pakistan xoş, Əfqanıstan kədərli (Ölkənin Baş naziri dr.Abdullah Abdullahın şəxsi dəvəti ilə qonağı olmuşdum –L.S.), Hindistan maraqlı  təəsürat yaradıb. Rəngarəng, nağıllar aləmi  Hindistana, təhlükəsizliyim yüksək səviyyədə təmin olunmasına baxmayaraq iki terror aktı ilə qarşılaşdığım Əfqanıstana, mehriban, qonaqpərvər, gülərüz Pakistana yenə də getmək istəyərdim. 
Pakistanlılar hər kəsə sözün əsil mənasında qonaqpərvərlik, insanlıq, dostluq, səxavət sərgilədi. Yaxşı insanlar hər zaman sevilməyə dəyər. Pakistanın Milli Təhlükəsizlik üzrə Məsləhətçisi, general-leytenant Nasir Xan Janjuanın da dediyi kimi “Gözəl Pakistan”ı mən də sevdim. 

Laçın SƏMLA,
İstiqlal.az
Bakı-İslamabad-Bakı 
P.S. Konfransa dəvət edildiyim üçün Associated Press of Pakistan Agentliyinin (APP) rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. 
 (Konfransın gedişindən hazırlanan material İstiqlal.az saytının 14/05/2018 {15:38}sayında - http://istiqlal.az/news/50678.html
yerləşdirildiyindən tədbirlə bağlı geniş yazmağa ehtiyac duymadıq). 


Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
Xəbər lenti
17/07/2019 [23:59]:
NATO baş katibinə yeni müavin təyin edildi
17/07/2019 [23:11]:
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17/07/2019 [23:04]:
Polis gücləndirilmiş iş rejimə keçəcək
17/07/2019 [22:12]:
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
17/07/2019 [21:24]:
Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi son 1 ildə kəskin artıb
17/07/2019 [20:31]:
“Neftçi”nin baş məşqçisi: Gözəl nəticə qazanmağa çalışacağıq
17/07/2019 [20:14]:
166 nəfəri öldürən terrorçu ələ keçdi
17/07/2019 [19:47]:
İstanbulda 7,5 bal gücündə zəlzələ proqnozlaşdırıldı
17/07/2019 [18:53]:
13 alim AMEA-nın professoru seçildi
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Vilayət Eyvazovdan yeni təyinat
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Bahalaşma ilə bağlı təlaşa ehtiyac yoxdur – Nazir müavini
Şəki Xan Sarayında bədbəxt hadisə - yaralılar var - yenilənib
Vergilər Nazirliyinə yeni səlahiyyət verilib
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
İsveçrə səfiri: “İkitərəfli münasibətlər zamanla sürətlənir”
İmişlidə məktəb daxmada yerləşir - fotolar
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin